AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə18/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

7-ZOOLOGİYA VƏ BAYTARLIQ

Hicrətin II əsri (Miladi VIII əsrdən etibarən) Müsəlman alimləri zoologiya mövzusunda əsərlər təqdim etməyə başladılar. İlk zooloqlardan olan Əbi Nadir İbn Şumeyl, əl-Əsmai, Əbu Xatim əs-Sicistani adı çəkilməyə layiq alimlərdir.

Elmi zoologiya isə, ən-NəzzamƏl-Cahiz ilə başlayır.

Əl-Cahizin, “Kitabül-Hayəvanı” zoologiya sahəsində çox məşhur bir əsərdir. Bu daha sonra yazılacaq olan bir çox əsərə qaynaq olmuşdur. Yalnız heyvanların fiziki və bioloji quruluşu deyil bu əsər, eyni zamanda heyvan sosiologiyası və psixologiyasına da toxunan ilk əsərdir. Bu baxımdan da həmin əsər digərlərindən fərqlənir və böyük əhəmiyyət kəsb edir. Daha sonra Kindi zoologiya ilə maraqlanmış və bu sahədə bəzi risalələr yazmışsa da, onlardan gəlib bizə çatanı olmamışdır. İbn Küteybə, “Üyunul-Əxbar” kitabında zoologiyaya xüsusi yer verir. X əsrdə İxvanı-Səfanın zoologiya mövzusu ilə məşğul olan alimlər arasında mühüm yeri var. İbn Sina “Şəfa” kitabında, Biruni, İbn Baccə İbn Rüşd müxtəlif əsərlərində heyvanlardan bəhs ediblər.

Miladi XIV əsrdə zoologiya mövzusunda ensiklopedik əsərlər yazılmağa başlanır. Bunların ən başında Əli ər-Rəsul adlı yəmənli bir alimin “Kitabül-Əqval” adlı əsəri durur ki, o, zoologiya və baytarlıqla əlaqədar çox gözəl elmi məlumatları əhatə edir. Damirinin “Həyatül-Hayəvan” adlı əsəri olduqca zəngin məlumatlarla doludur. Dariminin müasirlərindən olan əd-Dıməşqiən-Nüveyri mühüm zooloqlardandır. Əl-Cildakinin Durat əl- Qəvvas kitabı Əhməd İbn Yəhya əl-Ömərinin “Məsalikül-Əbsar” kitabı, əl-Kalkaşandinin “Sübh A’şa” kitabı zoologiya ilə əlaqədar müxtəlif fəsilləri əhatə edir.

Digər tərəfdən yuxarıda təsvir edilən əsərlərin çoxu heyvan xəstəlikləri və çarələriylə əlaqədar olsalar da, Baytarlıq sahəsində dərin çalışmalar aparan alimlər İbn Baytar İbnül-Münzirdir, digər mühüm baytarlar isə Əli İbn Rəbban ət-Təbəri, İsa İbn Əli İbn Bəhtişudur.343

8-ƏKİNÇİLİK VƏ HEYVANDARLIQ

Şübhəsiz ki əkinçilik, insanlıq tarixi qədər qədim tarixə malikdir. Linkün araşdırmalrına görə, torpağı ilk işləyən Hz. Adəmin oğlu Cabirdir. Hindistanda əkinçiliyin, Brahmanın əl işi olduğuna inanılır. Qədim Misirdə ilk əkinçilik dərsi deyənin adının İsis olduğu nəql edilir. Qədim yunanlara əkinçiliyi öyrədənin Diana olduğu bildirilir.

İslam inancında isə, əkinçiliyin Hz. Adəmlə başladığı söylənir. Məsudi, Adəmin göydən yerə endiyində, özü ilə otuz növ ağac fidanı gətirdiyini qeyd edir. Digər tərəfdən Mustafa əl-Kazvini də, buğdanın insana Mikayıl (ə) tərəfindən gətirilərək qidasını həmin toxumdan təmin edəcəyini və torpağa əkiləcəyini öyrətdiyini söyləyir.

Əkinçilik və heyvandarlıq elmi, zoologiya, botanika və geologiya elmlərinin tətbiqi və texnikası qəbul edilə bilər. Bir çox Müsəlman alim təbiət elmlərini nəzəri cəhətdən tədqiqi, bir qismi də həmin nəzəriyələrin praktikası ilə məşğul olmuşdular. Bitkilərin əkilməsi, torpağın əkinçiliğə hazırlanması, biçin zamanlarının təsbiti, tarlaların sulanma növləri, heyvanların bəslənməsi və işlədilmələri ilə əlaqədar mövzularda bir çox əsərlər yazılmış və təcrübələr edilmişdir. Əkinçilik və heyvandarlıq elmilə məşğul olan alimlərin çoxu Əndəluslu müsəlmanlardır.

Bu cür əsərlərin ilkini Əhməd İbn Əbi Bəkr İbn Vəhşiyyənin Əl-Filahatül-Nəbatiyyə (Nəbatların əkinçiliyi) adlı kitabı təşkil edir. Yazılış tarixi 903-cü ildə olan həmin kitab, İslamda əkinçilik incələmə və araşdırmaları üçün ən qədim bir mənbə xüsusiyyəti daşıyır. Ona görə də bu əsər İslam dünyasında çox oxunmuşdur. Müəllifin bu mövzuda daha bir çox əsəri mövcuddur.

Əkinçilik haqqında daha tanınmış əsərlər Əbül-Hasənil-Qurtubi tərəfindən yazılmışdır. O, Kitabül-Ənva”sında, müxtəlif əkinçilik prosesləri haqqında təqvim hesabına aid məlumatlar verir. Əkinçilik haqqında daha ümumi bir əsər, Əbül-Qasım əz-Zəhravinin Kitabül-Filaha” adlı kitabıdır. Başqa bir əkinçilik alimi Əbu Ömər İbn Həccacil-İşbilidir. Bu müsəlman alim də bir çox əsərlər yazmışdır; onların ən məşhuru “Kitabül-Muqnidir”. İbn Bəssalın “Divanül-Filaha” kitabı da mühüm bir əsərdir. Müəllif əsərində yağış, dəniz, çay sularının bitkilərə müxtəlif xeyirləri, torpaqların necə sulanacağı, hansı suyun hansı torpağa daha yaxşı olacağı və uyğun gələcəyindən bəhs edir.

Bu mövzuda yazılmış əsərlərin ən mühümü şübhəsiz ki, İbn Əvvamın “Kitabül-Filaha”sıdır. Bu əsər sadəcə müsəlmanlar tərəfindən deyil, eyni zamanda Qərblilər tərəfindən də çox yaxşı tanınırdı. 1802-ci il tarixdə Banqueri tərəfindən İspaniya dilinə və 1864-cü ildə Klement-Mullet tərəfindən də Fransız dilinə tərcümə edilmişdir.

Əsər 35 bölmədən ibarətdir. İlk bölmələr torpaq növləri və analizlərinə; su çeşidləri və faydalarına həsr edilmişdir. Digər bölmələrdə bağçılıq və bağçaçılıqdan bəhs edilir. Ağacların əkilməsi, budanması, fidançılıq və fidanların əkilməsi, meyvələrin toplanması və saxlanması ilə əlaqədar bir çox məlumat verilmişdir. Bütün kitabda 585 bitki və 55 meyvə ağacına yer verilmişdir. Ağac calama, bitki və ağac xəstəlikləri, onların çarələri ayrıca izah edilmişdir.

Əsərin xüsusən 31-34-cü bölmələri heyvandarlığa ayrılmışdır. Bir çox heyvanın yetişmə tərzi və faydalarından bəhs edilmişdir. Ən son bölmə isə yalnız itlərə həsr edilmişdir.

Bugünkü müasir elm baxımından bu əsərin ən mühüm nöqtəsi və dəyəri, ilk dəfə bitkilərin və ağacların bir-biri arasında, insanlar və heyvanlar arasında olduğu kimi, sevgi və nifrətin olduğunu kəşf etmiş olmasıdır. Müəllifə görə, bitkilərin bir-birinə qarşı rəğbət və nifrət halları vardır. Ağaclar və bitkilər əkilərkən

buna fikir verilməlidir. Buna əlavə olaraq müəllif hansı bitki və ağacların bir-birilərini sevib sevmədiklərini izah edir. Günümüzdə ancaq belə bir iddia bəzi İtalyan botanikaçıları tərəfindən yeni bir kəşf kimi ortaya atılmaqdadır. Müəllifə görə qara üzümlə ağ üzüm arasında; qoz ağacı ilə digər bəzi ağaclar (əncir, alma və limon ağacları ) arasında rəğbət vardır.

İbn Əvvamdan sonra bir çox müsəlman alimlər, çox sayda əsərlər yazmışlar. XIV əsrdə YəmənÖmər İbn Yusuf əl-Abbas İbn Əli var idi. İkinci alimin “Kitab Buğyatil-Fəllahin” adlı əsəri məşhurdur.

İlhanlılar dövründə, Vəzir Rəşid əl-Dinin “Kitabül-Əxbar vəl-Asar”ında öz zamanındakı əkinçiliyə həsr edilən bölmə ilə eyni dövrdə yaşayan Cəmaləddin əl-Vatvat əl Kütübinin “Kitabü Mübahicil-Fikr”ində əkinçiliyə ayırdığı əsərlərdəndir. Heyvandarlığa dair tərifə layiq başqa bir əsər də Damirinin “Həyatül-Hayəvan” adlı kitabıdır. Müəllif, əsərində heyvanların yetişmə, beslənmə və faydalarından başqa; heyvan psixoloqiyası və sosiologiyası haqqında bir çox müasir fikirlərdən bəhs edər.

Hansı əkinçiliyin və hansı heyvanların İslam dünyasının harasında necə yetişdirildiyi haqqında Yaqutun “Kitabül-Büldan” adlı əsərində olduqca əhəmiyyətli məlumatlar vardır. Süni göllərdə və hovuzlarda balıq yetişdirmə ilə əlaqədar bir elm sahəsi olan Pisikültür keçmiş müsəlmanlar tərəfindən bilinirdi. Tarixi mənbələr bunun yeni bir elm sahəsi olmadığını, onun müsəlmanlar tərəfindən hələ IX əsrdən məlum bir elm olduğunu sübut edir. Məşhur Müsəlman zooloq və elm adamı olan Cahiz, “Kitabül-Hayəvan” adlı əsərində, Ümmü Cəfər adında bir qadının böyük bir hovuzda balıq yetişdirdiyini xəbər verir.344
9- T İ B B
Tibb və Tibb elmləri, İslamda ən çox rəğbət qazanan və ən çox inkişaf edən elmlərdəndir. Müsəlman elm adamlarının çoxu eyni zamanda böyük bir həkimdilər. Ona görə də İslam tibbinin zənginliyi bütün dünyada, o cümlədən Qərb aləmində böyük heyranlıqlara səbəb oldu. Həmin təsir XVIII əsrin sonuna qədər davam etdi.

İslam tibb tarixində o qədər çox alimlər yetişmiş, o qədər çox kitablar yazılmışdır ki, burada hamsını yox, ən mühümlərini belə saymaq imkansızdır.345 Ancaq qısaca da olsa burada bəzilərindən söz açacağıq.

Yeni tibbin təməlini qoyan bir şəxsiyyət kimi məşhur olan qüdrətli İslam əllaməsi (hər tərəfli böyük alim) İbn Sinadır. Ancaq İslam tibb tarixində Avropalıların Avisenna dedikləri İbn Sinanı yetişdirmiş olan bir ilk dövr vardır ki, bunun mənşəyi, təbabət sahəsinə aid hədislərdən meydana gələn ət-Tibbün-Nəbəviyə dayanır. Məsələn, BuxariMüslim kimi ən böyük mühəddislərin müvafiq olaraq qeyd etdikləri indi zikr edəcəyimiz bu hədisi-şərif o cümlədəndir. Belə buyrulur:

-Bir yerdə vəba (xəstəliyi) olduğunu eşidərsəniz oraya daxil olmayın. Əgər olduğunuz yerdə baş vermişsə oradan da çıxmayın.”

Yoluxma və qarantin məsələlərini müxtəsər təsbit edən bu möhtəşəm hədis kimi, insanı heyrətdə qoyan yüzlərlə tibbi hədisi İslam tababətinin mənşəyini göstərən Qərb tədqiqatında mühüm bir yer tutur.346 Onlardan biri belə deyir:

Müsəlmanlar, təbabətdə ən yüksək yeri tutublar. Beş əsrdən çox dünya tibb elminin başında olmuşdurlar. Hz. Peyğəmbərin bir hədisinə görə təbabətlə ilahiyyat, elmin ən əsaslı şöbələridir. Hz. Mühəmmədin nəql edilən tibbi hədisləri təqribən üç yüzə çatır... 622-ci ildən 661-ci ilə qədər davam edən HicrətReşid xəlifələr dövründəki həkimlər daha o zamandan yaraları dezinfeksiya etmek sənətini, qan almağı və hacamat tətbiqatını bilirdilər.”347 Hippokrat, Qalien, Rufus və s. kimi əski Yunan tibb alimlərinin Ərəb dilinə tərcümə edilən əsərləri İslamiyyət sayəsində Qərbə nəql edilmişdir. İslam tibbinin o əski Yunan əsərlərindən deyil, Müsəlman həkimlərin öz tədqiq və təcrübələrindən yarandığını yenə də eyni Qərb mənbələrinin etiraf etdiyini görürük:

...Müəyyən bir vaxtdan sonra alim sələflərini bir kənara atıb əski Yunanlıların heç bilmədikləri yollara əl atdılar. Beləliklə də tibbin tərəqqisində böyük nisbətdə iştirak etdilər. Səbirli, əzmkar və dəqiq olduqları üçün tibbi müşahidələrini heç yorulmadan cəmləşdirdilər. Həmin dövrdən etibarən tababət təcrübi bir xarakter aldı. Tibb tədrisi, xüsusən xəstəxanalarda aparılardı. O dövrdən etibarən mədrəsələrə Fən Fakültələrilə Tibb Fakültələri və laboratoryalar əlavə edilmişdi.”348

Amerikanın dünyada məşhur alimlərindən olan Vill Durantın da etiraf etdiyi kimi349 ilk dispanser və əczaxanaları Müsəlmanlar təsis etdilər; Orta çağın ilk əczacı məktəbini müsəlmanlar qurdular, əczaçılığa dair mükəmməl əsərlər yazdılar. Həmin dövrdə İslam aləmində otuz dörd xəstəxana təsis edilmişdi. Bağdadda məlum olan ən qədim xəstəxana Harun Rəşid tərəfindən təşkil edilmiş və X əsrdə beş xəstəxana daha istifadəyə verilmişdi.

İslamın ən məşhur xəstəxanası 706-cı il tarixdə Şamda təsis edilmiş olan Bimaristandır; 978-ci ildə bu müəssisədə iyirmi dörd həkimdən mütəşəkkil bir heyət vardı. Həkim olan vəzir Əli İbn İsa 931-ci ildə şəhərdən şəhərə gedib xəstələri müalicə edəcək həkimlər kollektivi təşkil etmişdi. Xüsusən ruhi xəstələr üçün çox insani bir müalicə üsulu tətbiq olunardı. 951-ci ildə təkcə Bağdad şəhərində 860 həkim vardı.

Pellegrin kitabın da belə deyir:

Bütün Orta əsrlər boyunca Müsəlmanlar xüsusən tibb sahəsində inkarına imkan olmayan bir üstünlük göstərmişdilər... Cərrahlarıyla və göz mütəxəssisləriylə əksər həkimlər öz sənətlərində üstad adamlar idilər. Bunların hamsı Şərqdə də Qərbdə də dillərə dastan olmuşdu...”350



İskəndəriyyə məktəbində Dioskoridenin göylərə çıxararaq mədh etdiyi tibbi maddələrin tətbiqatı elmi şəkliylə bir islam icadıdır. Kimyəvi əczacılığı Müsəlmanlar icad etmişlər. Bugün dispensatoires deyilən dərmanın ibtidai maddələri haqqındakı müəzzəm əhkam müsəlmanlardan qalmış və daha sonralar bunlar Salerne tibbiyəsindən Cənubi Avropaya yayılmışdır.351

Bu günkü tibbin Müsəlman təsisçiləri, Avropa mədəniyyətinin əsas qəbul etdiyi İslam tibbini Hippokrat, Qalien və s. Əski Çağ həkimlərinin təmsil etdiyi Yunan tibbinin davamı zənn edənlərin bu əsassız nəzəriyyəsinin heç bir elmi dəyəri yoxdur. Daha əvvəldə bəyan etdiyimiz kimi, İslam tibbinin böyük təsisçiləri əski yunan nəzəriyyələrini bir tərəfə qoyaraq bilavasitə öz elmi təcrübələrinə istinadən yeni bir təbabət təsis etmişdirlər. Onsuz da İslam mədəniyyətinin ilk tərcümələr dövründə yalnız qədim yunan tibbi deyil, qərbli mənbələrdə də öz əksini tapdığı kimi,352 Antakya və Harran mərkəzlərindəki Süryani, Hind və xüsusən Sasanilərin Gündi-Şapurda təsis etdikləri Tibbiyyədə özünü göstərən İran tibb əsasları da tədqiq edildikdən sonra, bütün bu köhnə nəzəriyyələrə qarşı olaraq klinika təcrübələrinə istinad edən elmi əsaslardan meydana gələn yeni İslam tibbi köhnə zamanların klassik tibb ənənələrini tamamilə unutduran bir sistem şəklində ortaya çıxmışdır.

Şübhəsiz ki, tibb sahəsində ən böyük müəllif İbn sina, ən böyük həkim Əbu Bəkir Ər-Razidir.353 Ona görə də onların foto-şəkilləri hələ bu gün də Paris Tibb Fakültəsinin böyük koridorunda hörmət əlaməti olaraq saxlanır.354

Bunun səbəbi isə, Xristian-Qərbin belə mədəniyyət müəllimləri bildiyi bu müəzzəm İslam dühalarına minnət və şükranlarının aşkar olmasını elmi, insani və mədəni bir vəzifə olaraq qəbul etməyə başlamış olmalarının bir nişanəsidir.355



Orta əsrintibah dövrü Avropası HippokratQaliendən daha çox İslam həkimləri məktəbini təlqin etdilər. 850-932-ci illərdə yaşamış olan Razi 50 il Bağdadda həkimlik etmişdir. Əsərləri 1509,1528, 1548 və 1745 tarixlərində dəfələrlə Latın dilinə tərcümə edilmişdir. 950-1036-cı illərdə yaşamış olan Tibbin Sultanı olaraq təriflənən İbn Sina daha mühümdür. Beş kitabdan ibarət olan “Qanun” adlı əsəri Avropa dillərinin çoxuna tərcümə edilmiş və XVII əsrə kimi dəfələrlə çap edilmişdir. 1617-ci ildə bir üniversitet nizamnaməsindən anlaşıldığına görə, Razi ilə İbn Sinanın əsərləri XVII əsrdə Louvain Universitetinin tibb tədrisatının əsasını təşkil etmişdir. İbn Sinanın əsərlərinin tərcümələri tam 600 il Avropa Universitetlərində dərslik olaraq oxudulmuşdur.356

O, bu günkü tibbin əsasını qoymuş, beləliklə də insanlığı xılas edən bu yeni elm, o (zamankı) qaranlıq Qərbə öz şöbələrilə yanaşı İslam mədəniyyətini də gətirmişdir.357

Onu da deyək ki, insanlığa böyük xidmət etmiş olan İslam həkimlərinin sadəcə adlarını belə buraya daxil etməyə imkan yoxdur. Yenə də biz, qısaca olaraq bəzi tibb alimlərindən bəhs etmək istəyirik:

* Pasteurdən 400 il əvvəl mikrobu kəşf edən böyük İslam alimi Fateh Sultanın Müəllimi Akşəmsəddindir.

* Bundan 1000 il əvvəl kansər əməliyyatı aparan Müsəlman həkim Əli ibn Abbasdır.

* İlk dəfə göz xəstəlikləri haqqında əsər yazan müsəlman tibb alimi Əli ibn İsadır”

* Qərb aləminə müalicə metodlarını öyrədən İslam alimi Əli ibn Rizvandır.

* İlk dəfə katarakt əməliyyatını həyata keçirən Müsəlman həkim Əmmardır.

* Gözlə əlaqədar ilk kitabı yazan və göz həkimlərinə yol göstərən İslam alimi Huneyn ibn İshaqdır.

* Orta əsrin ən böyük botanikaçısı və əczacısı Müsəlman İslam alimi İbn Baytardır.

* Cüzamın səbəbini və onun müalicə yollarını 900 il əvvəl açıqlayan Müsəlman həkim İbn Cəssardır.

* Vəbanın yoluxucu bir xəstəlik olduğunu elmi şəkildə sübut edən Müsəlman həkim İbn Xətibdir.

* Zamanının ən böyük həkimi olan və tibb sahəsində bir ensiklopediya yazan İslam mütəfəkkiri İbn Rüşddür.

* Əsərləri Avropada əsrlərcə dərslik olaraq oxudulan Müsəlman həkim İbn Zöhrdür.

* Avropalılardan üç əsr əvvəl kiçik qan dövəranını kəşf edən tibb alimi İbnün-Nəfisdir.

* Vərəm mikrobunu R. Koşdan 150 il əvvəl kəşf edən məşhur İslam həkimi Kambur Vəsimdir.

* XV əsrdə heyvanlar üstündə elmi təcrübələrə başlayıb təcrübi fiziologiyanın inkişafına rəhbərlik edən məşhur İslam həkimi Sabuncuoğlu Şərafəddindir.

*Cərrahlığı müstəqil bir elm halına gətirən böyük Operator doktor Zəhravidir.358



Optika elminin əsasını qoyan İbn Heysəm (965-1051) “Görüntülər Kitabı” ilə, Roger Bacon, (1214-4-1294), Kepler (1571-1630) və Leonardo (1452-1519) kimi alimlərin işlərində rəhbər rol oynadı və altı yüz il elm dünyasında qaynaq əsər olaraq istifadə edildi. İşığın kürəvi güzgülərdə əks etməsilə əlaqədar öz adı ilə məşhur olan Al-Hazen*məsələsi onun kəşfidir.359

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin