AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Xam pambiğin qurudulmasinin texnoloji avadanliqlari



Yüklə 478,65 Kb.
səhifə2/5
tarix21.04.2017
ölçüsü478,65 Kb.
#15044
1   2   3   4   5

1.3 Xam pambiğin qurudulmasinin texnoloji avadanliqlari

1.3.1. Xam pambığın rütubəti
Xam pambıq mütləq quru kütləyə və müəyyən qədər nəmliyə malikdir. Xam pambığın rütubəti faizlərlə ifadə olunur və onda olan rütubət kütləsinin mütləq quru xam pambığın kütləsi nisbətinə bərabərdir.

Rütubətin xam pambıqla əlaqəsinin xarakterindən və rütubətin qurudulması zamanı kənar etdirilməsindən asılı olaraq sərbəst, izafi və taraz rütubəti fərqləndirirlər.Məsamələrdə, boşluqlarda, kapilyarlarda yerləşən sərbəst rütubətə malik olan xam pambıq nəm hesab olunur. İzafi rütubət sərbəst rütubətdən və qurudulma şəraitində aradan qaldırıla bilən hiqroskopik rütubətdən ibarətdir. Taraz rütubət saxlanılan xam pambığın elə nəmliyidir ki, ətraf mühitin şəraitindən asılı olaraq öz-özünə tarazlaşır.

Xam pambığın yüksək rütubətliliyi onun təmizlənməsinə, saxlanmasına və emalına mənfi təsir edir. Yüksək rütubətli (13-14%) xam pambığı saxlayan zaman lifin xassələrini poza biləcək və çiyidlərin zədələnməsinə gətirəcək bioloji proseslər gedir.

Yüksək rütubətli xam pambığın emalı zamanı liflərin işçi orqanlarının zərbəsi nəticəsində tez-tez dayanmasına görə avadanlığın məhsuldarlığı azalır.Yüksək rütubətdə lifin elastikliyi azalır və onun zibilli qarışıqlara ilişməsi güclənir ki, bu da lifdə qüsurların yaranmasına və zibilə görə təmizləmə effektinin azalmasına gətirib çıxarır.Nəticədə belə xam pambıqdan aşağı keyfiyyətli lif alınır.

Lifin yüksək keyfiyyətini və texnoloji avadanlığın effektiv işini təmin etmək üçün xam pambığı 7-8% texnoloji rütubətə qədər qurutmaq lazımdır.
1.3.2. Xam pambığın qurudulmasının texnoloji prosesi

Xam pambığın nəmliyinin havaya verilməsi o zaman baş verir ki, xam pambığın səthində buxarın parsial təzyiqi ətraf mühitin parsial təzyiqindən çox olur.

Xam pambığın qurudulmasına müəyyən tələblər qoyulur. Pambıq nəmliyinin lifdən və çiyidlərdən müntəzəm çıxarılması ilə həyata keçirilməlidir. Xam pambığın bircinsli olmaması, onun komponentlərinin müxtəlif termo və nəmlik tezliyi xam pambığın qurudulması rejimi üçün ciddi yanaşma tələb edir.

Pambıqtəmizləyici zavodlarında xam pambığı xüsusi qurğularda – quruducularda qurudurlar. Xüsusi mənbələrdən istilik alan və onu qurudulan xam pambığa verən qazvari qarışıq (hava və ya isti qazları) istilik daşıyıcısı adlanır. Xam pambıq üçün quruducular düzünə (bu zaman xam pambıq və istilik daşıyıcısı bir istiqamətdə hərəkət edir) və əksinə (xam pambıq və istilik daşıyıcısı əks istiqamətdə hərəkət edir) olur.

Xam pambığın istehsalının artması, məhsulun maşınlarla yığımının tətbiqi və yığım müddətinin qısaldılması ilə əlaqədar olaraq arasıkəsilməz fəaliyyət göstərən baraban tipli quruducular yaradıldı.

Baraban quruducularında xam pambığın qurudulması aşağıdakı şəkildə baş verir. İstilik daşıyıcısı qazanxanadan hava soran ventilyator vasitəsilə isti hava sorulur və boru kəməri ilə quruducu barabana verilir,. Quruducu barabana verilən nəm xam pambıq tədricən qurudulur və izafi rütubəti istilik daşıyıcısına veriləndən sonra novdan keçərək xaric olunur. Soyudulmuş, rütubətlə doymuş istilik daşıyıcısı uzun boru ilə atmosferə gedir.

Qurudulma prosesinin keyfiyyəti rütubətin alınması, rütubətə görə və nəm xam pambığa görə məhsuldarlıq, qurudulmanın müntəzəmliyi, buxarlanan rütubətin bir kiloqramına düşən istilik sərfi ilə səciyyələnir. İstilik alınması mütləq quru xam pambığın kütləsinə nisbətən faizlərlə quruducuda buxarlanan rütubətin miqdarını göstərir.

Xam pambığın qurudulması üçün istilik daşıyıcısı kimi ağ neftin və ya təbii qazın yanma məhsullarının qarışığı tətbiq olunur. İstilik daşıyıcısının temperaturu xam pambığın rütubətindən və quruducunun konstruksiyasından asılı olaraq təyin olunur.

Qurudulma zamanı xam pambığın və onun komponentlərinin normadan artıq qızmasına (çiyidlərın maksimal temperaturu 70oC-dən, liflərinki isə 100oC-dən artıq olmamalıdır) yol verilmir, buna görə də qurudulma müddəti və istilik daşıyıcısının temperaturu müvafiq qaydada seçilir.

Pambıq quruducuların barabanları xam pambığı qarışdırmaq və qurudulma prosesini yaxşılaşdırmaq üçün daxildən pərli qurğularla təhciz olunur. Pambığın barabanlı quruducularda ox boyunca hərəkəti barabanın meyli və ya istilik daşıyıcısının xam pambığın hissəciklərinə təzyiqi hesabına həyata keçirilir.

Pambıqtəmizləmə sənayesində 2SB-10 baraban quruducularından geniş istifadə edilir. Xam pambıq qidalayıcıya şaxtadan daxil olur, oradan maili şneklə quruducu barabana yönəlir. Sonra, uzununa pərlərlə qalxaraq və barabanın aşağı hissəsinə düşərək, xam pambıq qurudulur.

Eksperimental əyrilrədən[5] görünür ki, xam-pambıq buntunun həndəsi ölçüləri müəyyən həddə çatdıqdan sonra, buntda istiliyin temperaturu kəskin sürətlə artır. Az həcmi ölçülərdə isə öz-özünə qızışmanın intensivliyi azalır. Bu nəticə əvvəlki paraqraflarda gəlinənə nəticə ilə üst-üstə düşür.

Müəyyən sərhəd şərtləri daxilində öz=özünə qızışma prosesinin fəaliyyə müddətini və intensivliyini müəyyən etmək olar.

Məsələn, yuxarıda verilən parametrlər çərçivəsində maksimal temperatur 450C, müddət isə 10 gün təşkil edir .

Beləliklə öz-özünə qızışma prosesində,sərhəd şərtlərindən, β və γ əmsallarından asılı olaraq temperatur:

-tədricən arta bilər

-kifayət qədər dəyişməz qala bilər.

- tədricən azala bilər

Riyazi modelin köməyi ilə, β və γ əmsallarını, sərhəd şərtlərinin qiymətini bilərək öz-özünə qızışma prosesini proqnozlaşdırmaq olar.
İstilik daşıyıcısının təsiri altına düşdüyü zaman pambıq barabanın oxu boyu quruducunun çıxış lotokuna hərəkət edir. İşlənmiş istilik daşıyıcısı quruducudan çəkmə borusu ilə atmosferə gedir. Baraban qarşı dayaq və arxa dayaq üzərində qurulmuşdur. Barabanın fırlanması reduktordan və elektrik mühərrikindən ibarət olan intiqalla həyata keçirilir.

scan0010
Şəkil 1.4. 2SB-10 quruducu barabanın sxemi

1-quruducunun boru kəməri; 2-qidalandırıcı; 3-baraban;

4-işlənmiş havanı xaric edən boru; 5-pərlər.
2SB-10 quruducu barabanın texniki xarakteristikası

Qurudulmuş xam pambığa görə məhsuldarlıq, t/s 10

Buxarlanan nəmliyə görə məhsuldarlıq, t/s 0,8

1 kq nəmliyin buxarlandırılmasına sərf olunan istilik, kkal

2200-2500

Qurudulmaya sərf olunan istiliyin dərəcəsi, 0C 280

Barabanın fırlanma tezliyi, dəqiqə 10

Elektrik mühərriklərinin qüvvəti, kVt

Baraban intiqalında 1

Qidalandırıcı şnek 4

Qabarit ölçüsü(uzunluq, eni, turbasız hündürlük), mm 14730x4865x3800

Kütləsi,kq 10 300

2SB-10 baraban quruducusunun təkmilləşdirilmiş variantı SBO quruducusudur ki, bunda pambığın qurudulması prosesi və zibil qarışıqlarından təmizlənməsi üst-üstə düşür (Şəkil.1.5). Xam pambığın SBO quruducu barabanında qurudulması prosesi pambığın təmizləmə seksiyasının zonasına daxil olması müddətinə qədər 2SB-10 quruducusundakı qurutma texnoloji prosesinə analoji olacaq. Təmizləmə seksiyasında quruducu barabanın çənbəri 3000 mm sahəsində barabanın karkası üzərinə sarınmış tor örtüklə əhatə olunmuşdur, bunun da aşağı hissəsində zibil üçün şnek (7) yerləşir.

