Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə55/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   51   52   53   54   55   56   57   58   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Nəticəyönümlülük
məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasında nəzərə alınan 
mühüm didaktik prinsiplərdən biridir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən 
müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi 
dəyərləndirilir. Nəticəyönümlülük, ilk növbədə, təlim fəaliyyətinə əsaslanır, bütövlükdə təlim 
prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir. İlk növbədə, məzmunu ifadə 
edən belə ümumi nəticələr dövlət tərəfindən təsdiq olunur. 
Məktəbəqədər təhsil kurikulumunda məktəbəqədər təhsil pilləsinin sonu üçün nəzərdə tutulan 
ümumi inkişaf və təlim nəticələri məktəbəqədər təhsil pilləsi üçün milli səviyyədə 
müəyyənləşdirilmişdir ki, onlar respublikada məktəbəqədər təhsilin məzmununu ifadə edir. İnkişaf 
sahələri və yaş qrupları üzrə hazırlanmış nəticələr isə ümumi təlim nəticələrinə uyğun xüsusi 
nəticələr kimi təsdiq olunur. 
İnkişaf və təlim standartları bölməsində təqdim edilən məzmun standartları ümumi təlim 
nəticələrinin reallaşmasına xidmət edir və standartlarda qoyulmuş tələblər bilik formasında uşaqlar 
tərəfindən mənimsənilərək təcrübədə artıq bacarıqlara çevrilir. Bu isə uşaqların inkişafını izləmək, 
istiqamətləndirmək üçün qiymətləndirmə aparmaq baxımından əhəmiyyətlidir. Ümumi nəticələr 
bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənimsənilməsi nəzərdə tutulan və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret hissəsi olduğundan onlar həm 
məzmunu müəyyənləşdirir, həm də uşaqların əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinə şərait 
yaradır.
Məktəbəqədər təhsil kurikulumuna görə uşaqlar lazımsız informasiya ilə yüklənmir, gələcək 
həyat fəaliyyətində ona lazım olacaq ən zəruri ilkin həyati bacarıq və qabiliyyətlərn yaradılması 
istiqamətində iş aparılır, bacarıq və vərdişlər aşılanır, qabiliyyətlərn formalaşması ön plana çəkilir. 
Tərbiyəçi-müəllimlər məzmun standartlarının reallaşdırılması zamanı aşağıda qeyd olunan 
məsələlərə diqqət yetirməlidirlər: 

hər bir yaş mərhələsində mənimsənilməsi əvvəlcədən nəzərdə tutulmuş ümumi təlim 
nəticələrinə nail olunması, məzmun standartlarının reallaşdırılması üçün mövzuların düzgün 
müəyyənləşdirilməsi; 

hər yaş dövrünün sonunda uşaqların bilik və bacarıq səviyyələrinin məzmun standartlarında 
qoyulan tələblərə cavab verməsi

məzmun standartlarındakı biliklərin uşaqlar tərəfindən mənimsənilməsi və təcrübəyə tətbiq 
olunaraq həmin biliklərin bacarıqlara çevrilməsi; 


52 

təlim məqsədlərinin alt-standartlara uyğun olaraq düzgün müəyyənləşdirilməsi; 

hər bir məzmun standartından bir neçə mövzunun, çıxarılması.
Məsələn, 4-5 böyüklər qrupunda (böyük qrupda) idrakın inkişafı üzrə təqdim edilən 
“2.1.4.Canlı və cansız aləmin obyektlərini (insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq) 
qruplaşdırır və düzgün davranış (qorumaq, mühafizə etmək, qiymətləndirmək) bacarığı nümayiş 
etdirir.” standartı əsasında standartda verilən obyektlərlə tanışlıq üzrə bir çox məşğələ planlaşdırılır. 
Planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə 
alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini konkretləşdirməlidir. Mövzular 
planlaşdırılarkən xronoloji, sadədən mürəkkəbə və məntiqi ardıcılllığın gözlənilməsinə əməl 
olunmalıdır.
 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin