Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§ 4. Şifahi hesablama üsulları və onların təlim prosesində tətbiqi



Yüklə 175,75 Kb.
səhifə51/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
riyaziyyat 11

§ 4. Şifahi hesablama üsulları və onların təlim prosesində tətbiqi
Riyaziyyat təliminin həyatla əlaqələndirilməsi hazırda daha zəruri xarak-
ter almışdır. Buna görə də ibtidai məktəb şagirdlərinin şifahi və yazılı hesab-
lama vərdişlərinin formalaşdırılması diqqət mərkəzində durur. Hesablama və
kompüter texnikasının inkişafı və bunlardan praktik məsələlər üçün kütləvi
surətdə istifadə edilməsi şagirdlərin zehni və praktik fəaliyyətinin kütləşmə-
sinə deyil, fəallaşdırılmasına xidmət etməlidir.
Məlumdur ki, I-1V siniflərdə əsasən şifahi hesablamalar tətbiq edilir. II
sinifdən başlayaraq, şagirdlər yazılı hesablama priyomları ilə də tanış olurlar.
Lakin yazılı hesablama öyrədildikdən sonra da şifahi hesablamaların tətbiqi
azalmır, əksinə, yazılı hesablamaların aralıq mərhələlərində şifahi hesablama-
lardan istifadə olunur. Deməli, şifahi hesablama yazılı hesablama prosesini
asanlaşdırır və sürətləndirir. Bundan əlavə, riyaziyyat təliminin qarşıya qoy-
duğu məqsədlər şifahi hesablama prosesində həyata keçirilir:

  1. şagirdlər şifahi hesablamaların müxtəlif üsullarını öyrənirlər;

  2. öyrəndikləri nəzəri biliklərin praktikada tətbiqi vərdişlərini qazanırlar;

  3. şifahi hesablama prosesi şagirdlərdə məsuliyyət, təşəbbüskarlıq,
    hesablamanın səmərəli üsulunu seçmək, diqqətli və dəqiq olmaq kimi keyfiy-
    yətlər tərbiyə edilir.

Praktikada müxtəlif hesablama cihazlarından istifadə edilməsində, hesab-
lama alqoritmlərinin hazırlanmasında onların icrasında cəld və şifahi hesab-
lamalardan istifadə olunur.
Şifahi və yazılı hesablama üsulları nömrələmə, hesab əməllərinin xassələri,
əməl nəticəsi ilə komponentlər arasındakı asılılıq, komponentlərdən birinin
dəyişməsindən asılı olaraq, əməl nəticəsinin dəyişməsinə dair biliklərə
əsaslanır.


83




Təcrübə göstərir ki, çox vaxt tələbələr və ya ibtidai sinif müəllimləri şifahi
və yazılı hesablamalar arasındakı fərqləri vaxşı ayırd edə bilmirlər. Bunu
nəzərə alaraq həmin fərqləri göstərək:

  1. Şifahi hesablama ədədlərin yüksək mərtəbə rəqəmlərindən başlayaraq
    aparılır, yazılı hesablama isə ədədin aşağı mərtəbə rəqəmindən başlayaraq
    icra olunur (bölmə əməlinə aid hesablama istisna olmaqla).

Məsələn, (şifahi hesablama)
76+ 14 = (70 + 6) + (10 + 4) = (70 + 10) + (6 + 4) = 80 + 10 = 90
(yazılı hesablama) 523
+
456
979

  1. Şifahi hesablamalar sətir üzrə (lazım olduqda), yazılı hesablamalar isə
    sütun üzrə yazılır.

  2. Şifahi hesablamalarda aralıq nəticələr yadda saxlanılır və sonra alınan
    nəticəyə əlavə edilir, yazılı hesablamalarda isə dərhal yazılır.

  3. Eyni bir əmələ aid icra edilən şifahi hesablama üsulları misalın xüsu-
    siyyətindən və əməldə tətbiq olunan xassədən asılı olaraq müxtəlif ola bilər.
    Məsələn,

34 • 15 = 34 • (10 + 5) = 340 + 170 = 510
34 • 15 = (30 + 4) • 15 = 450 + 60 = 510
34 - 15 = 34•5•3 = 170•3 = 510
Yazılı hesablama isə hər əməl üçün qabaqcadan müəyyən olunmuş dəqiq
alqoritmə əsaslanır. Məsələn,


534
x
12
+1608
534
6408

  1. Şifahi hesablamalar əsasən ikirəqəmli ədədlər və hesablanması 100
    dairəsinə gətirilən yuvarlaq ədədlər üzərində icra olunur. Məsələn,

17000 + 12000 = 17 min. + 12min. = 29min. = 29000
140 • 3 = 14 onl. • 3 = 42 onl. = 420
İndi şifahi hesablama üsullarını nəzərdən keçirək:


84




  1. Ümumi üsullar ədədlərin onluq tərkibinə və hesab əməllərinin qanun
    və xassələrinə əsaslanmaqla, bütün ədədlərə tətbiq olunur.

  2. Xüsusi üsullar ədədlərin onluq tərkibinə, hesab əməllərinin qanun və
    xassələrinə əsaslanmaqla, bütün ədədlərə deyil, yalnız hesablama üçün müna-
    sib olan ədədlərə tətbiq oluna bilir. Məsələn, ardıcıl vurma, ardıcıl bölmə və s.

47 • 18 = 47• 2• 9 = 94• (10- 1) = 940 - 94 = 846


Şifahi hesablamanın xüsusi üsulları ədədin bir neçə vahid və ya bir neçə
dəfə artırılmasına, ədədin yuvarlaqlaşdırılmasına əsaslanır.
I-II siniflərdə şifahi hesablamanın ümumi üsulları, III-IV siniflərdə isə
həm də xüsusi üsulları tətbiq olunur.
Təlim prosesində şifahi hesablamaya aid çalışmalar onların verilməsi
formasına görə iki növ olur:

  1. müəllim çalışmanı şifahi söyləyir, şagird fikrində hesablayır və cavabı
    söyləyir;

  2. müəllim çalışmanı yazılı şəkildə verir və ya söyləyir, şagird isə say
    fiqurları, cədvəl, plakat və ya digər sayma vasitələrindən istifadə edərək
    hesablamanı icra edir və nəticəni yazır.

Təlimin birinci və qismən ikinci ilində şifahi hesablamanın birinci növü
tətbiq olunur. Şagirdlər yazılı nömrələmə və əməllərin xassələri ilə tanış
olduqdan sonra şifahi hesablamanın ikinci növü də tətbiq olunur.
III-IV siniflərdə şifahi hesablamanın ikinci növünə üstünlük verməklə, hər
dərsdə ona təxminən 5-7 dəqiqə sərf olunur.
Şifahi hesablamaya sox vaxt olunması məqsədəuyğun deyildir, çünki bu
zaman şagirdlər daha gərgin işləyir və tez yorulurlar.
Şifahi hesablamanın dərsdə yerinin müəyyən edilməsinin də böyük
əhəmiyyəti vardır. Məktəb təcrübəsi göstərir ki, müəllim dərsin əvvəlində ev
tapşırıqlarını yoxladıqdan sonra şifahi hesablamaya keçir. Lakin bunu
şablona çevirmək olmaz. Dərsin xarakterindən asılı olaraq, bəzi hallarda
şifahi hesablamanın dərsdə yerini dəyişmək olar. Məsələn, çıxarılmış
qaydanın məsələ və misallar həlli vasitəsilə möhkəmləndirmədən əvvəl,
müstəqil işə başlamazdan əvvəl şifahi hesablamaya aid çalışmalar vermək
olar. Əsas hissəni məsələ həlli təşkil edən dərsdə şagirdlərin yorğunluğu hiss
olunursa, şifahi və həm də əyləncəli çalışmalar vermək məqsədəuyğundur.
İndi ibtidai siniflərin riyaziyyat təlimində şifahi hesablamanın ən çox
tətbiq olunan formalarını nəzərdən keçirək.


85












  1. Cəld hesablama. Müəllim (5 + 7 - 3) • 2 + 12 misalını söyləyir və onun
    cavabını şagirddən soruşur. Şagird yazı taxtasında həmin misalın həlli
    alqoritmini göstərir.

  2. Cavabı verilən misalın cavabına bərabər olan misalın tərtib edilməsi.
    Məsələn, 14 + 45 - 19 = 40 kimi misala oxşar və cavabı 40 olan başqa misalın
    yazılması şagirddən tələb olunur.

Bu kimi şifahi hesablamanın əhəmiyyəti ondan ibarətdir ki, şagirdlər
komponentlərlə əməl nəticəsi arasındakı asılılığı dərindən dərk edir və onu
praktikada tətbiq edirlər.

  1. Zəncirvari hesablama. Bu, cəld hesablamanın bir növüdür. Müəllim

(6 • 4 + 36) : 125 kimi misalı yavaş-yavaş söyləyərək yazı taxtasında
yazır. Bərabərlik işarəsini qoyan kimi şagirdlərin cavabı artıq olur.

  1. Sehrli kvadratlar. Məsələn, hər hansı kvadrat çəkilir və 9 xanaya
    bölünür. 1-dən 9-a qədər ədədləri həmin xanalara elə yazmaq lazımdır ki,
    sətirdəki ədədlərin cəmi sütundakı ədədlərin cəminə bərabər olsun və ya
    diaqonallar üzrə yazılan ədədlərin də cəmi ədədə bərabər olsun.

  2. Cədvəl və ya sxem üzrə şifahi hesablama.

  3. Hərf daxil olan riyazi ifadənin ədədi qiymətinin hesablanması. Bu
    halda hərfin bir və ya bir neçə qiyməti verilir.

  4. Adlı ədədlərin xırdalanması və çevrilməsinə aid şifahi hesablamalar.

  5. Verilmiş sadə tənliklərin şifahi həll edilməsi.

  6. Məsələlərin şifahi həll edilməsi. Bu məqsədlə həm sadə, həm də
    mürəkkəb məsələlər seçilir.

Ümumiyyətlə, şifahi hesablamaya aid verilən çalışmalar nə qədər
müxtəlif, rəngarəng, maraqlı və əyləncəli olarsa, şagirdlərin zehni bir o qədər
inkişaf edər və məntiqi təfəkkürləri formalaşar.
Şagirdlərin hesablama vərdişlərini yoxlamaq məqsədilə riyazi imladan da
istifadə olunur. Belə imlalar rübdə ən azı iki dəfə aparılır. Bunun üçün
müəllim bir neçə variantda çalışma seçir və yazı taxtasında yazır. Şagirdlər
həmin çalışmaları və cavablarını dəftərlərinə yazırlar. Hər variantda 7-8 sual-
çalışma ola bilər. Bir imla variantı mətnini verək:


1.
o
3.
4.
5.
6.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin