Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Ümumiyyətlə qeyd olunmalıdır ki, yunanlardan əxz edilmiş incəsənət növü Roma cəmiyyətində dərin kök sala bilmədi. Görünür, o, yalnız bütünlüklə ellin mədəniyyətinin cazibəsi altında olan seçmə tamaşaçıların zövqünə cavab verirdi. Geniş Roma dairələri üçün bu sənət yad olaraq qalmaqda idi. Yəqin Roma tamaşaçısına yaxın ola biləcək yeni janr axtarışlarını da bununla izah etmək lazımdır. “Plaş komediyası” “toqa komediyası” sayılan toqatalarla əvəz olunur. Bu janrın komediyaları yerli italik süjetlərə həsr olunur və onların qəhrəmanları səhnəyə yerli Roma milli geyimlərində çıxırdılar. Təəssüf ki, biz toqatanın konkret xüsusiyyətlərindən az xəbərdarıq, çünki günümüzə bu əsərlərdən heç biri çatmamışdır. Belə düşünməyə əsasımız var ki, bu əsərlərin müəllifləri yunan dramaturgiyasının təsirindən tam azad ola bilməmiş və yunanlar tərəfindən irəli sürülən bədii təsvir vasitələrinin təqlidinə davam edirdilər.

  • Ümumiyyətlə qeyd olunmalıdır ki, yunanlardan əxz edilmiş incəsənət növü Roma cəmiyyətində dərin kök sala bilmədi. Görünür, o, yalnız bütünlüklə ellin mədəniyyətinin cazibəsi altında olan seçmə tamaşaçıların zövqünə cavab verirdi. Geniş Roma dairələri üçün bu sənət yad olaraq qalmaqda idi. Yəqin Roma tamaşaçısına yaxın ola biləcək yeni janr axtarışlarını da bununla izah etmək lazımdır. “Plaş komediyası” “toqa komediyası” sayılan toqatalarla əvəz olunur. Bu janrın komediyaları yerli italik süjetlərə həsr olunur və onların qəhrəmanları səhnəyə yerli Roma milli geyimlərində çıxırdılar. Təəssüf ki, biz toqatanın konkret xüsusiyyətlərindən az xəbərdarıq, çünki günümüzə bu əsərlərdən heç biri çatmamışdır. Belə düşünməyə əsasımız var ki, bu əsərlərin müəllifləri yunan dramaturgiyasının təsirindən tam azad ola bilməmiş və yunanlar tərəfindən irəli sürülən bədii təsvir vasitələrinin təqlidinə davam edirdilər.
  • Roma tamaşaçısını teatrla daha çox maraqlandırmaq üçün yunan nümunələrinə əsasən yaradılan faciə və komediyalardan sonra həmin səhnələrdə atellanalar tamaşaya qoyulmağa başlandı. Bunlara baxmayaraq, Roma respublikasının son əsri sirklə rəqabətə tab gətirə bilməyib arxa plana keçir. Əvvəl faciə, sonra isə komediya tədricən Roma səhnəsini tərk edir.
  • Roma imperiyasının qərarlaşması ilə pantomima tamaşaları geniş vüsət tapır. Bunlar müasir mənada pantomima deyildi, çünki səhnədə nümayiş olunan canlı şəkillər sözlü çıxışlar, musiqi, nəğmə və rəqslərlə müşayiət olunurdu. Bu cür pantomimaların təşkilinə böyük vəsait xərclənirdi. Onların süjeti adətən Zevs-Yupiterin sevgi macəraları və ya digər mifoloji mövzularda olurdu. Bu tamaşalar təmtəraqlı, nağıl kimi möhtəşəm dekorasiyalarla bəzədilir və çoxsaylı ifaçıların iştirakı ilə təşkil olunurdu. M. ö. II əsrdən etibarən bu cür musiqili-rəqs tamaşalarında qadın rəqqasələr də çıxış etməyə başlayırlar, bəzən onlar tamaşaçı önünə çılpaq vəziyyətdə çıxırdılar ki, bu da, tamaşaya seksual xarakter verirdi.
  • İmperiya dövründə faciə janrı yalnız Senekanın vaxtı ilə V əsr Afina şairlərinin istifadə etdikləri mifoloji süjetdə yazılmış faciələri ilə təmsil olunur. Əslinə qalsa, bu faciələrin teatrla birbaşa əlaqəsi yoxdur, çünki Seneka bu faciələri səhnə üçün deyil, seçmə insanların əhatəsində kamera ifası üçün yazmışdı.
  • Lüsi Anney Senekanın ailəsi Roma cəmiyyətinin yüksək təbəqələrindən sayılırdı – onun atası Roma oratorları haqqında əsəri ilə tanınmışdı, süvarilər (ekvitlər – red.) zümrəsinə mənsub idi və çox güman ki, kifayət qədər zəngin insan olmuşdu. Lüsi Seneka haradasa m. ö. 4-cü ildə Roma İspaniyasında anadan olmuş, amma təlim-tərbiyəsini Romada almışdır. Seneka öz dövrü üçün mükəmməl təhsil görmüşdür.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin