37
Axşamqabağı yeməyə hazırlıq, yemək
15.20-15.40
Oyun,
müstəqil fəaliyyət
15.40- 16.15
Gəzintiyə hazırlıq, gəzinti
16.15- 17.15
Gəzintidən qayıtma
17. 15 - 17.30
Axşam yeməyinə hazırlıq, axşam yeməyi
17. 30 – 18.00
Oyunlar, uşaqların evə yola salınması
18.00-19.00
5-6 yaş.
Həyatının
altıncı ilində
uşaqların fiziki inkişafında çox mühüm dəyişiklik baş verir.
Onların çəkisi təxminən 200 qr, boyu 0,5 sm artır, bədənin mütənasibliyində ciddi dəyişikliklər baş
verir. Onun boyu 115-116sm, çəkisi 21,5-22 kq çatır, döş qəfəsinin dairəsi 56-57 sm olur. Bu
dövrdə uşağın davranışının nizamlanmsında baş beyin qabığının rolu böyükdür. Əsəb sisteminin
fəaliyyəti təkmilləşir. Onun fəaliyyətinin formaları zənginləşir və rəngarəngliyi
ilə xarakterizə
olunur.
Kollektiv oyun prosesində uşaqlar arasında münasbətlər formalaşır. O, qurduğu
kompozisiyalarda, çəkdiyi şəkillərdə düşüncəsini əks etdirməyə çalışır. Bu dövrdə uşaq öz
davranışlarını idarə etmək üzrə müəyyən təcrübə toplayır. Bu isə onun hərtərəfli inkişafına müsbət
təsir göstərir. Аltıyaşlının öz davranışını idarə etmək bacarığı
onun diqqətinə, yaddaş və
təfəkkürünə təsir göstərir. Onun diqqəti xeyli sabitləşir və ixtiyari yaddasaxlama qabiliyyəti yaranır.
Məktəbəqədər yaşın son ilində fəaliyyətin inkişafı bir neçə istiqamətdə həyata keçir. Uşağın
müstəqil olaraq, qarşısına qoyduğu məqsədlərin həcmi genişlənir və bu məqsədləri həyata keçirnək
üçün bacarıqların mənimsənilməsi prosesi güclənir. 6 yaşlı uşaqda psixi inkişafın müxtəlif xətləri
birləşərək, onun yaşıdları ilə qarşılıqlı münasibətlərinin yeni tipinin formalaşması üçün əlverişli
şərait yaradır.
Həyatının altıncı ilində uşağın təfəkkürünün ən yüksək əyani-obrazlı təfəkkür forması inkişaf
edir. Bunun əsasında da ümumiləşdirilmiş biliklərin formalaşdırılması təmin edilir. Uşaq əşyanın
oxşar və fərqli xüsusiyyətlərini öyrənir. Onu qorumağı, mühafizə etməyi bacarır.
Uşaqlar yavaş-yavaş öz işlərinin nəticələrini düzgün qiymətləndirmək bacarığına yiyələnirlər.
İctimai xarakterli əmək fəaliyyətinin kollektiv formasına maraq inkişaf edir. Bu marağın təsiri ilə
şəxsiyyətin davranışının sosial motivləri əmələ gəlir və tapşırılmış
iş üçün məsuliyyət hissi və
intizam formalaşdırılır.
Bu yaşda uşağın nitqi hərtərəfli inkişaf edir. Belə ki, o sözləri düzgün tələffüz edir. Uşağın
rabitəli nitqi formalaşır, o sadə sujetli və kiçikhəcmli hekayələr qura bilir.
Həyatının altıncı ilində uşaq həyatı boyu lazım olacaq mühüm keyfiyyətlərə yiyələnir:
böyüklərın danışdıqlarını anlayır, öz fikrini onlara başa sala bilir. Böyüklərlə ünsiyyətin ən
səbətarıq forması belə qarşlıqlı anlaşmağa əsaslanan şəxsi ünsiyyətdir. O, öz şəxsi keyfiyyətləri
haqqında böyüklərın fikrini bilmək istəyir.
Böyüklərlə ünsiyyətin daha mürəkkəb forması olan oyun və təlim prosesində qarşılıqlı
yardım, sadə tapşırıqların yerinə yetirilməsi əsasında
uşaqda hissi, idrak və mənəvi keyfiyyətlər
formalaşdırmağa başlanır.
Bu dövrdə uşağın yaşıdları ilə qarşılıqlı münasibəti daha da möhkəmlənir. Qarşılıqlı anlaşma
və rəğbət əsasında uşaqlar bir qrupda birləşirlər. Hər bir uşaq yaşıdlarının hərəkətlərinə tənqidi
münasibət bəsləyir. Qrupdaxili münasibətlər həmrəyliyinin ilk rüşeymlərini yaradır və
kollektivçiliyin bünövrəsini qoyur.
38
5-6 yaş arası uşaqlar kifayət qədər sosialdırlar və eyni zamanda
özlərindən kiçiklər ilə də
oynayırlar. Bu yaşda olan uşaqlar öz cinslərindən olan yoldaşları ilə oynamağa üstünlük verirlər.
Oynamaq xoşlarına gəlir, lakin onlar mütləq qalib gəlmək istəyirlər və oyunun gedişatında
qaydaları dəyişərək, üstünlük əldə etməyə çalışırlar.
Bu yaş qrupundan olan uşaqlar daha uzun müddətə diqqətlərini cəmləyə bilirlər. Təfəkkür və
prolblemlərin həlli bacarıqları onlarda daha yüksək səviyyədədir. Uşaq tapşırığın yerinə
yetirilməsinə diqqətini cəlb edə və özünün müəyyən etdiyi tələblərə uyğun olaraq həll edə bilir.
Beş-altı yaşlı uşaqların danışmaq
xoşuna gəlir, fikirlərini dəqiq izah edə bilirlər. Onlar mürəkkəb
cümlələrlə danışır və öz nitq səhvlərini özləri düzəldirlər.
Fiziki planda bü yaş qrupundan olan uşaqlar çox hərəkətlidirlər, onlar fiziki məşqlər və idman
yarışları ilə maraqlanmağa başlayırlar. Onların motor bacarıqları təkmilləşir: onlar geyinərkən,
kağız kəsərkən, şəkil çəkərkən və yazarkən daha az çətinlik çəkirlər.
Uşaqlar öz keçmişlərinə
şüurlu münasibət göstərirlər, onlar «uşaq olduqları vaxtlar» barədə
müxtəlif hadisələr danışmağı xoşlayırlar.
5-6 yaşlı uşaqlar fikirlərini hərfi mənada və konkret ifadə edirlər, xüsusi təşkil edilmiş quruluş
və ardıcıllıq onların xoşuna gəlir.
Dostları ilə paylaş: