Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§ 7. Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası



Yüklə 175,75 Kb.
səhifə58/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   51   52   53   54   55   56   57   58   59
riyaziyyat 11


§ 7. Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası
Riyaziyyatdan sinifdənxaric işlər daha bacarıqlı və istedadlı şagirdləri
aşkara çıxarmağa, şagirdlərdə riyaziyyata maraq və həvəs tərbiyə etməyə
xidmət edir.
Riyaziyyatdan sinifdənxaric işlərdə şagirdlərdə əməyə məhəbbət, iradəlik
və təşkilatçılıq kimi keyfiyyətlər də tərbiyə olunur.


98




Riyaziyyatdan sinifdənxaric iş tədris prosesinin ayrılmaz bir hissəsi
olmaqla, onu tamamlayır, inkişaf etdirir və dərinləşdirir. Ona görə də hər sinif
üzrə sinifdənxaric məşğələlərin məzmunu həmin sinfin riyaziyyat proqramı
ə s a s ı n d a m ü ə y y ə n 1 ə ş d i r i 1 i r.
Riyaziyyatdan dərs məşğələsi sinifdənxaric işlərdən aşağıdakı
xüsusiyyətlərinə görə fərqlənir:

  1. Dərs proqram əsasında aparılmaqla, bütün şagirdlər üçün məcburidir.
    Sinifdənxaric işlərdə isə müəllim materialı özü seçir və proqramdan kənara
    çıxa bilər;

  2. Sinifdənxaric işlər şagirdlərin könüllüyünə, fəallığına və təşəbbüskarlı-
    ğına əsaslanır. Müəllim buraya daha fəal şagirdləri cəlb edir;

  3. Sinifdənxaric işlərdə müəllim şagirdlərin fərdi bacarıqlarını nəzərə
    almaqla, ən incə priyomlar tətbiq edir. Burda müəllim təkcə öyrətmir, o həm
    də şagirdlərin fəaliyyətinə rəhbərlik edir, onları müstəqil işləməyə alışdırır,
    onların marağını istiqamətləndirir.

Sinifdənxaric işi - ümumi proqram materialının təkrarı və möhkəmlən-
dirilməsi ilə əvəz etmək olmaz.
Sinifdənxaric məşğələlər üçün material seçərkən, nəzərə almaq lazımdır
ki. onun maraqlı olması işin keyfiyyətini təmin edir.
İbtidai siniflərdə sinifdənxaric işlərin aşağıdakı növləri tətbiq olunur:

  1. Riyazi şəhərciklər və ya riyazi gecələr.

  2. Riyazi ekskursiyalar.

Belə ekskursiyalarda şagirdlər müəyyən obyektlərdə ölçmə, hesablama ilə
əlaqədar olan işləri icra edir, nəticələri dəftərlərində qeyd edirlər.

  1. Riyazi dərnəklər.

Müəllim dərnəyi təşkil edərkən, şagirdlərin məsələ həllinə, hesablama
texnikasına, ölçmə işlərinə, əyani vasitələrin hazırlanmasına və s. marağım
nəzərə almalıdır.
Dərnək, müəllim tərəfindən tərtib olunmuş və qəbul olunmuş plan əsasın-
da işləyir.

  1. Riyazi olimpiyadalar.

Riyazi olimpiyadalar adətən məsələ və misallar həllinə, cəld və səhvsiz
hesablamaya həsr olunur. Riyazi olimpiyadalar üç mərhələdə aparılır.

  1. Riyazi müsabiqələr və viktorinalar.

Belə tədbirlər asan təşkil oluna bilən riyazi yarışlar hesab olunur.
Bunların məzmununa nəzəri suallar, əvləncəli-məntiqi məsələlər daxil ola
bilər.


99




  1. Komanda yarışları.

Paralel siniflər arasında və ya sinif daxilində keçirilən belə yarışlarda hər
komandada 8-10 nəfər iştirak edə bilər. Hər komandaya müəyyən vaxt ərzin-
də (məsələn 30 dəqiqə) bir neçə məsələ və misal verilir. Vaxt bitdikdən sonra
işlər müəllimə təqdim olunur. Tapşırıqlar yoxlandıqdan sonra qalib müəyyən
edilir.

  1. Riyazi qəzetlər və bülletenlər.

  2. Riyaziyyat guşəsi.

Müəllim öz sinfində həmişə fəal şagirdlərin qüvvəsindən səmərəli istifadə
edir. Onlar əyani vasitələrin hazırlanmasında fəal iştirak edir. Şagirdlərin əl
işləri riyaziyyat guşəsində saxlanılır.
Ümumiyyətlə, riyaziyyatdan sinifdənxaric işlər şagirdlərin riyazi bilikləri-
nin genişləndirilməsinə və dərinləşdirilməsinə xidmət edir.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin