Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti aysu əSƏdova elçİN QIZI azərbaycan diLİ DƏrsliKLƏRİNDƏ MƏtnləRİn vəTƏNPƏRVƏRLİk təRBİYƏSİ baximindan məzmun təHLİLİ



Yüklə 90,64 Kb.
səhifə7/11
tarix25.03.2022
ölçüsü90,64 Kb.
#54166
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Aysu Əsədova.Diplom işi

Mətnin məzmun təhlili anlayışı

Azərbaycan təhsili hazırda yeni məzmun keyfiyyətləri qazanaraq inkişaf etmiş ölkə­lərin mütərəqqi təhsil nailiyyətlərinin təsdiq olunmuş təcrübəsindən bəhrələnərək yeni quruculuq və inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasında fənn kurikulumlarının tətbiqindən sonra dərsliklərin də məzmunu həmin kurikulumlara uyğun müəyyənləşdirilmişdir. Artıq yeni fənn kurikulumları əsasında dərsliklər hazırlanaraq tətbiq edilir. Həyata keçirilən islahatların məntiqində və amalında məhz milli və bəşəri dəyərlərə əsaslanan təhsil siyasəti dayanır. Başlıca olaraq şagirdlərin inkişafına yönələn bu dərsliklərdə onların idraki bacarıqlarını formalaşdırmaq, həyati vərdişlərini zənginləşdirmək, intellektual potensialına dəstək olmaq ön planda dayanır. Hər şeydən öncə, şagird şəxsiyyətində məntiqi, tənqidi, yaradıcı təfəkkürə söykənən kreativliyin formalaşdırılması prioritet istiqamət təşkil edir. Dərsliklərdə kurikulumun tələbləri gözlənilməlidir. Lakin bununla bərabər dərsliklər dövlətin təhsil siyasətinə xidmət edən, şagirdlərə milli ruh aşılayan məzmuna sahib olmalıdır. Bu məsələyə xüsusilə Azərbaycan dili dərsliklərində başqa formada yanaşılır.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanın memarı və qurucusu  Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin". (www.anl.az/down /meqale/olaylar/2015/oktyabr/460708.htm)

Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Orta məktəbin bütün siniflərini əhatə edən dərsliklərdə belə məlumatları özündə ehtiva edən mətnlər, şeir və dastanlardan parçalar kifayət qədərdir.

Təhlil və araşdırmalar göstərir ki, şagirdlərin milli ədəbiyyat nümunələrini mənim­­səmələri ilə bərabər xarici ölkə xalqlarının ədəbiyyatından uğurlu seçmələri də mənimsəmələri, onları öyrənməkləri bacarıqların formalaşmasında xüsusi əhəmiyyət daşıyır.

Əlbəttə, dərsliklərə gətirilmiş nümunələrə müəyyən qədər həssaslıqla yanaşıl­malıdır. Şagirdin düşüncə tərzi, təhsil hədəflərimiz və yerli psixologiyanın xüsu­siyyətləri nəzərə alınmalıdır. Bu mənada məktəblilərə milli ədəbi nümunələrlə bərabər, xarici sənətkarların maraqlı və əhəmiyyət kəsb edən əsələrinin təqdim edilməsi xüsusi metodiki zərurətdir və bununla yanaşı, seçim zamanı diqqət tələb edir.

Dərslikdəki mətnlərin məzmunu müsbət qiymətləndiririk. Buradakı nümunələr məktəbliləri ölkəmizi sevməyə, onu müdafiə etməyə, respublikamızın daha da inkişaf edərək çiçəklənməsinə, bunun üçün səylə fəaliyyət göstərməyə, ləyaqətli və humanist olmağa, doğruçuluğa dəvət etməlidir. Xalqımızın min illərdir qazandığı dəyərlər barə­də ilkin fikirlərə, adətlərə əməl etməyi aşılayır, düzgün seçimlər etməkdə mək­təb­lilərə yardım edir. İnsaniyyət, xalq sevgisi, vətənə bağlılıq, mötədillik, zəhmətə bağlılıq, həlimlik, igidlik, qürurluluq və başqa anlayışlar dünyəvi xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışının meyarına çevrilməlidir.

Bu gün ümumtəhsil məktəblərində kurikulum əsasında formalaşdırılmış dərsliklərdən istifadə olunur. Bü müddət ərzində bu dərsliklərlə bağlı müxtəlif fikir və rəylər mövcud olmuşdur. Eyni zamanda bu dərs­liklər əsasında təlim almış şagirdlər ali və orta ixtisas müəssilərinə qəbul imtahanı vermişlər. Deməli, artıq dərsliyin məzmun və forması haqqına yetərincə informasiya, təcrübə mövcuddur.

Dərslik Azərbaycan dili ilə bağlı fənn məzmununu özündə əks etdirməli, dövlət tələblərinin nəzərdə tutduğu təhsil məzmununu ehtiva etməlidir. Azərbaycan dili üzrə fənn məzmunu dörd istiqamətə: dinəliyib-anlama, oxu, yazı və dil qaydalarına bölü­nür. Hər bir məzmun xəttinin məxsusi standartları və bacarıq­lar sistemi vardır. Dərs­lik yazılarkən bundan çıxış edilməli, şagirdlərin sinif üzrə fənnin tələblərinə uyğun materialla təmin olunmasını təmin etmək zəruridir.

Bilirik və eyni zamanda elmi işin əvvəlki fəslində qeyd etmişik ki, müasir təhsi­lin, təhsil sisteminin və onun məzmununun əsas məqsədi yüksək milli-mənəvi keyfiy­yətlərlə, dəyərlərlə yanaşı, dünyaya inteqrasiya edən, zamanın tələblərinə cavab verən, yüksək əqli qabiliyyətli, intellektual səviyyəyə, qlobal dəyər­lərə malik, təbiət və cəmiyyət hadisələrinə obyektiv, real münasibət bəsləyən, hərtə­rəfli şəxsiyyətlər yetişdirməkdir. Bu baxımdan, dərslik hazırlanarkən, onun üçün tədris materialları müəyyənləşdirilərkən diqqətli davranmaq vacibdir. Müasir Azərbaycan dili dərlə­rində nitq bacarıqları əsasən dərslikdə verilmiş mətnlərlə təmin olunur. Deməli, dərs­lik müəllifi həmin mətnlərlə şagirdin estetik zövqünü formalaşdırmağa, onda milli və bəşəri hissləri inkişaf etdirməyə çalışmalıdır. Məktəbli mətnlərin köməyi ilə gələcək həyata hazırlaşmalı, ibrətamiz və metodiki cəhətdən formalaşmalıdır. Dərsliyin tərtibi zamanı istifadə edilmiş hər bir material nəzərdə tutulmuş tələblərin reallaşdırılmasına əlverişli zəmin yaratmalıdır.

Bunun üçün Azərbaycan dili dərsliklərinin üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan dili dərsliklərinin tərtibçiləri, müəlliflər dərslik materiallarını çox ciddi peşəkarlıqla və məsuliyyətlə hazırlamalı, dövlətin təhsil siyasətinə və min illərlə forma­laşmış, xalqın şüurunun hərəkətverici qüvvəsi olan dəyərlərə uyğun olmalı­dır.




Yüklə 90,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin