Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§ 6. Riyaziyyat dərsinin xüsusiyyətləri və ona verilən tələblər



Yüklə 175,75 Kb.
səhifə57/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   51   52   53   54   55   56   57   58   59
riyaziyyat 11


§ 6. Riyaziyyat dərsinin xüsusiyyətləri və ona verilən tələblər
Riyaziyyatdan tədris işi təşkilinin əsas forması dərsdir. Riyaziyyat dərsi-
nin birinci xüsusiyyəti - tədris materialının xüsusiyyətindən irəli gəlir.
İkinci xüsusiyyət - dərsdə nəzəri və praktik məsələlərin qarşılıqlı əlaqədə
nəzərdən keçirilməsidir. Ona görə də riyaziyyatdan hər bir dərsdə biliklərin
mənimsənilməsi işi bacarıq və vərdişlərin qazanılması ilə birgə aparılır.
Üçüncü xüsusiyyət - dərslər arasındakı keçidlik mərhələsinin gözlənilmə-
sidir. Belə ki, hər dərsdə bir neçə didaktik məqsəd həyata keçirilir. Tədris
olunacaq mövzuya aid bütün dərslərin məqsədləri müəllimə aydın olmalıdır.
Dördüncü xüsusiyyət - riyazi materialın spesifikasından irəli gəlir, materi-
alın mücərrəd xarakter daşıması dərsə aid müvafiq əyani vasitələrin, fəallaşdı-
rın metodların seçilməsini tələb edir.
Beşinci xüsusiyyət - riyaziyyat dərslərində təhsil vəzifəsi ilə yanaşı, tərbiyə
vəzifəsinin də həyata keçirilməsidir.
İndi riyaziyyat dərsinə verilən tələbləri nəzərdən keçirək:


  1. Materialın məzmunu cəhətdən.

  1. dərs nəzəri cəhətdən tam olmalıdır, yəni öyrədiləni əsaslandırmaq üçün
    zəruri olan materialı əhatə etməlidir;

  2. dərs üçün nəzəri və praktik material düzgün münasibətdə seçilməlidir;

  3. dərs zəruri və mümkün olan yerdə başqa fənlərlə əlaqələndirilməlidir;

  4. dərs vaxt bölgüsünə görə düzgün qurulmalıdır.

  1. Təlim metodlarının tətbiqi cəhətdən: eyni bir dərsdə tətbiq edilən
    müxtəlif təlim metodları həmin dərsin xüsusiyyətinə cavab verməlidir.


96




  1. Təlim formalarının tətbiqi cəhətdən:

  1. sual-cavab və şərh formaları düzgün növbələşməlidir:

  2. evristik forma düzgün tətbiq edilməlidir;

  3. dərsin şərholunma dili sadə, konkret, obrazlı və düzgün olmalıdır.

  1. Müəllim dərsə hazırlaşarkən və plan tərtib edərkən:

  1. təkcə bir dərsə deyik bütün bəhsə istinad etməlidir;

  2. geniş plan tərtib etməlidir;

  3. keçmiş material ilə əlaqə momentlərindən istifadə etməlidir;

  4. dərsin məzmununa və şagirdlərin marağına uyğun olan əyani vəsait və
    didaktik materiallar seçməlidir.

  5. dərsin vaxtını mərhələlərlə düzgün bölməlidir;

  6. həll ediləcək məsələləri didaktik cəhətdən düzgün seçməlidir.

İndi ibtidai siniflərdə tətbiq olunan riyaziyyat dərslərinin növlərini
nəzərdən keçirək.
Dərsin əsas didaktik məqsədindən asılı olaraq, aşağıdakı növləri vardır:

  1. yeni materialın öyrənilməsi dərsi;

  2. bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi dərsi;

  3. bilik, bacarıq və vərdişlərin yoxlanması və hesaba alınması dərsi;

  4. bir neçə hüquqlu didaktik məqsədi olan kombinasiyalı dərs.

I-IV siniflərdə o biri dərs növləri ilə yanaşı, kombinasiyalı dərslər daha
çox tətbiq olunur. Bu da şagirdlərin yaş xüsusiyyətlərindən və riyaziyyatın
ibtidai məktəb kursunun xüsusiyyətlərindən irəli gəlir.
Kombinasiyalı dərsin strukturu aşağıdakı kimi ola bilər:

  1. Əvvəl keçilmiş materiala aid biliyin yoxlanması və
    möhkəmləndirilməsi.

  2. Yeni materialın öyrənilməsi.

  3. Yeni materialın möhkəmləndirilməsi.

  4. Ev tapşırıqlarının verilməsi.

Kombinasiyalı dərsin strukturu belə də ola bilər:

  1. Yeni materialın öyrənilməsi.

  2. Əvvəl keçilmiş və yeni öyrənilmiş materialın möhkəmləndirilməsi.

  3. Ev tapşırığının verilməsi.

  4. Yeni mövzunun öyrənilməsi üçün hazırlıq işi.


97




Kombinasiyalı dərsdə əvvəl keçilmiş materialın öyrənilməsinə və
möhkəmləndirilməsinə təxminən eyni miqdarda vaxt sərf olunur.
Yeni materialın öyrənilməsi prosesində həm keçmiş material təkrar
olunur, həm də sonrakı mövzunun öyrənilməsinə hazırlıq görülür. Bununla da
bütün dərs vaxtı şagirdlərin fəal işləməsi təmin olunur.
Dərsdə yeni materialın öyrənilməsi əsas didaktik məqsəd daşıyırsa, buna
yeni materialın öyrənilməsi dərsi deyilir. Bu dərsin strukturu aşağıdakı kimi
ola bilər:

  1. Yeni riyazi biliklərin şüurlu mənimsənilməsi üçün zəruri olan
    materialın təkrarı.

  2. Yeni materialın öyrənilməsi.

  3. Öyrənilmiş materialın ilk möhkəmləndirilməsi.

  4. Ev tapşırığının verilməsi.

Materialın strukturundan asılı olaraq, dərsin strukturu dəyişə bilər, lakin
dərsin əsas hissəsi yeni materialın öyrənilməsi işinə həsr olunur.
Bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi dərsində şagirdlərin
müstəqil işi əsas yer tutur. Belə dərsin strukturu aşağıdakı kimi ola bilər:

  1. Dərsin məqsədinin elan edilməsi.

  2. Tapşırığın yerinə yetirilməsi üçün zəruri olan bilik, bacarıq və
    vərdişlərin təkrar edilməsi.

  3. Müxtəlif çalışmaların şagirdlər tərəfindən müstəqil icrası.

  4. İşin nəticəsinin yoxlanması və yekunlaşdırılması.

  5. Ev tapşırığının verilməsi.

Şagirdlərin bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək məqsədilə, belə
dərsə yeni mövzunun elementləri də bəzən daxil edilir. Bu da növbəti dərsə
hazırlıq məqsədi daşıyır.
Bilik, bacarıq və vərdişlərin hesaba alınması dərsində əsas yer öyrənilmiş
materialın mənimsənilməsinin şifahi və yazılı yoxlanmasına verilir. Yoxlama
yazılı şəkildə aparılmışdırsa, onda növbəti dərs onun nəticəsinin təhlilinə həsr
edilir.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin