AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


III FƏSİL. KADR HAZIRLIĞINA BÜDCƏ XƏRCLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ



Yüklə 0,61 Mb.
səhifə5/7
tarix23.02.2017
ölçüsü0,61 Mb.
#9210
1   2   3   4   5   6   7

III FƏSİL. KADR HAZIRLIĞINA BÜDCƏ XƏRCLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ
3.1. Ali və orta ixtisas təhsili üzrə xərclərin tərkibi və maliyyələşdirilməsi
Ölkəmizdə kadr hazırlanmasını ali və orta ixtisas məktəbləri, texniki liseylər və peşə məktəbləri həyata keçirir.

Ali məktəblər ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında hayata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq «bakalavr» dərəcəsi verilə bilər.

Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi araşdırmalar aparmaq; yüksək ixtisaslı elmi-pedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr.

Ölkəmizdə dövlət və qeyri-dövlət ali təhsil müəssisələri formalaşmışdır.

Cədvəl №3.1

Dövlət və qeyri-dövlət аli təhsil müəssisələri




2010/2011

2011/2012

2012/2013

2013/2014

2014/2015

Ali təhsil müəssisələrinin sayı

51

51

52

52

53

onlarda tələbələrin sayı - сəmi, nəfər

140241

143146

145584

151274

158212

Dövlət аli təhsil müəssisələrinin sayı

36

36

37

37

39

onlarda tələbələrin sayı - сəmi, nəfər

120488

123530

125684

131391

136626

Qeyri-dövlət аli təhsil müəssisələrinin sayı

15

15

15

15

14

onlarda tələbələrin sayı - сəmi, nəfər

19753

19616

19900

19583

21586

Dövlət ali təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin növünə və kateqoriyasına uyğun olaraq, «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarına əsasən hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildə əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

Dövlət və bələdiyyə ali təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:



  • dövlət büdcəsinin və yerli büdcənin vəsaitlərindən;

  • ödənişli təhsildən əldə olunan vəsaitlərdən;

  • hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımlarından;

  • müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantlarından;

  • ali təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlərdən;

  • hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsaitlərdən;

  • dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlərdən;

  • ali təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlərdən;

  • ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlərdən;

  • qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlərdən.

Özəl ali təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

  • təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;

  • təsisçilərin (himayəçilərin) vəsaitləri;

  • qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;

  • hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

  • təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;

  • qanunvericiliklə qadağan edilməyən və nizamnaməsində göstərilən digər mənbələr hesabına əldə olunan vəsaitlər.

Ali təhsil müəssisələrinə xərclər hər bir təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla tələbələrin orta illik sayı, maddi təminat normaları, professor müəllim heyətinin vəzifə maaşları və digər göstəricilər əsasında müəyyən olunur. Ali məktəblərin əsas maliyyə sənədi smetadır. Smeta büdcə xərclərinin ümumi həcmini və onların məqsədli istiqamətini müəyyən edir. Smetada təhsil müəssisəsi, maddi texniki bazası haqqında ümumi məlumatlar əks olunur. Icmal planlaşdırma zamanı xərclər hər bir tələbəyə hesablanmış norma əsasında hesablanır. Bu məqsədlə də tələbə kontingenti müəyyən olunur.

Tələbələrin orta illik sayı aşağıdakı formula üzrə hesablanır.


Korta=K1Q
Burada Korta-tələbələrin orta illik kontingenti;

K1-ilin əvvəlinə kontingent;

B-tələbələrin buraxılışı;

Q-yeni dərs ili üçün tələbə qəbulunun sayı.

Dövlət ali məktəblərində inzibatiidarə heyəti, inzibatçı-təsərrüfat işçiləri, professor meəllim heyəti və digər işçilər qüvvədə olan normativ sənədlərə əsaslanaraq işə qəbul edilirlər. Onların vəzifə maaşları və ya stavka üzrə əmək haqqı yerinə yetirdikləri işin xüsusiyyətlərinə müvafiq olaraq elmi dərəcə, elmi ad, təhsil, staj nəzərə alınmaqla müəyyənləşdirilir.

Ali məktəb rektorunun ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimidir:

Müvafiq profilli təhsil müəssisələrində pedoqoji, yaxud rəhbər vəzifələrdə 5 ildən az olmamaqla iş stajı, ali təhsil sahəsində iş təcrübəsi, müvafiq elmi dərəcəsi və elmi adı olan şəxs.

17-ci dərəcə — III kateqoriya ali məktəbin rektoru;

18-ci dərəcə — II kateqoriya ali məktəbin rektoru;

19-cu dərəcə — I kateqoriya ali məktəbin rektoru.

Ali məktəb filialının direktorunun pedaqoji sahədə və rəhbər işlərdə 5 ildən az olmamaqla iş stajı, elmi dərəcəsi və elmi adı olmalıdır.

16-cı dərəcə — elmlər namizədi, elmi dərəcəsi olan;

17-ci dərəcə — professor adı və ya elmlər doktoru elmi dərəcəsi olan.

Tədris işləri üzrə prorektorun vəzifə maaşı iş stajından, elmi adından və elmi dərəcəsindən asılı olaraq 16-cı, 17-ci, 18-ci dərəcə ilə müəyyən edilir. Elm və texnika üzrə prorektorun, tərbiyə işləri üzrə prorektorun, qiyabi və axşam şöbəsi üzrə prorektorun vəzifə maaşı iş stajından, elmi dərəcəsi və elmi adından asılı olaraq 16 və 17-ci dərəcə ilə müəyyən edilir. Beynəlxalq əlaqələr üzrə prorektorun vəzifə maaşı 15-16-ci, inzibati təsərrüfat işləri üzrə prorektorun vəzifə maaşı isə 14,15,16-cı dərəcə ilə müəyyən olunur.Filial direktorunun müavinin vəzifə maaşı filial direktor vəzifəsinə görə verilən vəzifə maaşından 10—20% aşağı miqdarda ödənilir.Fakultə dekanına vəzifə maaşından başqa kafedrada tutduğu vəzifə maaşının 10%-i həcmində əlavə haqq ödənilir. Fakultə dekanının müavininə dekan vəzifəsinə görə verilən haqdan 10% aşağı haqq ödənilir. Kafedra müdürünün elmi dərəcəsi və elmi adı, pedaqoji iş təcrübəsi olmalıdır və ona kafedrada tutduğu vəzifə üzrə əmək haqqının 10%-i həcmində əlavə haqq ödənilir. Tədris şöbəsinin müdürünün vəzifə maaşı iş təcrübəsindən asılı olaraq 12-14-cü dərəcə, tədris laboratoriya müdürünün vəzifə maaşı isə 11-12-ci dərəcə ilə müəyyən olunur.

Ali məktəbdə çalışan professor və dosentin ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimidir:

Professor

16-cı dərəcə: elmlər doktoru elmi dərəcəsi olmayan;

17-ci dərəcə: elmlər doktoru elmi dərəcəsi olan;

18-ci dərəcə: akademik, Akademiyanın müxbir üzvü.

Dosent


14-cü dərəcə: elmi dərəcəsi olmayan;

15-ci dərəcə: elmlər namizədi elmi dərəcəsi olan;

16-cı dərəcə: elmlər doktoru elmi dərəcəsi olan.

Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyətinin vəzifə maaşları 01.10.2015-ci il tarixdən aşağıdakı məbləğdə müəyyənləşdirilmişdir:

məsləhətçi-professor-1100 manat

professor-1100 manat

dosent-810 manat

baş müəllim-760 manat

müəllim-680 manat

assistent -680 manat

kafedra müdiri-1500 manat

magistratura mərkəzinin direktoru-2000 manat

beynəlxalq iqtisadiyyat məktəbinin direktoru-2000 manat

SABAH mərkəzinin rəhbəri-2000 manat

dekan müavini-1200 manat

Dosent və professor vəzifəsində çalışan müəllimlərə elmi ada görə müvafiq olaraq ayda 70 və 200 manat əlavə müəyyən edilir.


Cədvəl №3.2

UNEC-in professor-müəllim heyətinin elmi-pedaqoji stajına görə vəzifə maaşına əlavələr




iş stajı 5 ildən 10 ilə qədər

iş stajı 10 ildən 15 ilə qədər

iş stajı 15 ildən 20 ilə qədər

iş stajı 20 ildən çox

Professor

30 manat

60 manat

90 manat

120 manat

Dosent

25 manat

50 manat

75 manat

100 manat

Baş müəllim

20 manat

40 manat

60 manat

80 manat

Müəllim

15 manat

30 manat

45 manat

60 manat

Ali məktəblərin xərclərinin tərkibində təqaüdlər üzrə xərclər də mühüm yer tutur. Təqaüd xərcləri təqaüd alan tələbələrin orta illik sayı üzrə hesablanır.

Ali məktəblərin xərclərinin tərkibinə elmi-tədqiqat işləri, təcrübələrin aparılması, müəllimlərə ezamiyyət xərcləri, disertasiyaların müdafiəsi üzrə xərclər də daxildir.

Ali məktəblər üçün inventar və avadanlıq xərcləri onların xüsusi avadanlıqla, kompyuterlərlə və təsərrüfat inventarları ilətəmin olunma normaları üzrə planlaşdırılır. Icmal planlaşdırma zamanı inventarların və avadanlıqların alınması xərcləri bir ələbəyə düşən norma əsasında, əsaslı təmirə çəkilən xərclər binanın xarici kubaturası və 1 m3-ə düşən xərc normasına görə hesablanır.



Orta ixtisas məktəbləri orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər.

Orta ixtisas məktəbləri bitirənlərə «kiçik mütəxəssis» dərəcəsi verilir.

Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır.

Dövlət orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir.

Qeyri-dövlət orta ixtisas təhsili müəssisələri toplanmış daxili vəsait hesabına maliyyələşdirilir.

Orta ixtisas təhsilinin maliyyələşdirilməsi üçün əlavə mənbələr aşağıdakılardır:



  • nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait;

  • orta ixtisas təhsili müəssisəsinin müxtəlif növ fəaliyyəti (tədris, istehsalat və s.) və xidmətlər müqabilində əldə etdikləri gəlir;

  • Azərbaycan və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşların könüllü ayırmaları hesabına əldə olunan vəsaitlər .

Təhsil üçün ayrılmış büdcə vəsaiti və təhsil müəssisələrinə müxtəlif mənbələrdən toplanmış vəsaitlər toxunulmazdır. Qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində əmək haqqı dövlətin təyin etdiyi minimumdan az olmayaraq, tədris müəssisəsinin müəyyən etdiyi qaydada ödənilir.

Orta ixtisas məktəblərində xərclər hesablanarkən aşağıdakı göstəricilər əsas tutulur:



  • şagirdlərin orta illik sayı;

  • əyani, axşam və qiyabi təhsil üzrə ayrılıqda qrupların sayı.

Şagirdlərin orta illik sayı ali məktəblərdə olduğu kimidir.

Orta ixtisas məktəblərinin cari xərclərinə əmək haqqı, əmək haqqına əlavələr, təqaüdlərin verilməsi, tədris, təsərrüfat və digər xərclər daxildir. Orta ixtisas məktəblərinin əsas xərcləri əmək haqqı xərcləridir.

Orta ixtisas məktəbinin direktorunun ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimidir:

1. Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil;

2. Pedaqoji və ya rəhbər işlərdə ən azı 5 il staj;

3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom (sertifikat).



  • 14-cü dərəcə — təhsil alan tələbələrin sayı 200 nəfərədək olduqda;

  • 15-ci dərəcə — tələbələrin sayı 201 — 500 nəfərədək olduqda;

  • 16-cı dərəcə — tələbələrin sayı 500 nəfərdən çox olduqda.

Orta ixtisas məktəblərində direktorun müavininə direktorun vəzifə maaşından 10% aşağı vəzifə maaşı, tərbiyə işləri ürə müavininə isə 15 % aşağı vəzifə maaşı müəyyənləşdirilir.

Orta ixtisas məktəblərində işləyən müəllimlərin əmək haqqı təhsil və pediqoji staja əsasən ümumtəhsil məktəblərində olduğu kimi,vəzifə maaşının ödəniş dərəcəsi ilə müəyyən edilir.

Orta ixtisa məktəblərində əmək haqqına aşağıdakılar daxildir:


  • pedoqoji heyətin əmək haqqı;

  • yazı işlərinin yoxlanılması üzrə əmək haqqına əlavələr;

  • sinif rəhbərliyinə görə haqq;

  • laboratoriya və kabinet müdürlüyünə görə haqq;

  • təlim-tərbiyə, inzibati heyətin əmək haqqı və s.


3.2. Elmi-tədqiqat xərclərinin maliyyələşdirilməsi.

Elmi tədqiqatlar onların nəticələrinin praktiki realizasiyası, elmi biliklərin yaradılması və tətbiqi prosesi iqtisadi fəaliyyət növü kimi təsnifləşdirilir. Bu növ fəaliyyətlər elmi-texniki fəaliyyət kateqoriyasına aid edilir. Bura elm və texnikanın bütün sahələrində yaradılan, yayılan və tətbiq edilən fəaliyyət daxildir. Elmi-texniki fəaliyyət aşağıdakı üç növə bölünür:



  • elmi tədqiqatlar və işləmələr;

  • təhsil və kadrların hazırlanması;

  • elmi-texniki xidmətlər.

Elmin davamlılığına aşağıdakı amillər təsir göstərir:

  • elm sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azalması;

  • elmi kadrların tərkibində tədqiqatçıların sayının az olması;

  • yaş strukturunda yuxarı yaş qrupuna aid tədqiqatçıların nisbi çoxluq təşkil etməsi;

  • ali təhsil müəssisələrində elmi tədqiqatlara cəlb edilənlərin azlığı;

  • əsas vəsaitin bərpasının aşağı səviyyədə olması;

  • elmi təşkilatların lazımi avadanlıqla təmin edilməməsi (kompüterlərlə);

  • tədqiqata və işləmələrə ayrılan maliyyə vəsaitinin azlığı;

  • büdcə vəsaitindən elmin maliyyələşdirilməsinin qalıq prinsiplə aparılması;

  • sənaye müəssisələri tərəfindən elmi fəaliyyətin lazımi həcmdə maliyyələşdirilməməsi;

  • elmi fəaliyyətlə məşğul olanların əmək haqqının aşağı olması;

  • tədqiqat və işləmələr üzrə xərclərin strukturunda əsas kapitalın xidmət xərcinin az olması.

İqtisadiyyatı dinamik və davamlı inkişafını təmin etmək, kadrların yaradıcılığını yüksəltmək və onlardan səmərəli istifadə etmək üçün elmin maliyyə, maddi-texniki təchizat, informasiya kimi vasitələrlə təmin edilməsi zəruridir.

Bu qeyd olunan vasitələrin arasında maliyyə təminatı daha mühüm rol oynayır. Elmin maliyyələşməsi elmi-texniki potensialdan səmərəli istifadə olunmasının əsasını təşkil edir. Maliyyə resurslarının düzgün və məqsədli istifadə olunması elmin kadr potensialından səmərəli istifadə olunmasına və elmin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr axıcılığının azalmasına və başqa bu kimi qlobal problemlərin həll edilməsinə əhəmiyyətli təsir göstərir.

Bazar münasibətləri şəraitində elmi-tədqiqat işlərinin nəticələrinin istehsala tətbiqi ÜDM-in elmtutumluq səviyyəsinin yüksəlməsinin əsas şərtidir.

Elmin maliyyələşməsi səviyyəsini qiymətləndirərkən istifadə olunan əsas göstərici elmin inkişafını xarakterizə edən elmi-tədqiqat və işləmələrə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisidir. Bir çox inkişaf etmiş ölkələrdə elmə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi 2-3% arasında dəyişir. Azərbaycanda bu göstərici 1980-ci illərdə 1,6 % olmuşdur. Hal-hazırda isə elmə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi 0,2%-ə bərabərdir.


Cədvəl №3.2

Dövlət büdcəsindən elmə çəkilən xərclər




2000

2005

2010

2012

2013

2014

2015

Dövlət büdcəsindən elmə çəkilən xərclər, milyon manat

9,3

28,8

92,8

116,7

117,0

124,2

142,5

ümumi daxili məhsula nisbətən, faizlə

0,2

0,2

0,2

0,2

0,2

0,2

0,2

dövlət büdcəsinin xərclərinə nisbətən, faizlə

1,2

1,3

0,8

0,7

0,6

0,7

0,7

Yuxarıdakı cədvəldən də göründüyü ki, Azərbaycanda elmi-tədqiqat və işləmələrə çəkilən xərclərin ÜDM-də payı azdır. Bu da ölkədə elmin inkişafı, eləcədə müasir dünya iqtisadiyyatına inteqrasiya baxımından yaxşı hal deyil.



Cədvəl №3.3

Elmin əsas göstəriciləri.




2000

2005

2010

2012

2013

2014

Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı

137

146

145

140

140

145

Tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı, nəfər

15809

18164

17924

21573

22353

23329

elmlər doktorları

678

705

843

1329

1392

1554

fəlsəfə doktorları

3343

3322

3554

5433

5444

6568

Maliyyə resursları elmin iqtisadi sistem kimi fəaliyyət göstərməsi üçün xüsusi əhəmiyyə kəsb edir. Elmi fəaliyyət üçün işçilərin əmək haqqına, cihazların, avadanlıqların, informasiyanın alınmasına və s. maliyyə ehtiyatları sərf edilir.

Elmin maliyyələşdirilməsi prinsipləri, maliyyə ehtiyatlarının strukturu, onun paylanması elmi tədqiqatın məqsədli istiqamətini, informasiya təminatını, elmin sahələrini və sektorların proporsional inkişafını, elmi tədqiqatların istiqamətlərini ictimai təcrübə ilə əlaqəsinin dərəcəsini təyin edir.

Elmi xərcləri hesablamaq üçün aşağıdakı alqoritmdən istifadə olunur:

SE=STi+STof

AR=R-BR


D=PDA+PP+CP

R&D=BR+AR+D


burada, SE-ölkədə elmə cəmi xərclər;

STi- elmi təşkilatların öz gücləri ilə yerinə yetirdiyi elmi-texniki işlərin həcmi;

STof- elmi təşkilatların öz vəsaitləri hesabına yerinə yetirdiyi elmi- texniki işlərin həcmi;

AR- tətbiqi tədqiqatların həcmi;

R- elmi tədqiqatların həcmi (elmi-tədqiqat işləri);

BR- fundamental tədqiqatların həcmi;

D- işləmələrin həcmi;

PDA- layihə-konstruktor və texnoloji işlərin həcmi;

PP- nümunələrin hazırlanması xərcləri;

CP- tikinti üçün layihə işlərinin həcmi;

R&D- elmi tədqiqat və işləmələrin həcmi.

Tədqiqat və işləmələrə daxili xərclər ilk maliyyə mənbəyi hesab edilir. Elmin maliyyə mənbələri vəsaitin birbaşa verilməsi, onun məqsədləri üçün istifadə edilməsi, icraçı sifarişçilər və başqa meyarlar üzrə təyin edilir.



Tədqiqatın maliyyə mənbələri 4 sektoru əhatə edir: dövlət, özəl, ali təhsil və mənfəəti olmayan xüsusi. Xarici maliyyə mənbələri aşağıdakılardır:

  • büdcə vəsaitləri;

  • büdcədən kənar fondlar;

  • müxtəlif sektorların və təşkilatların vəsaiti;

  • xarici ölkə vəsaitləri.

Elmin maliyyələşməsində ən ciddi problem onun əsasən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsidir. Digər mənbələrin (sahibkarlıq sektorunun, bələdiyyə və xarici şirkətlərin ) vəsaitlərinin xüsusi çəkisi isə olqudca aşağıdır. Bu da sahibkarlıq subyektləri üçün innovasiya yönümlü xərclərə stimulun zəif olmasından irəli gəlir.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin