Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu dərslərində sözlərin izahı texnologiyası



Yüklə 0,51 Mb.
səhifə54/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
C.Nabat Monoqrafiya

Oxu dərslərində sözlərin izahı texnologiyası

Oxu dərsinə qədər müəllim izah ediləcək sözləri müəyyənləşdirməlidir. İzah sözün xarakterindən, mətndəki mövqeyindən və şagirdə tanış olub-olmadığından asılı olaraq giriş müsahibəsi zamanı, mətn oxunarkən və mətn oxunduqdan sonra edilə bilər.
Biləvasitə mətnin məzmunu ilə sıx bağlı olan, onun anlaşılmasını çətinləşdirən sözlər giriş müsahibəsi zamanı, izahı kontekstlə bağlı olan sözlər oxu prosesində, mənası kontekstdən xaric, asanlıqla izah edilə bilən sözlər isə, adətən, ya qiraətə qədər, ya da qiraətdən sonra izah edilməlidir. Təcrübəli müəllimlər bəzən çətin sözlərin seçilməsini şagirdlərə həvalə edirlər. Bu bir tərəfdən faydalı deyildir, çünki şagird bəzən zəruri sözü seçə bilmir və dəqiq izah edə bilmir. Digər tərəfdən bu faydalıdır, çünki şagird səssiz oxu prosesində çətin sözləri və ifadələri seçib izah edərkən onlarda müşahidəçilik, sözə diqqətli münasibət tərbiyə olunur. Oxu dərslərində şagirdlərin lüğət ehtiyatını sinonimlər, antonimlır hesabına zənginləşdirməyə xüsusi diqqət yetirilməlidir. Çünki nitqin zənginliyi dəqiqliyi müxtəlif sinonimlərdən məqamında istifadə etməklə əlaqədardır.
Şagirdin söz ehtiyatında sinonimlər nə qədər çox olarsa, o, sözlərin məna çalarlıqlarını bir-birindən o qədər asan fərqləndirə bilər. Beləliklə də, o, fikirlərini, hisslərini daha dəqiq ifadə edə bilər. Məsələn, şeirdə şagirdlərin diqqəti aşağıdakı parçaya cəlb edilir:
Qələm
Yenə də “kotan” əkib,
O, dəftəri “dağladı”.
Yağlıca iki alıb
“Acığından” ağladı.
V.Əhməd[15, s.33].
Bu şeirdəki kotan, dağladı, acığından-sözlərinin mənası izah olunmalıdır.
“Dilarə” şeirindəki bir parçada verilir:
Biri dedi:-Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin…
T. Mütəllibov[14, s.63].
Bu şeirdəki gözəl, qəşəng sözləri sinonimdir. Şagirdlər bu sözlərdəki incə məna fərqlərinə də fikir verir və şairin yeknəsəqlikdən qaçmaq üçün sinonimlərdən necə istifadə etməsini görürlər. Şagirdlər sinonimlər sırasını seçmək və ondan müvafiq olanını ayırmaqla öyrənirlər ki, sinonimlərdən istifadə etmək, fikri daha aydın verməklə, qəhrəmanın xarakterini dəqiq təsvir etməkdə müəllifə böyük kömək göstərir. Bu isə əsərin ideyasını və məzmununu dərindən başa düşməyə kömək edir.
Qeyd etmişdik ki, oxu dərslərində antonimlərlə iş aparmaq da çox faydalıdır. Şagirdlərin bir-birinə zidd olan sözləri tapmaları, məna ziddiyyətlərini öyrənmələri onların lüğət ehtiyatını zənginləşdirir. Məsələn:
Az danış, çox iş gör.
Yüz ölç, bir biç.
Yaxud:
Yüz eşitməkdənsə, bir görmək yaxşıdır.
Az getdi, çox getdi, dərə, təpə, düz getdi.
Bu parçalarda az, çox, yüz, bir, dərə, təpə, düz sözləri antonimlərdir. Müəllim bu sözlərin antonim olmasını aydınlaşdırmaqla, onların bədii əhəmiyyətini də şagirdlərə izah etməlidir.
Bir dərs nümunəsinə nəzər yetirək:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin