Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   23   24   25   26   27   28   29   30   31
shukurov rauf

n

i

ai

i

x

a

1

0



                                (2) 

(1) və (2) formalı tənliklərin həlli proqnazlaşdırılan keyfiyyət göstəricisinin 

zamandan asılı olaraq dəyişməsinin qrafiki təsvirlərini almağa imkan verir. Sonrakı 

ekstrapolyasiya metodundan istifadə etməklə bu qrafik üzrə verilən gələcək zaman 

üçün axtarılan keyfiyyət göstəricisinin qiyməti tapılır. 



71 

 

Ekspert  proqnozu  metodundan  tez-tez  istifadə  olunur.  Məhsulun 



keyfiyyətinin  ekspert  qiymətləndirilməsi  metodları  məhsulun  keyfiyyət 

səviyyəsinin  bütövlükdə  qiymətləndirilməsi,  həmçinin  hər  hansı  predmetin, 

məmulatın keyfiyyət göstəricilərinin təyin edilməsi ilə əlaqədar bütün məsələlərin 

həlli  vaxtı  istifadə  edilir.  Beləliklə,  ekspert  metodu  aşağıdakı  hallarda  tətbiq 

olunur: 

  məhsulun keyfiyyətinin ümumiləşdirilmiş qiymətləndirlməsində; 



  qiymətləndirilən məhsulun təsnifatlaşdırılmasınd; 

  məhsulun keyfiyyət göstəricilərinin çəki əmsallarının təyinində; 



  orqanoleptik metodla keyfiyyət göstəricilərinin qiymətləndirilməsində; 

   baza nümunələrinin və baza keyfiyyət göstəricilərinin ölçüsüz qiymətlərinin 



seçilməsində; 

  məhsulun attestasiya və sertifikatlaşdırılmasında. 



Məhsulun keyfiyyət səviyyəsi daha az məsrəflə və böyük dəqiqliklə analitik 

və  ya  eksperimental  metodlarla  təyin  edilirsə,  ekspert  metodla  qiymətləndirilmə 

tətbiq oluna bilməz. 

Çox  mürəkkəb  kompleks  xassə  olduğundan  məhsulun  keyfiyyətinin 

təyinində  həmişə  qeyri-müəyyənlik  və  əsaslandırılmamış  elementlər  iştirak  edir. 

Odur  ki,  məhsulun  keyfiyyətinin  ekspert  qiymətləndirilməsi  bütövlükdə  ilkin 

qiymətləndirmədir,  informativliyi  azdır,  qiymətləndirilən  məhsulu  ancaq  birinci 

yaxınlaşmada  və  təxminən  xarakterizə  edilir.  Keyfiyyətin  belə  ekspert 

qiymətləndirilməsi əsasında aydındır ki, hansısa mühəndis-texniki qərarlar  qəbul 

etmək imkanları məhduddur. Lakin bu metod, məsələn, kommersiya sövdələşməsi 

zamanı,  alınan  məhsulun  keyfiyyəti  haqqında  konkret  (ədədlə  ifadə  olunan 

qiymətlər) məlumatlar olmadıqda istifadə olun bilər. 

Lakin qeyd edilməlidir ki, texniki və ya digər təyinatlı məhsulların keyfiyyət 

göstəricilərinin  qiymətləndirilməsi  üçün  bu,  yeganə  metod  olub,  kifayət  qədər 

geniş  tətbiq  olunur  və  bunun  üçün  müvafiq  metodik  tövsiyələr  də  işlənib 

hazırlanmışdır. 




72 

 

Ekspert  qiymətləndirilməsinin  dürüstlüyünü,  dəqiqliyini,  etibarlılığını 



yüksəltmək  üçün  ekspertizanı  səriştəli  insanların  qrup  halında  qərar  qəbul  etməsi 

kimi  həyata  keçirirlər.  Məhsulun  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  üçün 

ekspert və işçi quruplardan ibarət olan ekspert komissiyası yaradılır. 

Ekspert  qrupuna  qiymətləndirilən  məhsulun  yaradılması  və  istismarı 

sahəsində  yüksək  ixtisaslı  və  xüsusi  hazırılıq  keçmiş  mütəxəssis,  tədqiqatçı, 

konstruktor,  texnoloq,  dizayner,  əmtəəşünas,  iqtisadçılar  daxil  edilir.  Qrupa  daxil 

olan  ekspertlərin  sayı  qiymətləndirmənin  dəqiqliyinə  qoyulan  tələbdən  asılıdır  və 

burada 7-dən 20-dək adam ola bilər. 

Ekspert  qrupu  qiymətləndirilən  məhsulun  keyfiyyət  göstəriciləri  haqqında 

informasiyaları ekspert üsulunu istifadə etməklə toplayır. Bu vaxt ekspert qurupu 

yekun qərarı ekspertlərin qiymətlərinin ortalaşdırılması əsasında və ya ekspertlərin 

səsverməsini (“komissiyalar” metodu ) keçirməklə qəbul edilir.  

Məhsulun  keyfiyyətinin  proqnozlaşdırılmasında  Sosioloji  metodda 

mövcuddur.  Bu  metod  da  ekspert  metodu  kimi  sorğulara  əsaslanır,  lakin  xüsusi 

ekspertlərin  deyil,  qiymətləndirilən  məhsulun  müxtəlif  istehlakçıların  rəyi 

öyrənilir. Odur ki, sosioloji metod ekspert metodunun bir növü sayılır. 

Məhsulun keyfiyyət göstəricilərinin proqnozlaşdırılmasının sosioloji metodu 

mahiyyətcə marketinq tədqiqatları xarakteri daşıyır və ekspertlər tərəfindən deyil, 

məhsulun  potensial  istehlakçılarının  köməyi  ilə  həyata  keçirilir.  İstehlakçıların 

rəylərinin  toplanması  sorğu  və  ya  xüsusi  anketlərin  yayılması  və  doldurulması, 

həmçinin konfrans, sərgi, auksion və digər tədbirlər vasitəsilə aparılır.   

Qarışıq  (və  ya  kompleks)  proqnozlaşdırma  metodu  ekstrapolyasiya, 

çoxfaktorlu təhlil və ekspert qiymətləndirmə  metodlarının qarşılıqlı  əlaqələrindən 

ibarətdir.  Məhsulun  keyfiyyətinin  qarışıq  proqnozlaşdırma  metodunun  bir  neçə 

üsulları mövcuddur. Bunlardan proqnoz sütun (qrafa) metodunu, “Pattern” (ABŞ) 

metodunu,  seçmə  metodunu,  “ikili  ağac”  metodunu,  tarazlaşan  qiymətlər 

metodunu,  matrisa  metodunu,  funksional  analiz  metodunu  və  s.  göstərmək  olar. 

Qarışıq proqnozlaşdırma metodunun birinci ikisini qısaca olaraq xarakterizə edək. 




73 

 

Proqnoz  sütun  metodu  Ukraniya  Elmlər  Akademiyasının  Kibernetika 



İ

nstitunda işlənib hazırlanmış və ilk dəfə ixtisaslaşdırılmış dördüncü nəsil EHM-in 

yaradılmasında və kompleks məsələlərin həllində tətbiq edilmişdir. 

Bu metod aşağıdakı məsələlərdən ibarətdir: 

     -  elmi-texniki  problemlər  təsnifatlaşdırılır,  mütəxəssislərin  siyahısı  tərtib 

edilir və proqnozlaşdırma üçün daha mühüm problemlər seçilir; 

     - ekspert qiymətlərinin cədvəli hazırlanır, ekspert qurupları formalaşdırılır və 

ekspertiza aparılır. Problemin həlli yollarının bunların hesabına tapılması nəzərdə 

tutulur;  

    -  proqnoz  sütunu,  yeni  qoyulan  məqsədə  çatmaq  üçün  məmulatın 

parametirlərinin səbəb-nəticə əlaqələri sxemi tərtib edilir; 

-  problemin  həlli  yolları  formalaşdırılır  və  ekspert  təhlili  həyata  keçirilir, 

həmçinin müəyyən edilmiş kriterlər üzrə optimal həlləri seçilir. 

Proqnozlaşdırmanın  “Pattern”  metodunda  əvvəlcə  ekspertlər  tapşırıqların 

siyahısını  formalaşdırılar.  Sonra  gələcək  dövrün  problemi  üzrə  ekspertlər  vahid 

rəyə  gəlirlər.  Materiallar  elmi-texniki  əhəmiyyətinə  görə  formalaşdırılır  və 

proqnozlaşdırmada  bunların  çəkisi  qiymətləndirilir.  Ardınca  bütün  “ağac” 

yaradılır, məmulatın keyfiyyət parametirlərinin proqnoz qiymətləri kriterinin lokal 

sistemi  işlənib  hazırlanır.  Yekunda  məmulatın  texniki  təkmilləşdirilməsi  üzrə 

tövsiyyələr hazırlanır. “Pattern” metodu ABŞ-da silahqayırma, kosmik tədqiqatlar, 

tibbi aparatura və digər sahələrdə geniş tətbiq olunur. 

Məhsulun  keyfiyyətinin  proqnozlaşdırılmasında  daha  yüksək  texniki 

təkmilləşdirmə səviyyəsinə malik oxşar obyektlərin təhlilinə əsaslanan komparativ 

(müqayisəyə  əsaslanan)  metodlardan  da  istifadə  oluna  bilər.  Bu  metod  keyfiyyət 

göstəriciləri  və  texniki  səviyyəsi  təxminən  eyni  olan  məhsulların  ölkədə 

istehsalının  dinamik  inkişafını,  həmin  növ  məhsulun  digər  ölkələrdə  hazırlanma 

texnologiyası üzrə soraq məlumatlarının öyrənilməsini tələb edir.   

Keyfiyyət səviyyəsinin proqnoz üzrə qiymətləndirilməsinin adekvatlıq problemi 

modelləşməyə,  hesabatlara  və  yaxud  ekspert  məlumatlarına  əsaslanır.  Keyfiyyət 



74 

 

səviyyəsinin  və  rəqabət  qabiliyyəti  göstəricisinin  qiymətcə  məhsulun  real 



xassələrini yaxınlaşdırmaq üçün verifikasiya həyata keçirilir. 

Verifikasiya 

– 

bu 


proqnoz 

qiymətləndirilməsinin 

etibarlılığını 

müəyyənləşdirmək  məqsədilə  aparılan  təhlillərin  bir  növüdür.  Verifikasiya 

sturuktur və funksional verifikasiyalara ayrılır. 

Sturuktuk verifikasiyada sturuktura müvafiq olaraq iki və ya daha çox proqnoz 

qiymətləndirmə müəyyənləşir. Funksional (parametrik) verifikasiyada iş prosesinə 

uyğunluq  parametirləri,  yəni  müxtəlif  mənbələrdən  alınmış  proqnozların  özləri 

yoxlanılır. 

Verifikasiyanın  məqsəd  və  problemləri  qısaca  olaraq  belə  ifadə  olunur. 

Gələcəkdə haqqında doğru biliklərin alınması. Burada problem həqiqətin praktika 

ilə  yoxlanılmasından  ibarətdir.  Lakin  gələcək  haqqında  praktika  olmur.  Elə  bu 

məqsədlə verifikasiya metodu işlədilir. 

Verifikasiya  metodu  ilə  işlənib  hazırlanan  proqnozlar  iki  əsas  yanaşma 

üsulundan  istifadə  etməklə  yerinə  yetirilir:  fasiləsizlik  və  komplekslik.  Birincisi, 

proqnozun  özünü  doğrultması  üçün  təşkilat  bu  proqnozların  həyata  keçirilməsini 

praktikada mütəmadi olaraq yoxlamalıdır. İkincisi, kompleks,hərtələfli düşünülmüş 

proqnozlar işlənib hazırlanmalıdır. 

Verifikasiyanın beş üsulu mövcuddur: 

1.  Birbaşa  verifikasiya  –  bu  proqnoz  verifikasiya  istifadə  olunan  əvvəlki 

metodlardan  fərqlənən  proqnozlaşdırma  metodunu  təkrarlamaqla  həyata  keçirilir. 

Bu üsuldan mürəkkəb hadisələrin proqnozunu vermək üçün faktoqrafik (statistik) 

metod  kimi  istifadə  etmək  olar  (orta  xətanın  hesabı,tendensiyanın 

ekstropolyasiyası,  çoxparametrli  reqressiya  analizi  və  s.).  Həmçinin  alınan 

nəticələrin  sonradan  sintezi  ilə  kollektiv  ekspert  qiymətləndirmə  metodları  da 

istifadə oluna bilər. İki növ proqnoz sintezindən istifadə edirlər: bütün proqnozların 

bir  hissəsinin  sintezi;  bir  neçə  xüsusi  proqnozun  bazasında  uyğunlaşdırılmış 

(kombinasiya edilmiş) proqnoz. 




75 

 

Bu  cür  verifikasiya,  yəni  hər  göstərici  üçün  bir  neçə  metodla  çoxvariantlı 



proqnozun 

hazırlanması 

obyektin 

gələcək 


vəziyyətini 

daha 


etibarlı 

qiymətləndirməyə imkan verir. 

2.  Dolayı  verifikasiya  obyektə  aid  proqnoz  nəticələri  ilə  digər  informasiya 

mənbəyinin məlumatarı əsasında verilmiş proqnoz müqayisəsidir. 

3.  Ardıcıl  verifikasiya  əvvəllər  məlum  olan  proqnoz  qiymətlərdən  istifadə 

edərək analitik və ya məntiqi yolla alınan proqnozudur. Deməli, ardıcıl verifikasiya 

tədqiqat  obyekti  haqqında  əsaslandırılmış  prespektiv  məlumatlar  əldə  etmək 

məqsədilə 

məlum 

olan 


proqnoz 

qiymətləndirmənin 

nəticələrinin 

sintezləşdirilməsidir.  Bu  verifikasiya  proqnozlaşdırmanın  sinoptik  metodu  ilə 

oxşarlıq təşkil edir. 

4.  Sinoptik  metod  ekspertlər  tərəfindən  proqnozlaşdırma  obyektinin  məlum 

proqnozlarının təhlilinə və proqnozlaşdırma mühitinin sonrakı sintezinə əsaslanan 

proqnozlaşdırma metodudur. 

5. İnvers verifikasiya tədqiqat obyektinin onun keçmişinə aid proqnoz modelə 

adekvatlılığının  praktiki  yolla  yoxlanmasıdır.  Proqnostik  modelə  görə 

parametirlərin təyin edilən ədədi qiymətini ekspermentin gedişində alınmış faktiki 

qiymət  ilə  müqaisə  etmık  olar.  Əgər  müqaisə  edilən  parametirlərin  qiymətləri 

arasındakı  fərqlər  (statistik  mənada)  cüzidirsə,  onda  belə  obyektin  keçmişinə  aid 

verifikasiya modelini və proqnozun nəticələrini etibarlı hesab etmək olar. 

Proqnozlaşdırmanın  ekspert  metodları  üçün  aşağıdakı  verifikasiya 

üsullarından istifadə edirlər: 

  

-  təkrar  proqnozlaşdırmada  digərlərindən  fərqlənən  nəticələrin  əlavə 



ə

saslandırılması (təkrar sorğu verifikasiya); 

 

-  opponentlərin  (rəyçilərin)  tənqidi  qeydlərin  inkar  edilməsi  (opponent 



verifikasiya); 

 

-  proqnozun  daha  səlahiyyətli  ekspertlərin  rəyilə  müqaisə  edilməsi 



(səlahiyyətli ekspertlər verifikasiyası). 


76 

 

 



Proqnozlaşdırma 

zamanı 


mütəmadi 

yanlış 


məlumat 

mənbələrini 

müəyyənləşdirmək,  mümkün  səhvləri  aradan  qaldırmaq  və  proqnoz  səhvlərini 

nəzərə almaqla verifikasiya həyata keçirilir. 

 

Məhsulun  rəqabət  qabiliyyəti  və  keyfiyyətinin  proqnoz  qiymətinin 



verifikasiyasının həyata keçirilməsi alına nəticələrin dəqiqliyinin və etibarlılığının 

təminatında  təsirli  vasitədir.  Nailiyyətlərin  olmasına  baxmayaraq,  proqnoz 

qiymətləndirmə  adekvatlıq  problemi,  xüsusən  keyfiyyət  səviyyəsi  və  rəqabət 

qabiliyyəti  göstəricilərinin  ədədi  qiymətinin  təyini  məsələsi  aktual  olaraq  qalır. 

Ona  görə  də  kvalimetrya  metodlarının  və  məhsulun  keyfiyyətinin  idarə 

olunmasının daimi təkmilləşdirilməsi tələb olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




77 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin