Bu pyesin yazılmasını və tamaşaya qoyulmasını Lüsi Livi Andronikə həvalə edirlər. Əslən yunan olan tarentli Livi Andronik əsir kimi Romaya gətirilmiş və o dövrün qəddar adətlərinə görə, qula çevrilmişdi. Ancaq Livi Andronikin bəxti gətirir. O, maarifpərvər Roma senatoru Mark Livi Salinatorun evinə düşür, onun övladlarının müəllimi olur, digər tanınmış Roma ailələrində də uşaqlara dərs deməyə başlayır, sonrasa azadlığa buraxılır və öz keçmiş patronunun adını alır.

Livi Andronik şagirdləri ilə dərslik kimi istifadə etmək üçün Homerin “Odisseya” əsərini latın dilinə tərcümə emişdi. Tərcümə Livi Andronik tərəfindən hələ çox primitiv olan saturn vəznində edilmişdi. Siseron bu tərcüməni Dedalın kobud və arxaik heykəlləri ilə müqayisə edir. Bununla belə, Livi Andronikin “Odissey”i hələ iki əsr boyu dərs vəsaitinə olan tələbatı ödəyir və Horasi dəfələrlə onu kifayət qədər yaxşı öyrənmədiyinə görə məzəmmət edilib.
Belə bir təcrübəyə malik olan Livi Andronik ona tapşırılan işin öhdəsindən layiqincə gəlir. O, yunan nümunələrindən gen-bol istifadə edərək əsər yazır və 240-cı il şənliklərdə onu tamaşaya hazırlamaqla yanaşı, həm də burada yeganə aktyor kimi çıxış edirdi. Özü də tamaşada xor yox idi, sonralar bütün Roma teatrlarında xorun olmaması da bu ilk tamaşanın quruluşu ilə əlaqədar idi. Görünür, Livi Andronikin ixtiyarında tamaşada iştirak etməyə qabil kifayət qədər insan yox idi. Pyes o qədər bəyənilir ki, Livi Andronik bir sıra analoji tapşırıqlar da alır. Bütövlükdə onun tərəfindən bizə yalnız adları çatmış on dörd faciə, üç komediya yazılmışdır. Livi Andronikin uğuru o qədər böyük idi ki, öz pyeslərində mahnı və deklamasiya ilə daim yeganə aktyor qısmində çıxış etməsi səbəbindən, Tit Livinin dediyinə görə, onun səsi batır. Belə olduqda, Livi Andronik səhnə arxasında vokal partiyalarını yerinə yetirən oğlanın xidmətlərindən istifadə etməyə başlayır, müəllif özü isə bu zaman tamaşaçılar qarşısında bu ifanı müvafiq bədən hərəkətləri və jestikulyasiya ilə müşayiət edirdi. Livi Andronikin sayəsində sonralar da Roma teatrında bu cür özünəməxsus əmək bölgüsünə üz tuturdular: tamaşaçıların görmədiyi ifaçılar oxuyur, digərləri isə onların önündə mimik oyunla çıxış edirdilər.