Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
shukurov rauf

Daimi  Yaxşılaşdırma:-  Daimi  yaxşılaşdırma  müəyyən  bir  dövrdə  müştəri 

razılığının  artırılması  və  rəqabət  qabiliyyətini  yüksəltmək  məqsədilə  proseslərə 

istiqamətlənmiş, davam edən proses, zaman və texnologiyada inkişafı təmin etməyi 

və  məsrəflərin  azaldılmasını  ifadə  edən  bir  anlayışdır.  Daima  yaxşılaşdırmanın 

hədəfi nəticələr deyil proseslərdir. Əgər, müəssisədə həqiqətən yaxşılaşdırma işləri 

həyata  keçirilirsə,  əsas  hədəf  proseslər  olmalıdır.  Proseslərdə  aparılacaq 

yaxşılaşdırmalar eyni zamanda nəticələrə müsbət istiqamətdə təsir edir bu mənada 

yaxşılaşdırmalar müvəqqəti deyil daimi olmalıdır. 

Daimi  yaxşılaşdırmanın  tədbiq  edilməsində  ən  vacib  vasitə  Planlaşdır  - 

Tədbiq  Et  -  Nəzarət  Et  -  Qarşısını  Al  adı  verilən  Deming  tsiklidir.  Bu  tsikldə 

keyfiyyəti  inkişaf  etdirmək  üçün  əlaqəli  vasitələrdən  istifadə  olunaraq  mövcud 

tədbiqetmədəki  yaxşılaşdırmalar  planlanşdırılır.  İkinci  mərhələdə,  planlaşdırılan 

yaxşılaşdırmalar  tədbiq  edilir.  Nəzarət  et  mərhələsində,  istənən  yaxşılaşdırmalara 

nail olunub-olunmadığı yoxlanılır. Son mərhələ olan qarşısını al mərhələsində isə 

xətaların  müəyyən  edilməsi  halında  məhsulu  yaxşılaşdırmaq  üçün  lazımlı 

fəaliyyətlərin  görülməsi  nəzərdə  tutlur.  Nəticə  olaraq  qarşısını  al  mərhələsi 




67 

 

yaxşılaşdırmanın  daimiliyini  təmin  etmək  üçün  son  dərəcə  əhəmiyyətli  bir 



mərhələni meydana gətirmişdir. Deming tsiklı hansı bir prosesin sabit və möhkəm 

bir  vəziyyətə  gətirilməsinə,  həmçinin,  proses  yaxşılaşdırmasının  daim  olacağı 

düşüncəsinin təşkilatda möhkəmlənməsinə kömək edən bir nəzəriyyədir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin