Plavtın bəzi komediyalarının süjeti o qədər canlı və səhnəyə uyğun idi ki, sonrakı dövr dramaturgiyasının. giyasının ən görkəmli nümayəndələri tərəfindən istifadə olunmuşdu. Misal üçün, Şekspir özünün “Səhvlər komediyası” üçün Plavtın “Əkizlər” komediyasının süjetindən istifadə etmişdir, burada əməl xətti iki əkiz qardaşın qeyri-adi oxşarlığından doğan şən anlaşılmazlıqlar üzərində qurulub. Molyer də Plavt süjetlərinə müraciət edirdi. “Xəsis”in süjeti Molyer tərəfindən Plavtın “Xəzinə” əsərindən mənimsənilib, əsərdə bütün həyatı boyu ehtiyac içində yaşamış bir qocanın gözlənilmədən xəzinə tapmasından bəhs edir. Xəzinəni itirməkdən qorxan və onu nəyə sərf edəcəyini bilməyən qoca özünə yer tapa bilmir; yalnız xəzinəni kürəkəninə bağışlamaq fikri ağlına gəldikdən sonra qoca yenidən mənəvi rahatlıq tapır. Molyerin “Amfitrion” komediyası hətta Plavt əsərinin adını belə saxlayıb, hərçənd burada da “Xəsis”də olduğu kimi, tamamilə başqa mühit – Molyer dövrünün Fransası canlandırılıb. Rus yazıçısı A. N. Ostrovski də “Quruşa ümid yox idi, qəfil altın tapıldı” (altın üç qəpik həcmində qədim rus pul vahididir – red.) komediyasında Plavtın “Xəzinə” əsərinin süjet motivlərini təkrarlamış və onları rus gerçəkliyinin inikası üçün uyğunlaşdırmışdır. Plavtın komediyalarını Lessinq çox yüksək dəyərləndirirdi. Onun “Əsirlər” komediyasını xüsusilə vurğulayan Lessinq pyesi alman dilinə tərcümə etmiş və onun haqqında ayrıca məqalə yazmışdır. Doğrudan da, bu komediya diqqətə layiqdir. Sahibini əsirlikdən qurtarmaq üçün özünü qurban verməyə hazır sədaqətli qul bu pyesdə mərkəzi tutur. Bütövlükdə bu süjetin yozumu komediya janrının çərçivələrindən çıxır; “Əsirlər” sosial-məişət dramı janrına daha yaxındır.

Bütün hallarada Plavtın yunan müəlliflərindən mənimsədiyi komediya süjetlərinə gətirdiyi yenilikləri, özünəməxsusluqları müəyyənləşdirmək vacibdir. Bu komediyaların yunan orijinalları saxlanılmadığından birbaşa müqayisə mümkünsüzdür və biz yalnız köməkçi vasitələrlə nəticə əldə bilərik.
Sözsüz, Plavtın əsərlərindəki yeniliklərdən biri musiqinin rolunun artırılması idi. Musiqi burada o qədər əhəmiyyətli idi ki, Plavt pyesləri bizim dövrün operettalarına bənzəməyə başlayırlar. Bu əsərlərdə dialoqlar daim kantik adlanan dialoqlardan fərqli, şeir ölçülərində yazılmış ayrı-ayrı ariyalar, duetlər, triolarla növbələşirlər. Ancaq bütün bunlar Plavt pyeslərinin yunan orijinallarından fərqləndirən zahiri, necə deyərlər, səhnə üçün nəzərdə tutlmuş tərəfləridir. Yaxından baxdıqda Plavt tərəfindən mənimsənilən pyeslərin məzmununa gətirilmiş dəyişikliklər də aydın görünür. Geniş istifadə olunan kontaminasiya üsullarından əlavə, o, əsərlərinə əhatə olunduğu Roma mühitindən əxz edilmiş və yalnız Roma tamaşaçılarının başa düşəcəyi çoxlu təfərrüəatlar daxil edirdi. “Kurkulio” komediyasının parabazasında, misal üçün, Roma “Komisium”u, “Bazilikalar”, “Balıq bazarı”, “Kastor səcdəgahı”, “Tus məhləsi”nin adları çəkilir ki, bütün bu yerlər Plavtın yaşadığı dövrdə Romanın tarixi topoqrafiyası ilə bağlı idi. Elə həmin komediyada iştirak edən qəhrəmanlardan birinin dilindən təbdil müəllifi istənilən “meyxana masası” arxasında” “yersiz mülahizələr”iylə müdaxilə edən, “çoxcildli kitab hikmətləri ilə dolu” “plaşlı yunanlar” haqqında həqarətli fikirlər söyləyir. Bi tipli fikirlər heç bir vaxt yunan tərəfindən söylənilə bilməzdi. Buna Plavt komediyalarında gen-bol istifadə olunan çoxsaylı zarafat və hazırcavablıq nümunələrindan ibarət tipik Roma yumoru və Siseron və Terensi Varron kimi dil bilicilərini heyran qoyan Plavtın dilini də əlavə etmək lazımdır. Plavt əsərləri üçün söz materialını küçə dilindən başlamış rəsmi hüquqi sənədlərin və sakral duaların dilinədək tamamilə fərqli mənbələrdən əxz edirdi.