scan0011

Şəkil 1.5. SBO quruducu barabanın sxemi

1-quruducu isti boru kəməri; 2-pambıq şneki; 3-baraban; 4-təmizləyici bölmə; 5-sərf olunan havanı xaric edən boru; 6-pərlər; 7-zibil şneki
Təmizləmə seksiyasının tərtibatı istilik daşıyıcısının pambığa uzununa-çarpaz təsirini sərtləşdirir. Çarpaz istiqamətdə pambığa ucluqdan istilik daşıyıcısının lüləsi 15 m/s sürəti ilə təsir edir. Xam pambığın təmizləmə seksiyasının pərlərindən düşməsi anında o ucluqdan yönəldilən istilik daşıyıcısının şırnağının lüləsində olur. Öz kütləsinin və aerodinamik qüvvənin təsiri altında pambığın uçağan hissələri zərblə tora çırpılır, bunun nəticəsində zibil qarışıqları ayrılır. Xam pambığın nəqli prosesində istilik daşıyıcısı tərkibində lifin qabarması baş verir ki, bu da zibilin ayrılmasını yaxşılaşdırır.

İşlənmiş istilik daşıyıcısı çəkmə borusu vasitəsilə xaric edilir, eyni zamanda qurudulmuş və zibildən təmizlənmiş pambıq boşaldıcı lotok ilə quruducudan boşaldılır. Bunkerdən zibil şnek vasitəsilə xaric edilir.

İstilik daşıyıcının xam pambıqla uzununa-çarpaz təsirinin yekun mərhələsində qurutma prosesini intensivləşdirir. Aqreqatın təmizləmə effekti 45%-ə qədər çatır, qalan texniki xarakteristikalar 2SB-10 quruducusunda olduqları kimidir.

1.3.3. Xam pambıq quruducularının istilik təchizatı
Xam pambıq quruducularını istilik daşıyıcısının lazımi miqdarı ilə təmin etmək üçün elə qızdırıcılardan istifadə edirlər ki, bunlarda da maye,yaxud qaz halında olan yanacaq yandırılır. Pambıqtəmizləmə zavodlarında quruducu qurğuların istilik təchizatı üçün, ağ kerosinlə, yaxud təbii qazla işləyən qızdırıcı aqreqatdan istifadə edilir (şəkil 1.6). Yanacağın belə növlərinin tətbiqi qurudulan xam pambığın qızdırıcı qazlarla qızdırıcıdan aparılan küllə minimal zibilləməsinin zəruri olması, həm də yüksək temperaturun əldə edilməsilə sərtləşmişdir.

scan0012

Şəkil 1.6. TJ-1,5 istilik generatorunun qurulma sxemi

1-qazanxana; 2-istilik generatoru; 3-ventilyator;

4-qığılcım söndürən; 5-quruducu baraban
Yandırma üçün istifadə edilən yanacağı, əlavə olaraq hava ilə lazımi konsentrasiyaya qədər qarışdırırlar və alınmış qarışığı alışma temperaturuna qədər qızdırırlar. Yanan buxar hava qarışığını fitil şamı ilə alışdırır. Yanacağın sonrakı yanması közərmiş qızdırıcıdan daxil olan istilikdən onun fasiləsiz buxarlanması ilə saxlanılır. Maye və qazşəkilli yanacağın yanması zamanı məşəl əmələ gəlir. O, üç zonaya malik olur: yanacağın hava ilə qarışma zonasına, yanacağın qızması və buxarlanması zonasına, alışma zonasına. Məşəlin uzunluğu yanacağın tozlama (səpləmə) keyfiyyətindən və qızdırma kamerasinin formasından asılıdır.

Pambıqtəmizləmə zavodlarında maye yanacağın alışdırılması üçün TJ-1,5 qızdırıcı qurğularından (Şəkil.1.5) qazşəkili üçün isə TQ-1,5 (Şəkil.1.7) qurğusundan istifadə edilir. Lazımi temperatura qədər çatdırılmış qızdırıcı qazlar atmosfer havası ilə qarışdıqda qızdırıcıdan ventilyatorla sovrulur və qaz xətti ilə quruducu barabana vurulur.

Qazşəkilli yanacaq qızdırıcıda daha tam yanır, bunun nəticəsində daha yüksək temperaturun alınması imkanı yaranır. Qazşəkilli yanacağın yanmasından alınan vahid istiliyin dəyəri mayenin yanması zamanı alınana nisbətən xeyli aşağıdır.
scan0013
Şəkil 1.7. TQ-1,5 istilik generatorunun sxemi

1-qarışdırıcı injektor; 2-qarışdırıcı kamera; 3-hava çıxaran
Xam pambığın saxlanılması üçün bağlı binalarının (anbarlardan),yarım açıq və ya açıq anbarlardan istifadə olunur.Bu anbarların dörd tərəfi (navesdən) və açıq meydançalardan ibarət olmalıdır.

1.3.4. Xam pambığın təmizlənməsində istifadə edilən texnoloji avadanlıqlar
1.3.4.1OXB-10M pambıq təmizləyicisinin təmiri
OXB-10M pambıq təmizləyicisi xam pambıqdan xırda zibiərin təmizlənməssi üçün xətti axında işlədilir.OXB-10M pambıq təmizləyicisi (Şəkil19.5) korpusdan, üfüqi yerləşdirilmiş doğrayıcı-çivli barabanlardan, baraban altı deşikli torlardan, təmizləyicini hər birində 5 baraban olan 2 bölməyə ayıran zibil yığımı üçün 2 bunkerdən və gətirmə mexanizmindən ibarətdir. OXB-10M təmizləyicisi OXB-10 təmizləyicisindən onunla fərqlənir ki, doğrayıcı-çivli barabanlar onda üfüqi yerləşir, halbuki OXB-10-nun meylli quraşdırılmış bir bölməsi var; barabanların dairə sürəti üzrə fırlanma tezliyi 11-dən 9 m/s-ə qədər azaldılıb; deşikli torların oyuqlar üzrə sağ bölməsi 4,5x50-dən 6x50 mm-ə qədər artırılıb.

d:\atu\diplom\ayaz-atu\ayaz-başlanğıc\şəkil-ayaz (2)\şək-1.jpg

Şəkil 1.8 OXB-10M pambıq təmizləyicisinin sxemi
OXB-10M təmizləyicisinin korpusu konstruksiya üzrə yığmadır və öz aralarında bolt birləşmələri ilə birləşdirilmiş özül və yan böyürlərdən təşkil olunub. Yan böyürlər arasında paralellik və ölçü qarmaqlar ilə təmin olunur. Korpusun yuxarı hissəsində tikmələrin çivlarla və doğrayıcı-çivli barabanın lövhələrinin əvəzetməsinə, həmçinin maşının təmizlənməsinə imkan verən qapaq quraşdırılıb.
a00796d6
Şəkil 1.9 OXB -10M təmizləyicinin torlu barabanı
Təmizləyicinin baraban altı deşikli toru qaynaq konstruksiyalıdır. O hər doğrayıcı-çivli barabanın altında yerləşir və məhz qalınlığı 3 mm olan təbəqə poladdan hazırlanmış tordan, 6x50 mm ölçülü deşikli oyuqlardan və 2 qıraq kəmərdən ibarətdir, hansının ki, köməyi ilə o özülün böyürlərinə bərkidilir. Barabanın altında yerləşdirilmiş torların konstruksiyası və ölçüləri onların qarşılıqlı əvəzedilməsini təmin edir.

Doğrayıcı-çivli baraban şpon və vint birləşmərinin köməyi ilə bərkidilmiş, üzərində yan və aralıq diskləri quraşdırılmış valdan; tikmələrdə şahmat ardıcılığı ilə yerləşdirilmiş 2 sıra çivla 4 tikmə bölməsindən; doğrayıcı bölmələrin arasında bərkidilmiş 4 lövhədən ibarətdir.



a00796d6
Şəkil1.10 OXB -10M təmizləyicinin çivli barabanı
OXB-10M pambıq təmizləyicisinin bunkeri profil və təbəqə poladdan yerinə yetirilib, tamamilə metaldan qayrılıb. Bunkerdə 120x120 mm ölçülü toz və zibilin sovrulması üçün qol boru, həmçinin 400x600 mm ölçülü deşikli baraban altı torların və bunkerin özünün təmizliyinin aparılması üçün qapaqlı lyuk var.

OXB-10M pambıq təmizləyicisinin iş prosesində aşağıdakı nöqsanlar yaranır: lövhələrin yeyilməsi, çivların əyilməsi və ya qırılması, deşikli torların yeyilməsi və ya deşilməsi, podşipnik qovşaqlarının və maşının ötürücü enmə səthlərinin yeyilməsi.



Təmir üsulları. Baraban altı deşilmiş torların xeyli yeyilməsi zamanı yenisi ilə əvəz olunur; yerli yeyilməsi və ya sürtünmə zamanı baraban altı torun nöqsanlı yerində həmin deşilmiş tordan, o olmadıqda isə nazik təbəqəli poladdan eyni qalınlıqda yamaq quraşdırılır. Əyilmiş çivlar yuxarıda göstərilmiş üsullarla düzəldilir, qırılmışlar isə dayaq yuvalarından burulub çıxarılır və onların yerinə yeniləri quraşdırılır. Yeyilmiş lövhələr barabanlar çıxarılmadan yeniləri ilə əvəz olunur. Təmir zamanı doğrayıcı-çivli barabanları maşından çıxarırlarsa, bu halda onları bucaq prizmasında statik balans vurmaya məruz qoyurlar. Ümumi sahə üzrə hissələrin təmir üsulları əvvəldə izah olunmuşdu. Əsaslı təmir zamanı OXB-10M pambıq təmizləyicisi aşağıdakı ardıcılıqla sökülür: ötürücünün hasarları çıxarılır; dartılma boşaldılır, sonra pazşəkilli ötürücü qayışı, dartılma mexanizmi, elektrik mühərrikləri çıxarılır; barabanlardan və elektrik mühərrikinin valından şkivlər açılır; barabanların podşipnik qovşaqları, lyuklar, yuxarı qapaqlar çıxarılır; korpusun böyürləri və doğrayıcı-çivli baraban sökülür; doğrayıcı-çivli baraban ayrılır və baraban altı deşilmiş torlar çıxarılır, hissəciklərin təmiri işçi çertyoj nöqsan cədvəlinə görə yararlı, təmir olunmalı və yararsız bölünməsi, təmizləyicinin hissə və qovşaqlarının təmizlənməsi və yuyulması aparılır.

Təmirdən sonra OXB-10M pambıq təmizləyicisini aşağıdakı ardıcılıqla yığırlar: baraban altı təmizləyici torları quraşdırır və bərkidirlər; doğrayıcı-çivli barabanının sonrakı qurğularının quraşdırılması aparılır; podşipnik qovşaqları, yuxarı qapaqlar, lyuklar, şkivlər, barabanların valına və elektrik mühərrikinə, barabanlar və elektrik mühərriklərinin özlərini yığırlar və quraşdırırlar; maşının ötürücüsünün paz-qayış ötürücü dartıcı qurğusunu quraşdırırlar; ötürücü qayışların və maşının ötürücüsünün şkivlərinin düzgün quraşdırılmasını yoxlayırlar; maşının işçi orqanlarının texniki aralanmalarını yoxlayırlar, tənzimləyirlər və boş-boşuna işləmədə yaranmış nasazlıqları aradan qaldırmaqla sürüb yoxlamanı aparırlar.

OXB-10M pambıq təmizləyicisi pambıq zavoduna 2 ayrı bölmə ilə (hər birində 5 baraban) gəlir. Onu bünövrəyə (və ya dəmir konstruksiyasına) və ya davamlı işin titrəyişsiz olması üçün örtülməyə quraşdırırlar. Təmizləyicinin hər iki bölməsinin quraşdırılması səviyyə üzrə onların bir üfüqi müstəvidə quraşdırılmasının təmin olunması üçün aparılır, bölmələr öz aralarında bolt birləşmələri ilə birləşdirilir. Bundan sonra tabaq və təmizləyicinin bunkeri quraşdırılır. Bunkerlərin quraşdırılması zamanı pnevmoötürücü sistemin sorucu boru kəmərinin vəziyyətindən asılı olaraq sorucunun qol borusu istənilən istiqamətə yönəldilə bilər. Sonra idarəetmə şkafını quraşdırırlar, ona elektrik enerjisini keçirirlər və qoşurlar. Sınaq işə salmadan əvvəl maşında kənar əşyaların olub-olmamasını, bütün bolt birləşmələrini və bünövrə boltlarının uzanma dərəcəsini, işçi orqanların vəziyyətini yoxlayırlar; təmizləyicinin mexanizlərini asan fırlanmada əl ilə möhkəm bururlar.

Təmizləyisinin sınaq işə salmasından əvvəl texnoloji aralıqların müvafiqliyini yoxlayırlar və lazım gəldikdə tənzimləyirlər. Korpusun böyürləri və doğrayıcı-çivli barabanın qıraqları arasındakı aralıq 1,5-2 mm, barabanın çivlarının ucları və baraban altı deşilmiş tor arasındakı məsafə 14-20 mm ətrafında; yanaşı baraban altı torların arasındakı aralıq 3 mm-dən çox olmamaq şərti ilə təyin edilir, torların qıraqları və korpusun böyürləri arasında isə o hər iki tərəfdən bərabər olmalıdır. Aralıqların tənzimlənməsi tor və doğrayıcı-çivli barabanın çivları arasında podşipniklərin korpusunun altında quraşdırılmış müntəzəm metallik dayaqlarla; korpusun özülündə yerləşmiş doğrayıcı-çivli barabanın yanaşı dayaqlarının oval deşiklərə yerdəyişməsi ilə həyata keçirilir.

Pambıq təmizləyicisinin yüksüz sınaq işə salınması zamanı bağlanmış qurğuların sonuncu elektrik açarının, korpusun üst qapaqlarının və maşının ötürücü hasarlarının işi yoxlanılır. Maşının yüksüz sürüb yoxlanması 1 saat ərzində aparılır, bununla belə titrəyişlər, kənar küylər və podşipnik qovşaqlarının qızması olmamalıdır.

OXB-10M pambıq təmizləyicisinin işi zamanı yaranmış nasazlıqlar və onların aradan qaldırılması üsulları əsasən ЧX-3M2 pambıq təmizləyicisində olduğu kimidir.

OXB-10M pambıq təmizləyicisinin texniki qulluğu doğrayıcı-çivli barabanların, baraban altı təmizləyici deşikli torların və maşının ötürücü mexanizmlərinin periodik müayinəsinə gətirib çıxarır. Maşının göstərilmiş qovşaqlarında nöqsanların tapılması zamanı onların göstərilmiş üsullarla aradan qaldırılması aparılır.

Doğrayıcı-çivli barabanların lövhələrinin və çivlarla tikmələrinin təmiri və əvəzi təmizləyicinin korpusunun yuxarı hissəsindəki qapaqlardan aparılır. Barabanın dəyişdirilməsi zamanı ötürücünün kəmərlərini, novu, artırmaları və korpusun böyürlərini çıxarırlar. Deşilmiş torların dəyişdirilməsi üçün bunkeri çıxarırlar, onların zədələnməsi zamanı isə nöqsanları maşının bunkerindəki lyukdan aradan qaldırırlar. Elektrik mühərriklərinin elektrikblokirovka qurğularının nəzarəti vaxtaşırı aparılır. Təmizləyicinin korpusunun və ya ötürücünün hasarlarının qapaqlarının açıq olması zamanı elektrik mühərriki qoşmaq qadağandır. Həmçinin ötürücünün kəmərlərinin dartılması yoxlanır, lazım olduqda onların dartıcı qurğularla tənzimlənməsi aparılır. Maşının podşipnik qovşaqlarının yağlanması yağlama xəriləsinə və sxemə uyğun aparılır. Yağlama materialı kimi 1-13 yağlılıqlı konsistent yağ istifadə olunur (ГОСТ 1631-61).



1.3.4.2 6A-12M1 şnekli pambıq təmizləyicisi

2 bölməli 6A-12M1 şnekli pambıq təmizləyicisi pambıqdan kiçik kənar zibil qatışıqlarını çıxartmaq üçün nəzərdə tutulub, pambıq təmizləyən zavodun quruducu-təmizləyici və təmizləyici sexlərində quraşdırılır. O tamamilə metaldan olan qaynaq korpusundan, iki yuxarı və iki aşağı vintli çiv şneklərindən, novşəkilli formalı 4 təmizləyici hasardan, birləşdirici şaxtadan, qapaqlı meylli novdan, boşaldıcı novdan, bunkerdən, zibil aparan vintli konveyerdən, maşının ötürücüsündən və yükləmə şaxtasından ibarətdir. Təmizləyicinin işçi orqanlarını çivların ucları üzrə diametri 550 mm, vintin addımı 300 mm və çivların vintin pər ucları üzrə (vintli səth) addımı 80 mm olan vintli çiv şnekləri (konveyer) təşkil edir. Yuxarı bölmənin şnek-vintinin uzunluğu 3640 mm, aşağının isə 3990 mm. Təmizləyicinin çiv şnekləri bir tərəfə fırlanır. Yuxarı vintli konveyerlər (şneklər) vint səthinin sol itiləməsilə hazırlanır, aşağıdakılar isə sağla. Konstruksiyaya görə konveyerin vintləri eynidir, vint səthinin itiləməsindən başqa.

Çiv vintli konveyer həmişəki kimi hazırlanır, ancaq vintin pərinin ucuna qaynaqla vintli səthin ətrafından 75 mm qabağa çıxan silindrik qəlib-çiv bərkidilir. Aşağı vintli çiv konveyerləri təmizlənmiş pambığın çıxış tərəfindən podşipniklərin asma korpuslarına quraşdırılır, qalan podşipnik qovşaqları adidirlər, bütövdür.
a63868d6

Şəkil1.11 6A-12M1 təmizləyici

6A-12M1 təmizləyici konveyerin vinti dinamik balanslaşmaya məruz qalır, tənzimlənən taraz kütlə vintli səthin işçi olmayan tərəfindən bərkidilir, yol verilən qərarsızlıq momenti 13,2 N·sm-i keçməməlidir.

Çiv vintli konveyerlər maşının korpusundan qıraqdan (pambığın çıxış tərəfindən) təmir zamanı çıxarılır. Bunun üçün əvvəlcədən şkivləri, podşipnikinlərin korpuslarını və korpusun qıraqlarında ştepseli çıxarırlar. Çiv vintli konveyerlərin altında yerləşmiş torlu novlar 3 mm qalınlıqlı 6x50 mm ölçülü deşik-oyuqlu təbəqə poladdan hazırlanır və hər iki tərəfdən zibil aparan torlarda perimetr boyu sıx qaynaqlanır; tilişkələrin olması yol verilməzdi.

Torlu novların çıxarılması zamanı əvvəlcədən 4 böyür və yuxarı qapaqlar, şveller, tikmələr, daha sonra torların bolt dayaqları sökülür və onlar böyür pəncərələrdən maşından çıxarılır. Bunkerdə böyür divarda toz sovurucu deşiklər var. Pambıqla toxunan maşının detallarının səthi və maşının qovşaqları 0,63....0,32 mkm nahamarlıqla emal edilir və tilişkəsiz olmalıdır.

Pambıq təmizləyicinin işçi orqanlarının ötürülməsi 10 kVt güclə və fırlanma tezliyi 735 dəq־¹ olan elektrik mühərrikindən basmadüyməli idarəetmə vasitəsilə həyata keçirilir. Elektrik mühərrikindən fırlanmanın ötürülməsi ötürücü pazşəkilli kəmərlərlə aparılır. Kəmərlərin dartılması maşının dartıcı mexanizmlərində quraşdırılmış beş diyircək ilə həyata keçirilir.

6A-12M1 pambıq təmizləyicisinin iş prosesində aşağıdakı nöqsanlar əmələ gəlir: buxar sürtünmədə dayaq səthlərin köhnəlməsi, konveyerin vintinin boruşəkilli və birləşdirici valların əyilməsi; vintin pərlərinin əyilməsi və qırılması; konveyerin vintinin vint səthinin əyilməsi və əzilməsi; novların torlu səthinin əyilməsi, cırılması və sürtünməsi; şkivlərin enmə səthinin və şpon birləşmələrinin, podşipnik qovşaqlarının hissələrinin, qıraq şaybaların və digər ümumi təyinat hissələrinin köhnəlməsi.

Əgər vintin boruşəkilli valı əyridirsə bu nöqsanı bilavasitə maşında dayaqlarda aradan qaldırırlar, ya da vinti çıxarırlar və düzəlişi düzgün lövhədə quraşdırılmış prizmada həyata keçirirlər. Düzəlmənin gücü vint pressi və ya domkrat ilə yaradılır. Daha dəqiq düzəlmə xarrat dəzgahı mərkəzlərində aparılır. Əyilmiş və ya qismən əzilmiş vint səthini (vintin pəri) maşında vinti sökmədən düzəldirlər. Vint səthinin əyilmiş sahəsi düzəlməyə soyuq və ya tələb olunan temperatura qədər qızdırılmış vəziyyətdə məruz qalır. Vint səthinin əyilmiş sahəsinin qızdırılması qaz plitəsi ilə həyata keçirilir. Əyilmiş sahə ilə zərbələri çəkiclə (gürzlə) vururlar, nəticədə əyilmiş səthi düzəldirlər və ona tapşırılmış formanı verirlər. Vintin vint səthinin cüzi əyilməsi zamanı düzəlmə vintli sıxac, gürzlə və ya çəkiclə zərbələrin endirilməsi ilə aparılır.

Vintin vint səthinin əzilməsi və ya kəsilmə zamanı nöqsanlı sahəni qaz və ya elektrik əymə qaynaqı ilə kəsirlər. Kəsilmiş yerdə yeni hissə – artırma quraşdırırlar hansını ki, əvvəlcədən hazırlayırlar və boru-valda qaynaqla bərkidirlər. Eyni üsulla artırmanın qıraqlarını qalan vint səthi ilə birləşdirilir. Vintin konveyerində alınmış qaynaq tikmələrini səyyar cilalama maşınının cilalayıcı materialla hər tərəfdən cilalamaqla və ya digər məlum üsullarla təmizləyirlər. Təmirdən sonra çiv vintli konveyerləri (onların maşından çıxarılması zamanı) onların üzərində quraşdırılmış ötürücü şkivlərlə birlikdə balanslaşdırırlar.

6A-12M1 pambıq təmizləyicisinin digər hissə və qovşaqlarının nöqsanlarının aradan qaldırılması üsul və vasitələri yuxarıda göstərilmiş ЧХ-3М2, ОХБ-10М və s. pambıq təmizləyiciləri ilə eynidir.

6A-12M1 pambıq təmizləyicisinin işə salınmasından qabaq təmirdən sonra hissə və qovşaqların (maşının ötürücüsünün, konveyerin vintinin vint səthinin və çivlarının, torlu novların) təmir quraşdırmasının, işçi səthin pambıqla toxunan ayrı-ayrı yerlərində tilişkələrin olmaması dəqiqliyinin yoxlanılması aparılır. Tilişkələrin aşkar edilməsi zamanı onları sumbata kağızı və ya digər üsullarla təmizləyirlər. Həmçinin vintin çivlarının ucları və novların torlu səthləri arasındakı, böyüklüyü 14....20 mm sərhəddində olmalı olan texniki aralanmalar yoxlanılır və tənzimlənir. Bu aralığın böyüməsi ilə təmizləmənin nəticəsi azalır, kiçilməsiylə isə çiyidların parçalanması mümkündür.

6A-12M1 bölmə şnekli təmizləyicisi pambıqtəmizləyici zavoda quraşdırılmış vəziyyətdə və qablaşdırmasız gətirilir. Maşın bünörəyə və ya hazırlanmış sahəyə boltlarla quraşdırılır. Təmizləyicinin montajı zamanı çiv vintlərin valının oxlarının səviyyəsi üfüqi müstəvidə diqqətlə yoxlanılır, quraşdırmanın dəqiqliyi 1 m uzununa ölçülən uzunluğa 0,02 mm təşkil etməlidir.

6A-12M1 pambıq təmizləyicisinin quraşdırılması zamanı bunker ilə zibil aparan vintli konveyt arasında qalınlığı 15 mm və eni 40 mm olan, bunkerin künclərindəki oyuqların ölçüsünə uyğun olaraq oyuqlar deşildiyi taxta ara qat quraşdırılır. Təmizləyicinin zibil bunkerinin yan divarındakı deşiyin flansı zavodun təmizləyici sexinin tozsuzlaşdırılma sisteminin boru kəməri ilə birləşdirilir. Zibil aparan vint konveyerini sexin zibil aparan qurğularına birləşdirlər. Daha sonra təmizləyicinin çərçivəyə, podşipnik qovşaqlarının təmizləyicinin korpusuna bərkitməsini və qalan bolt birləşmələrinin dartılma dərəcəsini yoxlayırlar; fırlanmanın asanlığını və maşının işçi həcminin içərisində kənar əşyaların olmamasını yoxlamaq üçün pambıq təmizləyicisinin vintlərini əl ilə bururlar; təmizləyicinin ötürücüsünün pazşəkilli kəmərlərinin dartılmasını yoxlayır və nizamlayırlar və bütün qapaqları bağlayırlar, çünki onlar işə salma aparaturası ilə birləşdirilib, sonra sınaq işə salma və boş-boşuna işləmədə sürüb yoxlama aparırlar. Sürüb yoxlamadan və tapılmış nöqsanların aradan qaldırılmasında sonra pambıq təmizləyicisini yük altında işə salırlar.

6A-12M1 pambıq təmizləyicisinin iş prosesində ЧХ-3М2 və ОХБ-10М pambıq təmizləyicilərinə tipik nasazlıqların olması mümkündür.

6A-12M1 pambıq təmizləyicisinin texniki qulluğu novların hasarlarının onlarda ilişmiş lif artıqlarından və zibil qarışıqlarından yan qapaqlardan həyata keçirilən periodik təmizlənməsinə; ötürücünün mexanizminin, maşının elektrik blokirovka sistemi qurğularının, podşipnik qovşaqlarının işinə sistematik müşahidə və sonuncuların periodik olaraq xəritəyə və yağlama sxeminə uyğun olaraq yağlanmasına gətirib çıxarır.


Yüklə 478,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin