məktəbəqədər müəssisələrdə portfolionu
uşağın imkan və bacarıqlarının, fərdi
keyfiyyətlərinin inkişaf səviyyəsinin kompleks qiymətləndirilməsi, “inkişaf trayektoriyası”nın
qurulması üçün fərdi nailiyyətlərin təhlilinin vasitəsi kimi müəyyən etmək olar.
Portfolioya aşağıdakılar daxildir:
•
təsviri və ya gündəlik qeydlər; •
iş nümunələri; •
ailə məlumatları; •
inkişaf səviyyəsi cədvəlləri. •
Inkişafa dair yekun hesabat. Təsviri və ya gündəlik qeydlər. Bu, uşaqların fərdi və ya qrup şəklində fəaliyyətləri
haqqında günün sonunda təəssüratların qeyd olunmasıdır. Onlar subyektiv xarakter daşıyır. Bu
qeydlər gün ərzində baş verən hadisələr arasında uşaqların müəyyən nailiyyət və uğursuzluğunu
izləməkdə faydalı ola bilər.
İş nümunələri. U şaq tərbiyəçi-müəllim (valideyn) tərəfindən əvvəlcədən
müəyyənləşdirilmiş хüsusi tapşırığı yerinə yetirir. Tapşırıq rəsm, kəsib-yapışdırma, yarımçıq işi
tamamlamaq, quraşdırma, yapma, əşyalarla оyun və s. ibarət оla bilər. Bu ay, rüb, il ərzində inkişaf
dinamikasını izləməyə imkan verir.
Ailənin məlumatları. Tərbiyəçi-müəllimlər və valideynlər məktəbəqədər yaşlı uşaqların
təlim-tərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın mühüm bir cəhəti kimi ailənin
uşaq haqqında məlumat verməsidir. Tərbiyəçi-müəllimlər sorğudan istifadə etməklə uşaq haqqında
məlumat topl
ayır.
İnkişaf səviyyəsi cədvəlləri. Hər yaş dövrünün sonunda uşaqların inkişaf səviyyələri müəyyən
olunur
. Uşaqların yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi və qiymətləndirmənin
mütəmadi aparılması uşaqların fərdi maraqlarına, öyrənmə üsullarına və bacarıqlarına cavab verən
müvafiq təlim strategiyalarının planlaşdırılması üçün əsas üsul hesab edilir. Bu qiymətləndirmə
sistemi təlim strategiyaları vasitəsilə tərbiyəçi-müəllimlərin hansı cəhətə diqqət yetirmələrinə və
uşaqların davamlı inkişaf və təliminə dəstək olmaqda köməklik göstərəcəkdir.
Məzmun standartlarında nəzərdə tutulmuş nəticələrin hamısı təlim prosesində nəzərə alınmalı,
qiymətləndirmə zamanı uşaqların nəzərdə tutulmuş təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət yetirilməlidir.