İşin təcrübəvi əhəmiyyəti. Tədqiqatın müddəaları, təklif və tövsiyyələri
respublikada keçirilmiş elmi-praktik konfranslarda məruzə edilmiş, mövzuya aid bir
məqalə və tezis çap edilmişdir.
Tədqiqatın təcrübəvi əhəmiyyəti ondan ibarətdir ki, onun əsas
müddəalarından, əldə edilmiş nəticələrdən, verilmiş təklif və irəli sürülmüş
tövsiyyələrdən istifadə edilməsi torpaq resursları bazarının formalaşması və torpaq
ehtiyatlarının qiymətləndirilməsinin respublikada qəbul edilmiş standartlarına uyğun
aparılmasına, biznesin infrastrukturunun bir elementi kimi torpaq resursları bazarının
ölkədə sahibkarlığın rolunun yüksəlməsinə və artmasına əhəmiyyətli təsir edəcəkdir.
Dostları ilə paylaş: |