Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Stoklərin fəlsəfəsinə, əxlaq məsələlərinə və hətta pifaqorçuların təliminə (onların təsirindən Seneka hətta gənclik illərində uzun müddət ət yeməklərindən imtina etmişdir) marağı onun öz əhatəsinin gənc insanları üçün adi olan ictimai-siyasi fəaliyyətə qədəm qoymasına mane olmur. Bu fəaliyyət adi məhkəmə çıxışlarıyla, dərəcəsinə görə senatorlar zümrəsinə yol açan ilk dövlət vəzifəsi kvestor seçilməklə və o zaman imperiyanın siyasi həyatını bürümüş hər cür intriqa və saray qrupları arasında baş verən toqquşmalara cəlb olunmaqla başlayır. Bu yolda uğur heç də həmişə Senekanın tərəfində deyildi. Kaliqulanın hakimiyyəti dövrü ona hətta ölüm hökmü kəsilir və yalnız xoşbəxt təsadüf nəticəsində o, sağ qalır. Klavdinin hakimiyyəti illərində o, imperatorun bacısı ilə sevgi əlaqələrində təqsirləndirilir və Klavdinin kifayət qədər tanınmış arvadı Messalinanın (bu vəziyyətdə Messalina özü üçün qeyri-adi görünə biləcək bir rolda – əxlaq keşikçisi kimi çıxış etməyə qərar verir) təkidi ilə o zaman hələ tamam vəhşi bir diyar olan Korsika adasına sürgün edilir, Seneka burada düz səkkiz il qalmalı olur. İmperator Klavdinin ikinci arvadı Aqrippina Senekanı sürgündən azad edərək, oğlu və gələcək imperator Neronun tərbiyəsini ona tapşırır. Tezliklə, Neronun imperator taxtına çıxması ilə Senekanın siyasi çəkisi və təsir dairəsi öz apogeyinə çatır. Faktiki olaraq, o, dövlətin qüdrətli rəhbərlərindən birinə və imperiyanın varidatı 300 milyon sestersini (30 milyon qızıl rubla yaxın) ötən ən zəngin insanına çevrilir. Amma bir neçə ildən sonra, imperiyannın siyasi həyatında növbəti çevriliş baş verdikdə imperator Neron, terrordan belə çəkinmədən, senat müxalifəti ilə həlledici mübarizəyə başlayır, bu hadisələrin nəticəsində Seneka dövlət işlərindən uzaqlaşdırılır, 65 yaşında isə imperatorun həyatına sui-qəsddə iştirak etməkdə şübhəli bilinir. Məhz bu vaxt, artıq 70 yaşına çatmış Senekaya imperatorun adından özünə istədiyi ölüm növünü seçmək təklif olunur.

  • Stoklərin fəlsəfəsinə, əxlaq məsələlərinə və hətta pifaqorçuların təliminə (onların təsirindən Seneka hətta gənclik illərində uzun müddət ət yeməklərindən imtina etmişdir) marağı onun öz əhatəsinin gənc insanları üçün adi olan ictimai-siyasi fəaliyyətə qədəm qoymasına mane olmur. Bu fəaliyyət adi məhkəmə çıxışlarıyla, dərəcəsinə görə senatorlar zümrəsinə yol açan ilk dövlət vəzifəsi kvestor seçilməklə və o zaman imperiyanın siyasi həyatını bürümüş hər cür intriqa və saray qrupları arasında baş verən toqquşmalara cəlb olunmaqla başlayır. Bu yolda uğur heç də həmişə Senekanın tərəfində deyildi. Kaliqulanın hakimiyyəti dövrü ona hətta ölüm hökmü kəsilir və yalnız xoşbəxt təsadüf nəticəsində o, sağ qalır. Klavdinin hakimiyyəti illərində o, imperatorun bacısı ilə sevgi əlaqələrində təqsirləndirilir və Klavdinin kifayət qədər tanınmış arvadı Messalinanın (bu vəziyyətdə Messalina özü üçün qeyri-adi görünə biləcək bir rolda – əxlaq keşikçisi kimi çıxış etməyə qərar verir) təkidi ilə o zaman hələ tamam vəhşi bir diyar olan Korsika adasına sürgün edilir, Seneka burada düz səkkiz il qalmalı olur. İmperator Klavdinin ikinci arvadı Aqrippina Senekanı sürgündən azad edərək, oğlu və gələcək imperator Neronun tərbiyəsini ona tapşırır. Tezliklə, Neronun imperator taxtına çıxması ilə Senekanın siyasi çəkisi və təsir dairəsi öz apogeyinə çatır. Faktiki olaraq, o, dövlətin qüdrətli rəhbərlərindən birinə və imperiyanın varidatı 300 milyon sestersini (30 milyon qızıl rubla yaxın) ötən ən zəngin insanına çevrilir. Amma bir neçə ildən sonra, imperiyannın siyasi həyatında növbəti çevriliş baş verdikdə imperator Neron, terrordan belə çəkinmədən, senat müxalifəti ilə həlledici mübarizəyə başlayır, bu hadisələrin nəticəsində Seneka dövlət işlərindən uzaqlaşdırılır, 65 yaşında isə imperatorun həyatına sui-qəsddə iştirak etməkdə şübhəli bilinir. Məhz bu vaxt, artıq 70 yaşına çatmış Senekaya imperatorun adından özünə istədiyi ölüm növünü seçmək təklif olunur.
  • Senekanın başqa yolu qalmır və o, təklifi qəbul edərək özünü o vaxt geniş yayılmış vasitə ilə öldürür: vannada uzanaraq qollarında və qıçlarında venalarını kəsməklə dünyadan köçür.
  • Seneka həddindən artıq məhsuldar və çoxşaxəli bir yazıçı idi. Onun gənc müasirlərindən birinin yazdığına görə, Seneka əsərlərində, “demək olar ki, elmin bütün sahələrinə toxunmuşdur; onun ədəbi irsinə nitqlər də, şeirlər də, məktublar da, dialoqlar da daxildir” (Kvintilian, X, I, 129). Bu əsərlərin böyük qismi fəlsəfi mülahizələrlə zəngindir; daha çox üstünlük stoisizm təlimi ruhunda yozulan etik mövzulu düşüncələrə verilir. Bəzi hallarda bu fikirlər imperator Romasında qərarlaşan hakimiyyət formalarına qarşı qəzəbli etiraz kimi səslənir.
  • Seneka bizə gəlib çatan on faciənin də müəllifidir: “Ağlınıitirmiş Herkules” (romalılar yunan qəhrəmanı Heraklı Herkules adlandırırdılar – red.), “Troyalı qadınlar”, “Medeya”, “Fedra”, “Edip”, “Aqamemnon”, “Tiest”, “Finikiyalı qadınlar”, “Herkules Etada” və “Oktaviya”. Sadaladığımız ilk yeddi faciə, şübhəsiz, Senekanın qələmindən çıxmışdır, belə ki, onun yaradıcı imzasına xas bütün xarakterik xüsusiyyətləri burada görmək olur. Üç sonuncu əsər, bu mənada, şübhə doğurur. Məsələ bundadır ki, “Finikiyalı qadınlar” faciəsindən bizə yalnız ilk iki hissə gəlib çatıb. Senekanın digər faciələrinin vacib tərkib hissəsi olan xor burada yoxdur, bundan əlavə, hadisələrin baş verdiyi məkan iki dəfə dəyişir (digər pyeslərdə bu baş vermirdi). “Herkules Etada” əsəri də Senekanın digər faciələrindən xeyli dərəcədə fərqlənir. Əslində, bu faciə bir-birilə daxili bağlılığı olmayan ayrı-ayrı səhnələr sırasından ibarətdir. Əsər ilkin cızma-qara, qaralama təəssüratı yaradır, hərçənd, ola bilsin, bu, məhz Senekanın yazdığı bir qaralamadır. “Oktaviya”ya gəldikdə, bu əsər Roma mövzusunda yazılmış antik faciələrədən günümüzə çatan yeganə əsərdir və Senekanı bu əsərin müəllifi saymamaq üçün əlimizdə yetərli əsaslar var. “Oktaviya”nın mövzusu Senekaya müasir olan Romadan götürülüb və imperator Neronun öz birinci arvadı Oktaviyanı qətlə yetirməsi və Poppeya Sabina ilə evlənməsindən bəhs edir. Bütünlüklə imperatorun ona necə münasibət bəsləməsindən asılı olan Seneka hökmdara qarşı bu cür kəskin hücum və ittihamlarla çıxış edə bilərdimi? Diqqətçəkən məqamlardan biri də odur ki, Seneka özü faciənin iştirakçılarından biri kimi göstərilib.

Diqqətinizə Görə Təşəkkürlər

  • Diqqətinizə Görə Təşəkkürlər

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin