Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   2   3   4   5   6   7   8   9   ...   39
abdurahmanov meftun

Tədqiqatın məqsədi və vəzifələri:
Dissertasiyanın əsas məqsədini daxili audit və 
onun inkişaf perspektivləri, müəssisələrdə daxili auditin tətbiqi və onun 
təkmilləşdirilməsi və müəssisələrdə audit tədqiqatlarının təkmilləşdirilməsi istiqamətləri 
təşkil edir.
Bu məqsədə uyğun olaraq tədqiqat işində aşağıdakı vəzifələrin həlli qarşıya 
qoyulmuşdur: 

maliyyə nəzarəti sistemində və müəssisələrin idarəetmə sistemində daxili audit 
xidmətinin yeri və rolunu açıqlamaq; 

daxili auditin mahiyyətini tədqiq etmək və onun əsas məqsədlərini, vəzifələrini 
və funksiyalarını əsaslandırmaq; 

müəssisələrdə daxili auditin təşkilinin mahiyyəti, təyinatı və formalarını tədqiq 
etmək; 

iqtisadi subyektin maraqlarına uyğun daxili audit xidmətinin nəzarət obyektini 
müəyyənləşdirmək və vəzifələri formalaşdırmaq; 

daxili auditin təməl prinsipləri və normativ hüquqi bazasını müəyyənləşdirmək; 

müəssisənin resurslarının qiymətləndirilməsində daxili audit proseduralarından 
istifadə və 

auditdə maliyyə təhlilinin rolu və mahiyyətini müəyyənləşdirmək; 
Tədqiqatın predmetini təsərrüfat subyektinin daxili nəzarət sistemi və daxili 
auditin fəaliyyətinin əsas istiqamətləri təşkil edir. 
Tədqiqat obyekti kimi təsərrüfat subyektlərinin daxili nəzarət sisteminin fəaliyyəti 
və idarəetmə sistemində daxili audit xidmətinin yeri və rolu əsas götürülmüşdür.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika 
Komitəsinin hesabatları, Azərbaycan Respublikası Auditorlar Palatasının, Daxili 



Auditorlar institutunun «Audit-Azərbaycan» bölməsinin materialları, bir çox nazirlik
müəssisə və təşkilatların hesabatları, bülletenləri və s. təşkil edir. 
Tədqiqatın nəzəri-metodoloji əsasları. Tədqiqat işinin yerinə yetirilməsinin 
nəzəri-metodoloji əsasları kimi iqtisad və audit üzrə elmi-praktik sahədə geniş yayılmış 
üsul və yanaşmalar, beynəlxalq təcrübənin nəticələri, xarici və yerli alim
mütəxəssislərin nəzəri və təcrübi araşdırmaları, həmçinin bu istiqamətdə qanunvericilik 
və normativ hüquqi baza istifadə olunmuşdur. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin