Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə37/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   33   34   35   36   37   38   39   40   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

sensor inkişafı 
davam edir: o, əşyaların forması, böyüklüyü, rəngi, 
kütləsi və əlamətləri ilə tanış olur, müqayisə edir, onlar arasındakı sadə əlaqələri müəyyən edir, 
ümumi cəhətləri göstərir. Uşaqlar dərk edir, tədicən əşyaların əlamətlərini və keyfiyyətini sözlə 
ifadə edir, ümumiləşmə və əyani-praktik məsələləri həll etmək bacarığını mənimsəyirlər. Tədricən 
məşğul olduğu fəaliyyət prosesinin müddəti uzanır. Yadda saxlama və yada salma prosesləri 
təkmilləşir, nitqin inkişafı ilə əlaqədar gördükləri və eşitdikləri sözlərlə ifadə olunur. Yaddaş 
əhəmiyyətli dərəcədə təkmilləşir. 
Bu yaş dövründə psixi idrak prosesləri kifayət qədər differensial olmamaqda davam edir. 
Duyğu va qavrama prosesləri aparıcı rol oynayaraq diqqətin, yaddaşın, təxəyyülün, təfəkkürün və 
nitqin inkişafını stimullaşdırır. 
Sensor inkişaf
aşağıdakılarla şərtləşir: 
-kiçik motorikanın fəallığı və toxunma duyğularının stimullaşdırılması; 
-görmə və eşitmə qavrayışının fəallığı; 
-əşyaların formasına və rənginə görə öyrənilməsi və fərqləndirilməsinin stimullaşdırılması;
-əşyalarla fəaliyyət prosesində onların əlaməti haqqında təsəvvürlərin formalaşdırılması. 
-Sensor inkişaf əşya mühitində sensor informasiyalarla zəngin şəraitdə həyata keçir. 
Diqqət, yaddaş, təxəyyül, təfəkkür və nitq 
aşağıda göstərilən şəraitdə inkişaf edir: 
-qeyri-iradi hərəki, emosional və obrazlı yaddaşın intensiv inkişafında uşaqların həyati 
təcrübəni mənimsəmə prosesinin fəallaşması; 
-müxtəlif fəaliyyət növlərində maraq və emosiyalarının təsiri ilə uşağın “yaradıcı fikirlərinin” 
və “kəşflər”inin dəstəklənməsi; 
-əşyalarla fəaliyyət təcrübəsinə əsaslanaraq ümumiləşmələrin edilməsi və onları sözlərlə ifadə 
edərək möhkəmləndirilməsi. 
Uşaq təlim prosesində dərketmə üsullarından istifadə edərək ətraf aləmi qavrayır. Dərketmə 
prosesində həm real, həm də uşaqların təxəyyülündə canlandırdığı əşyaların əlamətləri haqqında 
təsəvvürlər formalaşır. 
Bu dövrdə uşağın 
idraki
inkişafında xeyli irəliləyiş özünü göstərir. O, oyun prosesində bir 
əşyanı başqası ilə əvəz etməyi, əşyanın əlamətlərini fərqləndirməyi bacarır. Bu isə uşağın praktik və 
əqli planda hərəkət etməsinə imkan verir. Bütün bunlar uşağın psixi proseslərinin qavrayış, yaddaş, 
təfəkkür, təxəyyül, həmçinin nitqinin inkişafına təkan verir, onun marağı formalaşır. 3 yaşda 
təxminən uşağın lüğətini 1200-1500 söz təşkil edir. 
Gündəlik həyatı və fəaliyyəti ətrafdakı əşyalarla ünsiyyət uşağın sensor inkişafını təmin edir. 
Uşaq bir əşyanın xüsusiyyətini digər əşyanın xüsusiyyəti ilə əlaqələndirməyi, onlarda ümumi 
cəhətləri görməyi öyrənir. О, əşyanın fəzadakı vəziyyətini müəyyən etməyə can atır.
Uşaq öz təcrübəsi əsasında müşahidə aparmağı, əşya və hadisələri müqayisə etməyi öyrənir. 
Onda ətraf aləm haqqında, ətrafdakılar haqqında sadə müşahidələr yaranır. О, “ Bu kimdir ? ”, “ Bu 
nədir ?”, “ Nə vaxt ”, “Harada”, “Nə üçün ” kimi suallar verir, əşya və hadisə haqqında fikir 
söyləyir. Onun lüğət ehtiyatı sürətlə zənginləşir, tədricən hal şəkilçilərini, felin zamanlarını, sifətin 
dərəcələrini, bağlayıcıları yerində işlətməyi öyrənir. Beləliklə, nitqin qrammatik quruluşuna 
yiyələnir. Uşaq başqasının nitqini izləyir, onu başa düşməyə başlayır, hətta tələffüzündəki bəzi 
səhvləri hiss edir. Onun rabitəli nitqi də inkişaf edir: kiçikhəcmli nağılların məzmununu başa düşür, 
şeirlər əzbərləyir, öyrəndikləri, eşitdikləri haqqında rabitəli danışır.


33 
Bu yaşda uşağın hissetmə qabiliyyəti rəngarəng, lakin dəyişkəndir. Müvəffəqiyyətdən zövq 
alan, sevinən uşaq azacıq müvəffəqiyyətsizlikdən dərhal məyus olur, kədərlənir. Onda uğurlardan, 
xoş rəftardan razılıq, məhəbbət, rəğbət, mərhəmət kimi hisslər inkişaf edir.
Uşağın musiqiyə də münasibəti dəyişir. O, özünə yaxın musiqiyə, mahnılara maraqla qulaq 
asır, həyəcanla və düzgün qavrayır, səsləri tembrinə görə fərqləndirir. Bütün bunların əsasında onda 
mahnı oxumaq qabiliyyəti baş qaldırır.
Bu yaşda fəal inkişafın yüksəlməsi ilə əlaqədar ətrafdakı insanlarla münasibətdə mühüm 
dəyişiliklər müşahidə olunur. Bir tərəfdən müstəqilliyə can atmaq, digər tərəfdən isə böyüklərə 
oxşamaq istəyi uşağın arzu və istəkləri ilə böyüklərin münasibəti arasında fikir ayrılığı yaradır. 
Valideynlərə və ailənin digər üzvlərinin nüfuzuna sosial mövqe dəyişir. Bu dövrdə ətrafdakı 
insanların hərəkətlərinə həssaslıq özünü büruzə verir. Uşaq böyüklərin söhbəti ilə maraqlanır, 
onların mühakimələinə diqqətlə qulaq asır. Lakin o, dinləməklə yanaşı sözlərin, ifadələrin və 
hərəkətlərin məntiqini anlamağa çalışır. Bu dövrdə uşaq müstəqil olmaq, çox işləri özü görmək 
istəyir (geyinmək, soyunmaq, yemək və s.), böyüklərin köməyindən imtina edir. Böyüklər onun 
tələbatlarını nəzərə almırlarsa, təşəbbüslərini dəstəkləmirlərsə, bu uşaqları inadkarlığa, onların 
tələblərinin əksinə hərəkət etməyə sövq edər. 
Həyatın üçüncü ilində uşaqlarda tapşırılan işin öhdəsindən gəldiyi üçün özünə qiymət 
vermək, məğrurluq hissi yaranır. Onlar böyüklərin gözündə layiqli və bacarıqlı görünmək 
istəyirlər. Məhdudiyyəti, tələbləri düzgün qoyan, müstəqilliyi rəğbətləndirən böyüklər öz hərəkətləri 
ilə uşaqların şəxsiyyət kimi yetişməsinə şərait yaradırlar. Uşaqlar öz davranışlarını yaşıdlarının 
davranışı ilə müqayisə edir, hərəkətlərini qiymətləndirir. Qiymətləndirmədə qürur və utanmaq
hissləri əks olunur. Bu dövrdə uşaq fəaliyyət subyekti kimi öz “Mən”ini irəli sürür və eyni zamanda 
da dərk edir ki, ətrafında başqa adamlar da var. Uşağn fiziki və sosial “Mən”i haqqında 
təsəvvürlərinin pozitiv ahəng alması zəruridir. Çünki bu, sonralar ontoqenezin (orqanizmin 
mayalanmış yumurta hüceyrəsindən həyatının sonuna kimi fərdi inkişafı) növbəti mərhələlərində 
“Mən konsepsiyası”nın pozitiv inkişafının əsası ola bilər.
Həyatın üçüncü ilində uşaq öz bacarıqları ilə (böyüklərin sözünə qulaq asmaq, səliqəlilik, 
oyuncaqlarla rəftar etmək, müstəqil geyinmək, şeir söyləmək, “çətin” səsləri tələffüz etmək) fəxr 
edir. Onun həyatında həm insanlar, həm də oyuncaq və canlı təbiət müxtəlif hisslər oyadır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin