76
Tərbiyəçi- müəllim müxtəlif uzunluqda olan 2 karandaşı uşaqlara göstərib soruşur:
- Bu karandaşların fərqi nədir?
- Otaqda hansı əşyalar uzun, hansı əşyalar qısadır?
- İnsanlar boylarının uzunluqlarını nə ilə ölçürlər?
-Bəs biz necə ölçə bilərik?
Uşaqların fikirləri dinlənilir və yeni mövzuya keçilir.
Dərketmə.
Tərbiyəçi- müəllim uşaqlara müxtəlif uzunluqda iplər verərək, onların hansının daha uzun
olduğunu ölçməyi tapşırır. Uşaqlar ipləri bir-birinin üzərinə qoyaraq ən uzun ipin hansı olduğunu
müəyyənləşdirirlər.
Tərbiyəçi- müəllim məşğələni uşaqlar üçün yeni məlumatla davam etdirir:
- Qədim zamanlarda insanlar məsafəni ölçmək üçün addımdan, parçanı
ölçmək üçün qoldan,
əldən istifadə edirdilər. Tərbiyəçi- müəllim qrupda əyani şəkildə uşaqların iştirakı ilə bəzi qeyri-
standart ölçmə işlərini göstərir. Sonra isə uşaqlar uzunluğu ölçmək üçün müxtəlif formalı xətkeşlərlə
və ondan istifadə ilə tanış olurlar. Tapşırıqlar yerinə yetirilir.
İdman dəqiqəsi. Musiqi sədaları altında ritmik hərəkətlər.
Tətbiqetmə.
Tərbiyəçi- müəllim oyun keçirir. Uşaqlar stolun, yazı taxtasının uzunluğunu əllə, otağın
uzunluğunu addımları ilə ölçürlər.
Tərbiyəçi- müəllim məşğələni ümumiləşdirərək yekunlaşdırır.
3.6. Ailələrlə əməkdaşlıq
Məktəbəqədər təhsil mühiti uşaqların tədqiqat aparmaları, fəaliyyətlə məşğul olmaları və
ətraf mühitə dair öz anlayışlarını formalaşdırmaları üçün yaşıdları, həmçinin böyüklərlə əlaqə
yaratmaları üçün imkan yaratmalıdır.
Bu zaman, təlim prosesinin səmərəliliyinin artırılması üçün
fəaliyyətlər arasında balans olmalıdır.
Erkən və məktəbəqədər təhsil dövrünün sonunda ailələr uşaqların gözlənilən təlim nəticələri
haqqında müəyyən məlumata malik olmalıdırlar. Uşaqların əlverişli təlim nəticələrinə nail
olunmasına təminat verilməsi məqsədilə məktəbəqədər təhsil müəssisəsi və ailələr əməkdaşlıq
şəraitində işləməlidirlər. Uşaq bağçası ilə ailənin qarşılıqlı fəaliyyətinin əsas məqsədi–uşaq
bağçasında uşaqların şəxsiyyətyönümlü inkişafını təmin edən zəruri şəraitin yaradılması, təlim-
tərbiyə sahəsində valideynlərin səriştəliliyinin artırılmasıdır.
Uşağın ilk tərbiyəçisi kimi ailənin rolu erkən yaş dövründə ailə
və məktəbəqədər müəssisə
arasında tərəfdaşlıq münasibətlərinin qurulmasında mühüm faktordur.
Tərəfdaşlıq və məsuliyyət
uşaqların təhsili ilə bağlı qərarların qəbul edilməsində etimad və hörmət, bərabər hüququ nəzərdə
tutur.
Məktəbəqədər müəssisələrdə çalışan pedaqoji işçilərlə ailə arasında
təlim-tərbiyə prosesinin
ardıcıllığını və tamlığını təmin edə biləcək tərəfdaşlıq münasibətlərinin qurulması zəruridir.
Valideynlər və tərbiyəçi-müəllimlər tərəfindən tərəfindən qoyulmuş səylər məlumat və təcrübə
mübadiləsinə, həmçinin uşaqların inkişafı və təlimi üçün ən əlverişli şəraitin təmini məqsədilə
əməkdaşlığa əsaslanmalıdır.
Valideynlər məktəbəqədər müəssisənin simasında dəstək əldə etməlidir ki, özlərini
müəllimlərlə əməkdaşlıq prosesində lazımlı
hiss etsinlər, həmçinin uşaqların iştirakı ilə keçirilən
fəaliyyətin istənilən növlərində iştirak etsinlər. Belə fəaliyyət çərçivəsində onlar aşağıdakılarla tanış
olmalıdırlar:
77
-Uşağın yaşına məxsus xüsusiyyətləri ilə;
-Təlim-tərbiyə işinin mühümlüyü ilə;
-Uşaqlara təsir edən stimullaşdırıcı
mühitin vacib rolu ilə;
-Fiziki, emosional və təhlükəsiz mühitin təmin olumasının zəruriliyi ilə;
-Erkən inkişaf və təlim işinin aparıldığı müəssisənin fəaliyyəti ilə.
Hər bir tərbiyəçi-müəllim bütün ailələri öz uşağının təliminə cəlb etmək üçün səmərəli
strategiyalar yarada bilər.
-Uşaqların inkişafı və təlimi üçün əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədi ilə
uşaq barədə məlumat və təcrübə mübadiləsi üçün səy göstərməlidir. Müəllimlər uşağın inkişafı və
təlimi barədə ailələrlə
müzakirələr təşkil etməli, ideyalarını valideynlərlə bölüşməli, onlarda
uşaqlarının təliminə maraq oyatmalıdırlar.
-Hər bir ailənin dəyərlərinə hörmətlə yanaşmalıdır. Bunun üçün tərbiyəçi-müəllimlər
müxtəlif
ailələrin sosial-iqtisadi statusu və mədəniyyətində mövcud olan fərqlərin anlaşılması
vərdişlərə malik
olmalıdırlar.
Belə münasibətlər vasitəsilə tərbiyəçi-müəllimlər uşaqların təhsili üçün daha təhlükəsiz
və sağlam mühit yarada bilər.
-
Valideynlərə uşaq bağçasının simasında dəstək əldə etmələrinə kömək etmək lazımdır ki, onlar
özlərini bu əməkdaşlıq prosesində, həmçinin uşaqların iştirakı ilə keçirilən bütün fəaliyyət
növlərində lazımlı hesab etsinlər.
Belə fəaliyyət çərçivəsində onlar aşağıdakılarla tanış olmalıdırlar:
-uşağın bu yaşa xas
olan xüsusiyyətləri ilə;
-
təlim-t
ərbiyə işinin vacibliyi ilə;
-uşaqların qarşılıqlı fəaliyyət göstərdikləri inkişafetdirici və stimullaşdırıcı mühitin mühüm rol
oynaması ilə;
-fiziki və emosional müdafiə və təhlükəsiz mühitin təmin edilməsi zərurəti ilə;
-uşaq bağçasında aparılan fəaliyyət ilə.
Dostları ilə paylaş: