Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Plaş komediyası” janrında yazan Roma dramaturqlarından yalnız ikisinin əsərləri, demək olar ki, tam şəkildə günümüzə çatmışdır: Tit Maksi Plavt və Publi Terensidir. Əslən umbriyalı olan Plavt Romada yaşamış, burada da dünyasını dəyişmişdir. Onun yaşayıb-yaratma tarixi yalnız təxmini müəyyənləşdirilib: m. ö. 250-184-cü illər. Bir sıra əlamətlərə görə, deyə bilərik ki, Plavt Roma cəmiyyətinin aşağı təbəqələrinə mənsub idi və çox güman, dramaturgiya ilə peşəkar səviyyədə məşğul olurdu.

  • Plaş komediyası” janrında yazan Roma dramaturqlarından yalnız ikisinin əsərləri, demək olar ki, tam şəkildə günümüzə çatmışdır: Tit Maksi Plavt və Publi Terensidir. Əslən umbriyalı olan Plavt Romada yaşamış, burada da dünyasını dəyişmişdir. Onun yaşayıb-yaratma tarixi yalnız təxmini müəyyənləşdirilib: m. ö. 250-184-cü illər. Bir sıra əlamətlərə görə, deyə bilərik ki, Plavt Roma cəmiyyətinin aşağı təbəqələrinə mənsub idi və çox güman, dramaturgiya ilə peşəkar səviyyədə məşğul olurdu.
  • Plavtın yaradıcı məhsuldarlığı çox böyükdür: onun yüz otuza yaxın komediya müəllifi olduğu bildirilir. Görkəmli Roma alimi və ədəbiyyat bilicisi Terensi Varron m. ö. I əsrdə ona məlum “Plavt əsərləri”ndən yalnız iyirmi bir komediyanı seçərək, Plavtı onların dəqiq müəllifi kimi qəbul etmişdir. Bütün bu komediyalar, çox cüzi boşluqlarla, demək olar ki, tam halda saxlanılmışdır (Plavtın tam şəkildə bizə çatmamış bir sıra digər pyeslərin parçaları ilə yanaşı).
  • Plavt, bir qayda olaraq, bütün pyeslərinin süjetini az, ya çox dərəcədə Yeni Attika komediya müəlliflərindən – Filemon, Difil, Demofil, Menandr və digərlərindən əxz etmişdir. Bəzi komediyalarının proloqunda o, istifadə etdiyi yunan orijinallarına aşkar şəkildə istinad edir. Plavt komediyalarındakı əsas qəhrəman tiplərini də həmin komediyalardan götürmüşdü. Bu, Yeni Attika komediyasından yaxşı tanıdığımız mühafizəkar və çox zaman xəsis qoca atalar və onlara qarşı qoyulan əsasən yüngülyaxisyyət oğullardır; bu, aradüzəldənlər, sələmçilər, parasitlər, heteralar, döyüşçülər, sadəlövh qızlar, tacirlər, qullar və s. idi.
  • Plavtın əsərlərində birinci yer demək olar ki, həmişə gah çevik və fəndgir, gah sədaqətli və fədakar, həm də, bir qayda olaraq, öz ağalarından ağıl və enerjisinə görə üstün qullara məxsusdur və bütün intriqa onların üzərində qurulur. Məsələn, “Psevdol” komediyasında qul Psevdol mərkəzi, aparıcı simadır. O, öz sahibinin sevdiyi heteraya qovuşmasına çalışır. Hetera aradüzəldənin əlində idi və artıq hansısa bir döyüşçüyə satılmışdı. Psevdol döyüşçünün qızın dalınca göndərdiyi qasidini məharətlə aldadır və qızı geri almaq üçün pul tapır. “Bakxidlər” komediyasındakı qul Xrisal da çevikliyi, ağlı və cəsarəti ilə seçilir və burada da ona mərkəzi rol ayrılıb. “Fars” komediyasında isə, ümumiyyətlə, yalnız qullar təsvir olunub, pyesdə onların sahiblərinin yoxluğundan necə istifadə etmələrindən danışılır. Bu komediya qulların şən ziyafəti ilə başa çatır.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin