Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.[2]
Aydındır ki, ÜDM iqtisadi aktivliyin qiymətləndirilməsinin çox mürəkkəb göstəricisidir. Makroiqtisadiyyatın sonrakı tədqiqində onun hesablan-masının digər xırdalıqları ilə tanış olacaqsınız, lakin indi isə ona diqqət yetirməliyik ki, onun sözlə ifadəsinin hər bir hissəsi çox dərin mənaya malikdir.
Beləliklə, ÜDM-in tərifində olan əsas prinsiplər:
ikiqat (təkrar) hesablanmanın yolverilməzliyi;
gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsini deyil, məcmu buraxılışın ölçüsünü dəyişən göstəricilərin uçotu;
yalnız həmin ildə istehsal edilmiş məhsulun dəyərinin əks etdirilməsi.