Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


III. Məktəbəqədər təhsil strategiyaları



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə56/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   52   53   54   55   56   57   58   59   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
III. Məktəbəqədər təhsil strategiyaları 
3.1.İnkişafetdirici təlim mühitinin təşkili 
İnkişafetdirici təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına 
böyük təsir göstərir. Tərbiyəçi-müəllimlər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici 
mühit yaradaraq uşaqların müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr və digər uşaqlarla və 
böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəkləyirlər.
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq 
öyrənməsi və biliklər qazanması.
• Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraq, ehtiyac və güclü 
tərəflərinin nəzərə alınması.
Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait 
yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçi-müəllimlərin üzərinə düşür. Belə mühitdə 
tərbiyəçi-müəllimin rolu uşaqların özünüifadəsini dəstəkləməkdən, arzu olunan davranış və şəxsi 
keyfiyyətlərin: “niyə?”, “nə üçün?” suallarının verilməsinin, ətrafdakılara qarşı hörmət və qayğının 
göstərilməsinin, məsuliyyət hissinin təmin olunmasından ibarətdir.
Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi-müəllim uşaqların irəli sürdükləri fikirlərə, 
təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları məşğələlərin planlaşdırılması və həyata keçirilməsi 
zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə 
təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi-müəllim “sən nə ilə məşğul olmaq 
istəyərdin? ”, “sən nə fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi sual və 
təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, 
fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, sadə 
tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst 
davranmaq hüquqlarına malikdirlər.
İnkişafetdirici mühitin daxili (uşaq bağçasının və qrupun daxili mühiti) və xarici (uşaq 
bağçasının həyətyanı sahəsi) kimi 2 tipi mövcuddur. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin