Proses Yanaşması:- Keyfiyyət ilə əlaqəli resurslar və fəaliyyətlər bir proses
olaraq qəbul edildiyi zaman istənilən nəticələrə daha tez nail olmaq mümkündür.
Çox qarışıq fəaliyyətlərin görüldüyü yerdə bu fəaliyyətlərin bir - birilə əlaqəli
prosesə daxil olması və bu prosesin nəticəsi kimi cıxışları sadələşdirməklə,
nəzarəti və yaxud lazım olduğu anda müdaxiləni asanlaşdırır. Bir müəssisə,
keyfiyyəti idarəetmə sistemini qurduğu zaman, dizayn, istehsal və məhsulu
müştəriyə çatdırma proseslərinin hər birini dəqiq müəyyənləşdirməlidir. Məhsul və
xidmət keyfiyyətinin nəzarəti, prosesin nəticəsindən prosesin içinə doğru
yönələcəkdir.
Bununla da, proseslərdə xətalar baş verməzdən əvvəl onun qarşısının alınması
imkanı artacaq. Digər tərəfdən, müəssisə hər bir prosesdəki resursların optimal
şə
kildə istifadəsi üzərində çalışmalıdır. Proses sırasında resursların məhsuldar
istifadəsi o prosesin yaxşılaşdırılmasının fərqli bir yönüdür və keyfiyyət-maliyyə
cütünün tərs münasibətlərini, yəni keyfiyyət artarkən maliyyənin azalmasını
göstərir. Keyfiyyəti idarəetmə sisteminə görə sistem daxilindəki prosesləri
təkmilləşdirmək üçün hər zaman imkanlar vardır. Proseslərdə lazım olan
təkmilləşdirmələri aparmaq üçün prosesdaxili vacib nöqtələrdəki ölçmələrlə, onun
sonunda alınan nəticənin ölçmələri qarşılaşdırıldıqdan sonra müəyyənləşdirmək
mümkündür. Bü vacib nöqtələrdəki ölçmələr sayəsində prosesə dərhal müdaxilə
edilməklə və lazımı tədbirlər görülərək xətalar ən az zərərlə ortadan qaldırılır.
İ
Dostları ilə paylaş: |