51
Məktəbəqədər təhsil kurikulumu bütün təlim nəticələrini əks etdirməklə son nailiyyətləri
təsəvvür etməyə imkan verir. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını
müəyyənləşdirmək üçün müvafiq şərait yaranır.
Bütün bunlarla yanaşı, məktəbəqədər təhsil kurikulumu aşağıdakı məsələləri əhatə edir:
müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış yanaşmanı əhatə edir;
fəal təlim üsullarından istifadə etməklə məzmun standartlarının səviyyəsinə çatmağa imkan
yaradır;
uşaqların inkişafının və təlim nəticələrinin qiymətləndirilməsini, il ərzində düzəlişlərin
edilməsini nəzərdə tutur;
uşaqların təlim prosesinə cəlb edilməsini və həvəsləndirilməsini təmin edir;
müvafiq təlim resurslarına malik olur.
Bu səciyyəvi cəhətlər onu əvvəlki proqramlardan fərqləndirir.
Dostları ilə paylaş: