19
a) auditorlar onların müstəqilliyinə təzyiq göstərmək imkanı mövcud olan şəraitə
düşə bilərlər;
b) auditor sifarişçilərlə qarşılıqlı münasibətlərdə yanlış qənaətə gələ bilər;
ç) auditor təşkilatının rəhbərləri auditor xidmətləri
göstərilən zaman auditor
təşkilatının qulluqçuları, habelə işə cəlb olunan ekspertlər tərəfindən obyektivlik
prinsiplərinə riayət olunmasını təmin etməlidirlər.
Auditor ədalətli olmalı və yanlış təsəvvürün, yanlış
qənaətin və başqa amillərin
onun obyektivliyinə təsir göstərməsinə yol verməməlidir.
Auditor sifarişçiyə lazımi dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət
göstərməli, peşə biliklərini daim inkişaf etdirməlidir. Auditor
peşə biliklərinin elə bir
səviyyəsinə malik olmalıdır ki, sifarişçiyə qanunvericilikdə, audit praktikasında və
auditor xidmətlərinin göstərilməsi texnikasında son dəyişikliklər nəzərə alınmaqla
xidmət göstərilməsinə onun heç bir şübhəsi olmasın.
Dostları ilə paylaş: