Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


S 7. Sosial-iqtisadi proseslərin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi –



Yüklə 110,49 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü110,49 Kb.
#40508
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 743

S 7. Sosial-iqtisadi proseslərin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi – Bəşəriyyətə məlum olan ictimai həyatın hadisə və prosesləri olduqca mürəkkəb və çoxcəhətlidir. Çünki onlar çoxsaylı və bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif amillərin təsiri ilə formalaşır. Odur ki, hadisələr arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsi statistik təhlilin başlıca vəzifələrindən biridir.

Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələri öyrənmək statistika elminin mühüm vəzifələrindən biri olmaqla mühüm əhəmiyyətə malikdir. Sosial-iqtisadi hadisələri qarşılıqlı əlaqədə tədqiq etmədən onu tam öyrənmək, dərk etmək qeyri-mümkündür. Statistika qarışılıqlı əlaqələri öyrənərkən ictimai həyatdakı hadisələrin ümumi əlaqə və qarşılıqlı əlaqələri haqqında sosial fəlsəfənin müddəalarını rəhbər tutur.

Sosial-iqtisadi hadisələri bir-birindən təcrid edilmiş şəkildə, ayrılıqda dərk etmək mümkün deyildir. Onları dərk etmək üçün daimi hərəkətdə və inkişafda, qarşılıqlı əlaqə və asılılıqda götürmək lazımdır.

Sosial-iqtisadi hadisə və proseslər arasında qarşlıqlı əlaqələr və asılılıqlar mövcuddur. Ölkənin iqtisadi fəaliyyət sahələri və eyni zamanda ayrı-ayrı sahələr daxilində mövcud olan hadisələr arasında çox sıx əlaqə vardır. Həmin sosial-iqtisadi hadisələrin göstəriciləri arasında da belə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Məsələn, fəhlələrin əmək haqqı ilə əmək məhsuldarlığı, məhsulun maya dəyəri ilə əmək məhsuldarlığı və s. arasında sıx əlaqə və asılılıq vardır.

Sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqələr öz əksini statistika göstəricilərində tapır. Məsələn, sənayedə firmaların istehsal fəaliyyətinin nəticələri məhsul istehsalı göstəricisi ilə müəyyən edilir. Məhsul istehsalının həcmi isə sərf edilmiş əməyin kəmiyyəti və onun məhsuldarlığı ilə bilavasitə əlaqədardır. Əmək məhsuldarlığı da öz növbəsində istehsal proseslərinin mexanikiləşdirilməsindən, işçilərin peşə hazırlığından və başqa amillərdən asılıdır. Kənd təsərrüfatı məhsulları istehsalı haqqında da eyni sözləri demək olar. Başqa sözlə, istehsal olunan hər hansı bir kənd təsərrüfatı məhsulunun, məsələn, tutaq ki, pambığın ümumi yığımına onun məhsuldarlığı, yəni bir hektardan yığılan məhsul və əkin sahəsi təsir edir. Məhsuldarlıq isə həyata keçirilən aqrotexniki tədbirlərlə (sahələrə gübrə verilməsi, əkinlərin vaxtında suvarılması, zərərvericilərə qarşı mübarizə tədbirləri və s.) bilavasitə bağlıdır.

Bir-biri ilə qarşılıqlı əlaqədə olan amillər yuxarıda göstərildiyi kimi, öz əksini statistika göstəricilərində tapır və onlardan bəziləri səbəb, digərləri isə nəticə əlamətləri adlanır. Eyni bir əlamət eyni zamanda həm səbəb, həm də nəticə əlaməti də ola bilər. Məsələn, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsi ümumi məhsul istehsalının artırılması üçün səbəb əlaməti olduğu halda, onun özü də aqrotexniki tədbirlərdən asılıdır. Başqa sözlə, aqrotexniki tədbirlər məhsuldarlığın yüksəlməsinə təsir göstərdiyinə görə bu halda məhsuldarlıq nəticə, aqrotexniki tədbirlər isə səbəb əlaməti olur.

Məlum olduğu kimi istehsal olunmuş məhsullardan müxtəlif məqsədlər üçün istifadə edilir. Belə ki, onun bir hissəsi digər məhsulların istehsalı prosesində xammal kimi istifadə olunur, bir hissəsi əhalinin istehlakına yönəldilir, bir hissəsi ixrac olunur, bir hissəsi ehtiyat yaradılması üçün nəzərdə tutulur və s. Göründüyü kimi, məhsulun ayrı-ayrı hissələri müxtəlif məqsədlər üçün istifadə edilir və müvafiq statistika göstəricilərində öz əksini tapır. Lakin buna baxmayaraq onlar vahid tamın ayrı-ayrı hissələridir. Təhlilin vəzifəsi məhsulun istehsalı bölgüsünü səciyyələndirən bütün prosesi eyni bir göstəricilər sistemində birləşdirməkdən ibarətdir. Buna məhsulların istehsalı və bölgüsü balanslarının tərtib edilməsi ilə nail olunur. Onların köməyilə nəinki məhsulların istehsalı, bölgüsü, mübadiləsi və istehlakını səciyyələndirən göstəricilər vahid tam halında birləşdirilir və bir-biri ilə əlaqələndirilir, həm də iqtisadiyyatın müxtəlif sahələri və iqtisadi rayonlar arasındakı qarşılıqlı əlaqə və proporsiyalar aşkara çıxarılır.

İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi və onların arasında tarazlığın təmin edilməsi, qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi, istifadə olunmamış ehtiyat mənbələrinin aşkara çıxarılması və digər tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq iqtisadi təhlildə statistik metodlardan istifadənin əhəmiyyəti və miqyası daha da artır. İndiyədək işlənib hazırlanmış təhlil metodları ictimai həyatın müxtəlif hadisələri arasındakı qarşılıqlı əlaqələri aşkara çıxarmağa, onları dəyər ifadəsində ölçməyə imkan verir.

Sosial-iqtisadi hadisə və proseslər arasındakı qarşılıqlı əlaqələr çox vaxt müxtəlif və mürəkkəb olmaqla, obyektiv xarakter daşıyırlar. Odur ki, onların arasındakı qarşılıqlı əlaqə və asılılıqları aşkara çıxarmaq üçün təhlil zamanı müxtəlif üsullardan istifadə edilir. Hadisələr arasındakı qarşılıqlı əlaqələri üç qrupa bölmək olar: 1) səbəb əlaqələri; 2) hadisələrin tərkib hissələri arasındakı əlaqələr; 3) balans əlaqələri.

Səbəb əlaqələrini öyrəndikdə qruplaşdırma metodu və korrelyasiya nəzəriyyələrindən, hadisələrin tərkib hissələri arasındakı əlaqələri öyrəndikdə indeks metodundan, balans əlaqələrini öyrəndikdə isə balans metodundan istifadə olunur.

Eyni bir toplunun tərkib hissələri arasındakı qarşılıqlı əlaqədə əlamətlərdən biri faktor (səbəb), digəri isə nəticə əlaməti olur və bu qarşılıqlı əlaqəni aşkara çıxarmaq üçün hər hansı vahidlərdən ibarət olan toplu faktor əlamətinin qiyməti nəzərə alınmaqla qruplara ayrılır və hər qrup üzrə əlamətin orta qiyməti (nəticə) hesablanır. Faktor rolunda çıxış edən əlamətin qiyməti dəyişdikdə qruplar üzrə hesablanan orta göstəricilər dəyişirsə, deməli, onların arasında qarşılıqlı əlaqə və asılılıq vardır.

Hadisələr arasındakı qaşılıqlı əlaqələri öyrəndikdə balans metodundan istifadə olunur. Bu metod əsas etibarilə ehtiyatların əmələ gəlməsi və onların bölüşdürülməsi arasındakı əlaqə və proporsiyaları təhlil edərkən tətbiq edilir.

Statistik balans dedikdə, bir-biri ilə qarşılıqlı əlaqədə olan iki mütləq kəmiyyətdən ibarət göstəricilər sistemi nəzərdə tutulur və bu, belə ifadə olunur:

a + b = v + q

Bir çox hallarda resursların hərəkətini səciyyələndirən mütləq səviyyələr bir sistemdə birləşdirilir. Ən sadə balansa hər hansı bir müəssisədə maddi resurslar balansını misal göstərmək olar. Balansda ilk və son qalıq, daxil və xaricolmalar öz əksini tapır. Bu sistemi aşağıdakı bərabərliklə təsvir etmək olar:

ilk qalıq + daxilolmalar = xaricolmalar + son qalıq.

Bu, maddi resursların hərəkətinin vahid sistemini səciyyələndirir və prosesin ayrı-ayrı ünsürləri arasında qarşılıqlı əlaqə və proporsiyaların olduğunu göstərir. Aydın məsələdir ki, daxilolmalarla xaricolmalar arasında müəyyən uyğunluq olmalıdır. Bu uyğunluq pozulduqda dövrün əvvəlinə nisbətən axırında ehtiyatların xüsusi çəkisi kəskin surətdə dəyişir. Deməli, prosesin normal gedişi balansın bütün ünsürləri arasında müəyyən proporsiyaların olmasını tələb edir. Bu proporsiyalara xarakteristika verilməsi isə balans metodunun başlıca vəzifələrindəndir.

Balansda daxilolmaları mənbələrə (malgöndərənlər), xaricolmaları isə təyinatlarına (alıcılar) görə böldükdə qarşılıqlı əlaqə və proporsiyalara daha geniş xarakteristika verilməsi imkanları artmış olur. Belə olduqda balans, nəinki müəssisə daxilində qalıq, xaricolmalar və daxilolmalar arasındakı, həm də onun (müəssisənin) digər müəssisələrlə qarşılıqlı əlaqələrini göstərəcəkdir. Balans metodunun köməyilə yalnız maddi resursların deyil, həm də işçi qüvvəsinin, pul vəsaitlərinin, əsas fondların və s. hərəkətini (dövriyyəsini) öyrənmək olar.



Topdansatış müəssisəsində məhsulların hərəkəti balansını nəzərdən keçirək. Cədvəldə hər məhsul növü üzrə ayrılıqda və üç məhsul üzrə birlikdə onların birinci rübdə hərəkəti göstəriciləri verilmişdir.


Məhsullar

1/I
qalıq

I rübdə
daxil
olmuşdur

Qalıqla birlikdə
daxilolmaların
yekunu
(qr 1 + qr 2)

Topdan-
satış

Pərakəndə
satış

1/IV
qalıq

Qalıqla birlikdə
xaricolmaların
yekunu
(qr 4 + qr 5 + qr 6)


Yüklə 110,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin