AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 478,65 Kb.
səhifə3/5
tarix21.04.2017
ölçüsü478,65 Kb.
#15044
1   2   3   4   5

1.3.4.3 Ağır qatışıqların tutan 2KP-12

Pnevmatik ağır qatışıqların tutan 2KP-12 pambıqdan ağır qatışıqların (daş və s.) çıxarılması üçün xidmət edir və separatordan sonra pambıq zavodunun quruducu-təmizləyici və təmizləyici sexlərinin texnoloji prosesində quraşdırılır. O ventilyatordan, vakuum-klapandan, ağır qatışıqların tutucusundan, doğrayıcı barabanlı qəbul kamerasından, reflektorlu şaquli kameradan, kürəkcikli təmizləmə kamerasından və pambıq vitli konveyerin yükboşaldan şaxtasından ibarətdir.

Xalis metaldan hazırlanmış konstruksiyanın işçi kamerası doğrayıcı barabanın yerləşdiyi qəbul kamerasını, şaquli xəttə 30º bucaq altında quraşdırılmış reflektorlu şaquli kameranı və kürəkcikli ayırma kamerasını işə salır. Ayırma kamerasının qıraqlarında 3 mm qalınlığında təbəqə poladdan hazırlanmış deşilmiş torlar quraşdırılır. Bu kameranın içərisində üzərində rezinlənmiş pər quraşdırılmış cüt-cüt 4 kürəcik olan kürəcikli val yerləşir. Hər bir kürəcik cütü deşilmiş torların daxili və xarici səthləri ilə sürüşür. Kameranın hər iki tərəfində maşının qulluğunun rahatlığı üçün sökülə bilən-dönüş lyuklu sorucu ciblər yerləşdirilir.

Çivların ucları üzrə diametri 400 mm olan doğrayıcı baraban val-borunun deşiklərinə yerləşdirilmiş dayaq sapfadan ibarətdir. Boruların və sapfaların birləşmələrinin tərpənməzliyi qaynaq tikişi ilə təmin olunur. Valın borusuna xətt üzrə şahmat ardıcılığı ilə konusvari formalı çivlar vintlənir. Çivların bərkitmə davamlılığı iş prosesində çivların burub açmağına imkan veməyən yaylı şaybalar və kontrqayka ilə təmin olunur. Doğrayıcı baraban podşipnik qovşaqlarının bərkidici oymaqlarına quraşdırılır.



cb007fc8

Şəkil 1.12. 2KП-12 boru kəmərlərində ağır qatışıqları tutan
İşçi kamera elə quraşdırılıb ki, ayırıcı kamera və doğrayıcı barabanın əvəzi və ya təmiri hallarında asan çıxarılması üçün müayinəsinə yol təmin edir.

Daxili diametri – basma-450 mm, sorucu-400 mm olan boru kəmərləri ağır qatışıqları tutan 2KП-12-nin hava axınının qapalı sistemini əmələ gətirir.

Ağır qatışıqlar çəni qaynaq konstruksiyalıdır, aşağı flansla vakuum-klapanın korpusuna, yuxarıdakı ilə isə şaquli kameranın flansına bərkidilir. Çənə 45º bucaq altında ventilyatorla birləşdirilmiş sıxıcı kompressorun boru kəmərinin birləşdiricisi qoşulur.

Ağır qatışıqları tutan 2KП-12-nin istismarı prosesində nöqsanlar mümkündür: deşilmiş torların sürtülməsi və qırılması, kürəciklərin pərlərinin köhnəlməsi, doğrayıcı barabanın çivlarının əyilmə və qırılması, ventilyatorun işçi çarxının protektor və kürəkciklərinin köhnəlməsi, vakuum-klapanın propellerinin sıxlaşdırıcı pərlərinin dağılması, podşipnik qovşaqlarının hissələrinin və maşının ötürücü mexanizminin köhnəlməsi.

Sürtülmüş və qırılmış deşilmiş torlar, kürəciklərin köhnəlmiş rezin pərləri yeniləri ilə əvəz olunur. Kürəciklərin pərlərinin dəyişdirilməsi üçün köhnəlmiş pərlərin bolt birləşmələri açılır, sonra rezinlənmiş parçadan yeniləri biçilir, kürəciklərə quraşdırılır və 8...10 mm uzatma ilə boltlarla bərkidirlər. Yenidən quraşdırılmış rezin pərlərdə qıraq çatlara yol verilmir. Oxşar üsulla vakuum-klapanın propellerinin sıxlaşdırıcı pərləri bərpa olunur. Doğrayıcı barabanın çivlarının nöqsanlarının bərpası, ümumi təyinat hissələrinin təmir üsulları yuxarıda izah olunmuşdu. Ventilyatorun köhnəlmiş protektoru yenisi ilə əvəz olunur.

Qatışıqları tutan 2KП-12 istehsalçı zavod tərəfindən pambıq zavoduna sökülmüş vəziyyətdə gətirilir. Quraşdırmadan əvvəl maşının qovşaqlarının texniki vəziyyəti və dəstliyi yoxlanılır.

Qatışıqları tutanın işçi kamerası bərk bünövrədə mişar təmizləyicisinin batareyasının üstündə, seperatorun altında quraşdırılır.


954403b1
Şəkil1.13 CЧ-pambıq təmizləyici cthtrator

Qatışıqları tutanın qulluğu üçün doğrayıcı barabana, kürəcik valına və maşının ötürücüsünə yol təmin edən meydança nəzərdə tutulur.

Ağır qatışıqları tutan 2KП-12-nin montajı aşağıdakı ardıcılıqla aparılır: işçi kamera quraşdırılır (üfüqi müstəvidə səviyyə ilə), seperator və işçi kamera arasında yükləmə şaxtası bərkidilir, bünövrəyə ventilyator quraşdırılır, basma və sorucu boru kəmərlər, pambığın yükboşaldan şaxtası və vakuum-klapanla qatışıqlar çəni birləşdirilir.

Qatışıqları tutan 2KП-12-nin təmiri və quraşdırılmasından sonra sınaq işə salmadan əvvəl işçi orqanların – doğrayıcı barabanın, kürəcik valının, ventilyatorun işçi çarxının fırlanmasının düzgünlüyü, həmçinin bütün boru kəmərlərin birləşmələri və işçi kameranın hermetikliyi; barabanın çivlarının ucları və qəbul kamerasının dibi arasında 18...22 mm hüdudunda, barabanın çivlarının ucları və sipərin yuxarı qırağı arasında 20...25 mm sərhəddində texniki aralanmaların böyüklüyü; boru-valda çivların bərkitməsinin etibarlılığı; barabanda nöqsanların mövcudluğu (çivların əyriliyi); kürəcik valında kürəciklərin pərlərinin deşilmiş torların qıraqlarının daxili və xarici səthlərinə yapışmaq sıxlığı; podşipnik qovşaqlarının qızması, hansının ki temperaturu mühitin temperaturundan 40ºS-dən yuxarı olmamalıdır; maşının ötürücü kəmərlərinin dartılma dərəcəsi; qatışıqları tutan 2KП-12-nin elektrikblokirovka işinin etibarlılığı yoxlanılır. Bundan sonra maşını sürüb yoxlamada yüksüz işə salırlar.

Ağır qatışıqları tutan 2KП-12-nin sürüb yoxlanması zamanı ventilyatorun drosseli ilə hava arasını qaydaya salırlar və onu 2,5...3 m³/s-ə çatdırırlar. Hava arasının parametrlərinin ölçülməsi mikromanometr ilə aparılır. Ventilyatorun aerodinamik iş rejiminin quraşdırılmasından sonra drossel etibarlı bərkidilir. Sürüb yoxlama zamanı tapılmış nasazlıqlar aradan qaldırılır, sonra ağır qatışıqları tutan 2KП-12 yük altında işə buraxılır. İşə salma və dayanma maşının qəbul kamerasına pambıq vermədən həyata keçirilir.

Verilmiş qatışıqları tutanın iş prosesində bir sıra texniki nasazlıqlar baş verir. Bəzi texniki nasazlıqları və onların məsləhət görülən aradan qaldırılması üsullarını gətiririk.

Xam-pambığın şaxtada onun yüklənməsi hündürlüyündən orta sıxlığına baxaraq müəyyən edilmişdirki onun dəyişmə xarakteri şaxtada yüklənmiş materialın kütlələrinin xarici agırlıq qüvvəsinin biroxlu sıxılmada təsiri altında olduğu kimi qalır. Şaxtada pambığın orta sıxlıgı yalnız şaxtanın tutumunu təyinilə əlaqəli məsələlərin həlli üçün xidmət edə bilər. Xam-pambığın şaxtadan verilməsi üzrə məsələlərin həlli üçün materialin aşağı təbəqələrinin həlli üçün materialın aşağı təbəqələrinin sıxlığınıda bilmək lazımdır, bilavasitə qidalayıcı valcıqlardan qabaq. Xam-pambığın şaxtadan çıxmasına maneçilik törədən sürtünmə qüvvələrinin əhəmiyyətinin qiymeətləndirilməsi olduqca mühümdür. Şaxtaya yüklənmiş pambıq kütlələrinin divarlarına sürtünmə qüvvəsinə təcrübələrdə həm bu kütlələrin ağırlıq qüvvələrinin fərqini həmdə qüvvəölçmə tərtibatının aşağı lövhəsilə onların qəbul etdiyi təzyiq qüvvələrinin. Göründüyü kimi şaxtanın yüklənməsi artdıqca P ordinatının artımı azalırki, buda pambıq kütlələrinin şaxtanın divarlarına sürtünmə qüvvələrinin çox kəskin artmasını göstərir.

Şaxtanın materialla yüklənməsi sonrakı P əyrisi həddlərindən xaricə artması zamanı P və F əyriləri limitdə öz asimptonlarına çatırlar. Bu qüvvələrin bərabərliyilə təyin edilən vərilmiş vəziyət, yeni sürtünmə qüvvələri pambıq xammalın şaxtadan çıxışını təmin edən qüvvələri müvazinətləsdirəndə tam qeyri-müəyyənliyi xarakterizə edir ki, buda müxtəlif hallar da mümkündürlər. Xüsusilə , şaxtada materialın xeyli böyük sıxlığı əmələ gələndə yüklənmiş pambıq kütləsinin şaxtada asılması və onun qidalandırıcı valcıqlarla vəriminin kəsilməsi mümkündür..



1.3.4.4 Lif təmizləyici OBП-A-nın təmiri.

OBП-A lif təmizləyicisi düz axan, təmizləmənin 1 pilləsiylə individualdır, hər cindən sonra quraşdırılır və lifin zibil, saplaq və digər qüsurlardan təmizlənməsi üçün təxsis edilir. O özülün haşiyəsindən, korpus, ocaq qəfəsinin barmaqlıqlarından, aerodinamik nizamlama üçün klapandan, mişar silindrindən, ağız aparandan, ağız aparanın plankasından, ağız qəbulundan, dəm kamerasından, lentli transportyordan, elektrik mühərriki qoşan və muftanı birləşdirən maşın ötürücüsündən ibarətdir.

OBП-A təmizləyicinin korpusu özülün haşiyəsinə quraşdırılır və yan böyürlər, qarmaqlar, tikmələr, qapaqlar və elektrik mühərrikinin altında tumbalardan tərtib olunur.

Təmizləyici mişar silindri özünə içiboş borunu daxil edən və ona hər 2 tərəfdən preslənən 2 dayaq sapfası olan, boruşəkilli valdan ibarət olan yığma konstruksiyanı təşkil edir. Sapf birləşmələrinin boru ilə tərpənməzliyi və davamlılığı qaynaq yerinin bərklik dərəcəsi ilə şərtlənir. Boruşəkilli vallar birinci buraxılış OBП lif təmizləyicisində, bütöv vallar isə sonrakı buraxılış maşınlarda tərtib olunur.

Valın üzərində növbə ilə mişar diskləri və mişararası çəkmələr, 2 biçilmiş şayba, şalbanbaşı ilə döşənmiş çəkilib bağlana bilən sağ və sol qaykalar yığılır; valın dayaq boyunlarına podşipnik qovşaqları və valın sonunun çəpərləməsi qurulur. Valın üzərində 231 ədəd miqdarda diametri 320 mm olan mişar diskləri və diametri 130 mm, qalınlığı 6 mm olan mişararası çəkmələr biçilmiş şaybaların köməyi ilə valdan 2º meylliklə qurulur, bununla mişar silindrinin verilmiş uzunluqda fırlanması təmin olunur. Yığılmış mişar silindrinin sıxılması şalbanbaşı ilə döşənmiş mərkəzi çəkilib bağlana bilən qaykalarla sol və sağ tərəfdən aparılır. Liftəmizləyicinin yığılmış mişarlı silindri lazım olan ölçüyə qədər cilalanmaya sonra isə xüsusi stenddə dinamik balans vurmaya məruz qalır.

Qaynaq konstruksiyalı ocaq qəfəsinin barmaqlıqları sağ və sol böyürlərdən, aralıq kəmərlərdən, 4 ocaq qəfəsindən, sağ və sol böyürlərdə yerləşmiş 2 ekssentrikdən ibarətdir. Ocaq qəfəsinin barmaqlıqları ocaq qəfəslərinin dişləri və işçi hasarlarında 1,5±0,5 mm aralıqla liftəmizləyici silindrin altında yerləşir. Aralanmanın böyüklüyünün nizamlanması şarnir birləşməsi olan ocaq qəfəsinin barmaqlıqlarının ekssentrik dayaqları ilə həyata keçirilir, bunun sayəsində onu tez mişar silindrindən çəkmək və baş verən tutulmanı aradan qaldırmaq olur. Barmaqlığın ekssentrik dayaqları əvvəlki vəziyyətə qayıdış vaxtı işçi aralığı sazlamağa imkan verir. Ocaq qəfəsinin barmaqlıqları verilmiş işçi vəziyyətdə maşının çöl tərəfində yerləşmiş sürətli boltlarla bərkidilir.

OBП-A lif təmizləyicinin iş prosesində maşının detal və qovşaqlarında aşağıdakı nöqsanlar əmələ gəlir: mişarın dişlərinin köhnəlməsi, qırılması;
1f7cef59

Şəkil 1.4 OBП lif təmizləyicisində

podşipnik qovşaqlarının detallarının köhnəlməsi; ocaq qəfəsinin barmaqlıqlarının ocaq qəfəslərinin köhnəlməsi; valın dayaq boyunlarının köhnəlməsi.

Mişarın dişləri köhnəlmə və qırılma zamanı yeniləri ilə əvəz olunur. Bir qayda olaraq OBП-2 lif təmizləyicisinin mişar silindrinin mişarları ildə 1 dəfə əsaslı təmir zamanı dəyişdirilir.

Yenidən toplanmış mişar silindri xarrat-vint kəsən dəzgahda mişar dişlərinin təpələri üzrə mişar silindrinə düzgün silindr formasının verilməsi üçün altlıqda quraşdırılmış cilalama maşınının köməyi ilə cilalayırlar. Mişar silindrinin cilalanması ocaq qəfəsləri və mişar dişlərinin arasındakı bütün uzunluq boyu tələb olunan aralanmaları dəqiq nizamlamaq üçün vacibdir. Maşına quraşdırmaqdan qabaq mişar silindrini dinamik balans vurmaya uğradırlar.

Podşipnik qovşaqlarının köhnəlmiş detalları yeniləi ilə əvəz olunur və ya təmir olunur.

Maşının detal və qovşaqlarının təmirindən sonra onun quraşdırılması və qoyulması aparılır. Qoyulma zamanı mişar silindri və ocaq qəfəsləri arasında 1,5±0,5 mm aralıq quraşdırıl; elektrik mühərriki və mişar silindrinin mərkəzi uyğunlaşdırma dəqiqliyinə diqqət yetirilir. Yığılmış mişar silindr və elektrik mühərriki əl ilə asan və sərbəst fırlanmalıdır, mişarın dişləri ocaq qəfəslərinə toxunmamalıdır.

Aerodinamik iş rejimi “təmiz” hava ilə, lifsiz maşının boş-boşuna işləməsində hamarlama ilə yoxlanılır və iş prosesində qaydaya salınır.

Düz axan lif təmizləyici pambıq təmizləyən zavoda yığılmış formada çardırılır. Quraşdırılmadan qabaq lif ilə təmasda olan səthin keyfiyyəti yoxlanılır, hansı ki, tilişkəsiz və müvafiq nahamarlıqsız olmalıdır.

Yığılmış lif təmizləyici bünövrəyə və ya möhkəm, davamlı onun işinin titrəyişsiz olunması üçün örtülməyə quraşdırılır. Lif təmizləyicinin quraşdırılması zamanı izləmək lazımdır ki, mişar silindrinin həndəsi oxları bir düz xətt üzrə olsunlar və horizontal vəziyyət tutsunlar. Nəzarət mişar silindrinin yaradan üzrə səviyyəsi üzrə aparılır. Lif təmizləyicilərin bünövrəyə qəti birləşdirilməsi cinlərin və lif təmizləyicilərin mişar vallarının oxlarının paralelliyi yoxlandıqdan sonra aparılır.

Lif təmizləyicinin mişar silindrinin gətirməsi həm sağ, həm də sol tərəfdən həyata keçirilə bilər; bunun üçün tumba ilə çərçivəni 180º fırlatmaq lazımdır. Podşipniklərin korpusunun sağ gətiməsi zamanı podşipnik korpusu mişar valına nisbətən gətirməyə tərəf 3 mm yerini dəyişir və qapaqlar elə yerə qoyulur ki, gətirmə tərəfdən bərkidən quraşdırıla bilsin.

OBП-A lif təmizləyicinin işə hazırlığı bünövrəyə bərkitmənin, podşipniklərdə sürtünmənin, dağılmanın, zərbə və digər nasazlıqların, bolt birləşmələrinin dartılmasının, mişar silindrinin əl ilə fırlatmada axar hərəkətin yoxlanmasından ibarətdir. İşə başlamazdan əvvəl quraşdırılmış araların düzgünlüyünü və aşağıdakı işçi orqanların sazlığını yoxlayırlar: mişar silindrinin dişlərinin, ocaq qəfəsinin barmaqlıqlarının ocaq qəfəslərinin, dəm kamerasının. Bundan sonra montajın düzgünlüyünü, mişar silindrinin fırlanma istiqamətini, maşının titrəmələrinin yoxluğunu yoxlamaq üçün maşının boş-boşuna işləmədə sınaq işə salması aparılır.

OBП-A lif təmizləyicisinin nizamlanması və təmizlənməsi işçi orqanlar arasında tələb olunan aralıqların quraşdırılması və təmizləyi ilə pnevmatik xəttlərlə bağlı olan avadanlığın aerodinamik nizamlanmasından ibarətdir. Ağız aparanın lövhəsiylə arasındakı aralıq 3-4 mm olmalıdır. Nizamlama lövhənin oxu boyu sonrakı bərkitməylə yerdəyişməsi ilə aparılır. OBП-A lif təmizləyicisinin aerodinamik nizamlanması “təmiz” havada (lifsiz), liflərin təmizlənməsi üçün nəzərdə tutulmuş qapalı klapanlarda aparılır.

İş prosesində lif təmizləyicilər 2 pnevmatik xətt ilə bağlanır: 1 tərəfdən aerodinamik təzyiq altında yerləşən qol borusu ilə, digər tərəfdən aerodinamik seyrəlmə altında ümumbatareya lif aparanın qol borusu ilə cinə qoşulur. Lif təmizləyiciyə daxil olan və sovrulan havanın miqdarından asılı olaraq lif təmizləyici təzyiq və ya seyrəlmə altında ola bilər. Lif təmizləyənin normal işin onun dəm kamerasında kiçik seyrəlmə yaranması şərti ilə mümkündür. Lif aparanda silinmə dərəcəsinə görə seyrəlmə azalır, bunun nəticəsində hər 1 lif təmizləyici fərqli seyrəlmə altında olur. Bütün lif təmizləyicilər üçün eyni aerodinamik rejimi təmin etmək üçün dəm kameralarında eyni seyrəlməni yaratmaq lazımdır. Bunun üçün lif təmizləyicinin çıxış ağzı və ümumbatareya lif ötürəni arasında nizamlanan klapanlı şaxta yerləşdirilir. Klapanın aşağı qapaqlarının pərçimin yarıqlarının şaquli uzunluğu boyu baqmaqların qalınması ilə əhatə edilən şaxtanın bölmələrinin azaldılması zamanı bu şaxtanın müqaviməti artır, bunun nəticəsində lif təmizləyicidə seyrəlmə azalır. Kondensatora yaxın yerləşən lif təmizləyicilərin şaxta bölmələri əhəmiyyətli dərəcədə örtülmə və silinmə dərəcəsinə görə artmamalıdır, halbuki sonuncu liftəmizləyənin şaxta bölmələri tamamilə açıqdırlar.

Seyrəlməyə nəzarət texniki sənədlərə əlavə edilən sxemə uyğun olaraq havanın təzyiqinin müxtəlif pnevmatik xəttlərdə ölçülməsi ilə həyata keçirilir.

Texniki xidmət maşınlara müşahidə etməkdən, onlara qulluqdan, düzgün aerodinamik rejimə riayət etməkdən, tullantıların liflilik dərəcəsinin periodik yoxlanılmasından, lif təmizləyicinin yoxlanması, təmizlənməsi, aralanmaların yoxlanmasından, hamar və tilişkəsiz olmalı olan ocaq qəfəslərinin iş səthinə müşahidədən ibarətdir.

Maşının podşipnik qovşaqlarının yağlanması xəritəyə uyğun aparılır, yağlama materialı kimi 1-13 yağlılıqlı (ГОСТ 1631-61) konsistentli sürtkü istifadə olunur.



2. Xam pambığın anbarlarda saxlanmasından əvvəl qurutma prosesinin özü-özünə qızışmaya təsiri

2.1 Quruducu agentin temperaturunun xam pambığın qurutma prosesinə təsiri.

Pambığın qurudulma proseisndə pambığın keyfiyyətinin –təbii xassələrinin saxlanması ən vacib və aktual problemdir. Pambığın qurudulma prosesində lifin möhkəmliyinin və uzunluğunun saxlanması həmin qurudulma prosesinin necə keçməsindən asılıdır.

Nəmliyi 9%-dən yuxarı olan pambığı emal edərkən lif və çiyidin keyfiyyəti aşağı düşəcək. Bunu da nəmliyi normadan artıq olan pambığın çətin təmizlənməsi ilə izah etmək olar.Pambığın nəmliyiin yüksək olması özünü sonrakı proseslərdə də büruzə verir. Pambığın ilkin emalının sonrakı prosesində çinləmə prosesində çiyidin əzilməsi baş verir və nəticədə lifdə qüsurlar artır. Beləliklə lifin keyfiyyəti aşağı düşür.

Pambığın əsas xassələrindən biri də onun mexaniki xassəsidir: möhkəmliyi, elastikliyi, plastikliyi. Bu xassələr pambığın emalı zamanı lif və çiyidin deformasiyaya,dağılmağa qarşı müavimətini artırır. Qurudulma prosesinin təcrübəsi göstərir ki, pambığın qurudulması zamanı qurutmanın buraxıla bilən normadan qaldırılması pambığın mexaniki xassələrinə təsir edir[9].

Lif və çiyidin təbii keyfiyyətinin saxlanması pambığın qurudulması prosesinin keyfiyyətindən asılıdır. Nəticə etibarı ilə lif və çiyid təyin olunmuş qızma və qurutma temperaturuna davam gətirməlidir. Buna görə də elə qurutma üsulundan istifadə etmək lazımdır ki, istilik və nəmliyi tənzimləmək mümkün olsun.Proses zamanı lifin möhkəmliyinin və uzunluğunun maksimum saxlanması lazımdır.

10% nəmlikfə pambığın ayrı- ayrı komponentləri üzrə həcmi: lif-7%,çiyidin nüvəsi-9%, qabıq-18% təşkil edir. Lif çiyidə nisbətən tez quruyur,hətta qısa müddətdə onun nəmliliyi buxarlanır. Ancaq ola bilər ki, bu müddətdə çiyidin nəmliliyi az aşağı düşsün. Ona görə də pambığın qurudulması prosesində qızma temperaturu və onun komponentləri əsas rol oynayır. Aparılmış təcrübələr nəticəsində pambığın qızma temperaturu elə qurulur ki, hansı ki, həmin temperaturda pambıq lifinin və çiyidinin təbii keyfiyyəti saxlanılsın. Qurudulma prosesində quruducu agentin temperaturunun lif və çiyidin keyfiyyətinə təsiri böyükdür. Beləki, pambığın qurudulması zamanı əkin üçün nəzərdə tutulmuş çiyidin qızma temperaturu 700C lifin qızma temperaturu 1050C-dən yuxarı keçməməlidir.Əkin üçün nəzərdə tutulmuş çiyidin çox qızması onun çüçərmə qabiliyyətini aşağı salır. Texniki çiyidin çox qızması isə onun yağlılığını azaldır. Pambıq lifinin çix qızması onun möhkəmliyini,uzunluğunu və əyilməyə müqavimətini azaldır.Pambıq lifinin çix qızması onun möhkəmliyini,uzunluğunu və əyilməyə müqavimətini azaldır.



2.2 Pambığın qurudulması zamanı lifin mexaniki

xassələrinin təyin edilməsi
Pambığın yüksək temperaturda qurudulması zamanı lifin mexaniki xassələrinin dəyişməsini təyin etmək üçün lifin uzunluğunun və möhkəmliyinin quruducu agentinin temperaturundan asılılığını tədqiq etmək laızmdır Sınaq üçün kütləsi 0,1 kq olan 175-F,C-4880 sortundan olan pambıq götürülmüşdür. Müəyyən olunmuşdur ki, quruducu agentin temperaturunun 2000 C dən yuxarı qaldırılması pambıq lifinin bir sənaye sortundan o birinə keçməsinə səbəb olur. Yəni quruducu agentin temperaturunun buraxıla bilən normadan artıq olması pambıq lifinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Lifin zədələnməsinin (ξ) cə qıvrılmasınnı (θ) quruducu agentin temperaturundan asılılığı yuxaridaki şəkildə verilmişdir. Qrafikdən görünür ki, temperatur artıqca lifin zədələnməsi artır, qıvrılması isə azalır.

Beləliklə belə bir nəticəyə gəlmək olar ki, pambığın əlverişli qurudulması üçün quruducu agentin temperaturu 2000 C-dən yuxarı olmamalıdır.

Pambığın qurudulması zamanı pambığın bütün kütləsində eyni nəmlik olmasına cəhd etmək laızmdır. Nəmliyin verilməsi həddən alxması yol verilməzdir. Çünki bu öz-özünə alışmaya gətirib çıxara bilər.

Qurudulma zamanı növbəti prosessə ayırırlar: nəmlik və istilik dəyişməsi.

Nəmlik və istilik dəyişmədə əsas formalardan materialın vəziyyəti və ətraf mühit sayılır.Nəmliyin materialda yerdəyişməsi prosesi materialın xassəsindən və onun quruluşundan, həmçinin nəmliyin materialla əlaqəsindən asılıdır.

Pambığın qurudulması prosesi pambığın ilkin emalı prosesidə əsas elementlərdən sayılır ki, bu da xammal və hazır buraxılan məhsulun keyfiyyətinə bilavasitə təsir edir.

Qaz mühiti(hava və ya dəm qazı) vasitəsi ilə, hansı ki, toxunma və yerdəyişmə şəraitində qurudulan materialdan nəmliyi ayırır,bu quruducu agent adlanır.

Əgər qurudulma yüksək temperaturda və quruducu agentin kiçik sürəti,materialın yüksək nəm olması ilə baş verirsə,onda temperatur materialın bütün sahəsi boyu tədricən artır bu period materialın tədricən artması başlanğıc period adlanır. Sonra nəmlik tutumu xətti qanun üzrə eyni həcmlə kiçilməyə başlayır. Materialın səthinni temperaturu bununla dətyişmir. Materialın tərkibində temperatur yüksəlməyə başlayır. Lakin materialın üzərində temperatur artması xeyli gec baş verir. Materialın tərkibindəki temperatur ilə üzərindəki temperatur eyni olanda quruducu agent və material arasındakı temperatur dəyişəcək, yəni düşəcək.

Həm də materialın qurudulması intensivliyi daimi sabit qalacaq. Vaterialın tərkibində temperatur tarazlaşması başverir və bərabər nəmlilik tutumu əldə olunduqda temperaturlar fərqi materialın üzərində və tərkibində eyni olur. Materialın belə vəziyyətində nəmlik ayırma baş vermir,nə qədər ki, materialın temperaturu ilə quruducu agentin temperaturu eynidir. Sonra quruducu agentinin temperaturunun qalxması nəticəsində tədricən nəmlik ayırma baş verir. Sonra quruducu agentinin temperaturunun qalxması nəticəsində tədricən nəmlik ayırma baş verir.

Qurudulma prosesinin əsas əlamətlərindən biri də materialın temperaturunun dəyişməsidir. Buna görə də professor A.B.Lıkov bu periodları materialın daimi temperaturu və materialın artan temperaturlarına ayırır.

Quruducu qurğuların inkişafı ilə əlaqədar olaraq qurudulma prosesinin yüksək səviyyədə aparılması bu günün əsas məsələlərindəndir. Qurudulma prosesinin yüksək səviyyədə aparılması üçün müxtəlif təcrübələr aparılır. Yüksək tümpüratur rejimini tətbiq etməklə quruducu qurğuların məhsuldarlığının artırılması pambığın texnoloji,mexaniki və bioliji xassələrinim saxlanması ilə həyata keçirilməlidir.Pambığın qurudulması prosesində müxtəlif nəmlikli pambıq qurudularkən quruducu agentin temperaturu müxtəlif olur. Belə ki, nəmliyi 9%-ə qədər olan pambıq qurudularkən quruducu agentin temperaturun 90-130%C, nəmliyi9-11% olan pambıq qurudularkən quruducu agentin temperaturu 130-1500C, nəmliliyi 11-14% olan pambıq qurudularkən quruducu agentin temperaturu 150-2000C, nəmliliyi 14-18% olan pambıq qurudualrkən quruducu agentin temperauru 200-2500C, nəmliyi 18%-dən çox olan pambıq qurudularkən quruducu agentin temperaturu 2500 C olmalıdır. Texniki sort pambıq üçün buraxıla bilən qızma temperaturu 700C olmalıdır. Qeyd etmək laızmdır ki, bu temperatur pambıqtəmizləmə sənayesində pambığın ən optimal qızma temoperaturudur.Bu temperaturda lifin texnoloji xassələri nəinki saxlanılır həm də yaxşılaşır.

Quruducu qurğuların tipindən asılı olaraq buraxıla bilən temperatur 70-800C intervalında ola bilər. Düz axımlı qurudulma prinsipi ilə işləyən 2CB-10 quruducu qurğusunda lifin möhkəmliyi və uzunluğunun saxlanamsı 750C qədər olan qızma temperaturunda təmin edilir.

Beləliklə qurudulma proseisndə lifin möhkəmliyini və uzunluğunu, çiyiddə isə yağlılığını və cücərmə qabiliyyətini saxlamaq lazımdır. Pambıq lifinin möhkəmliyinin və uzunluğunun quruducu agentin temperaturundan asılılığı yuxarıdakı qrafikdə verilmişdir. Qrafikdən görünür ki, qızma temperaturu lifin keyfiyyət göstəricilərinə kəskin surətdə təsir edir.Belə ki quruducu agentin temperaturu 700C olanda lifin möhkəmliyi 4,7%,uzunluğu isə 1,4 mm aşağı düşür.

Xam pambığın tədarükü hava şəraitlərindən asılı olaraq bir neçə həftə davam edir. Məhsul tədarük məntəqələrinə əlverişli yığım dövründə hər gün illik planın 4-9% həcmində daxil ola bilər. Pambıqtəmizləyən zavodlar tədarük mövsümü müddətində tədarük edilən pambığın təxminən 30%-ni emal edirlər, xam pambığın əsas hissəsi sonrakı aylarda emal edilməsi üçün uzun müddətli saxlanma prosesinə məruz qalır.

Xam pambığın qəbul edilməsi, komplektləşdirilməsi və saxlanması QOST16298-91,QOST 23577-79 tələblərinə müvafiq olaraq tədarük məntəqələrində həyata küçirilir.

Müşahidələrimiz göstərdi ki, pambığın əl yığımı tarlalarda üç mərhələdə həyata keçirilir, ilk yığımı bitkidə orta hesabla 3-5 yaxşı açılmış qutucuqlar olduqda başlanılıt. İkinci yığımı zamanı xam pambığın açılmış qutucuqlardan yığımı pambıq kolunun vegetativ dövrü qurtardıqdan əvvəl başa çatdırılır.Üçüncü yığım zamanı kollarda qalan bütün xam pambığın yığımı həyata keçirilir.


Yüklə 478,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin