Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə88/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   84   85   86   87   88   89   90   91   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
4.1. Dəyərləndirmənin əsas məqsədi
Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunmasının, inkişaf dinamikasının izlənilməsi və 
proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacibdir. Bu işdə isə dəyərləndirmə mühüm 
pedaqoji vasitədir. Dəyərləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin 
səmərəliliyini yüksəltməyə, uşaqların inkişafının necə getdiyini, nəyi mənimsədiklərini, nələri 
öyrəndiklərini, nələri edə bildiklərini və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını 
müəyyənləşdirməyə obyektiv şərait yaradır. 
Qiymətləndirmənin nəticələri uşaqların həm yüksək, həm də aşağı səviyyədə olan 
bacarıqlarını müəyyənləşdirir. Bunun nəticəsində faydalı təlim təcrübəsi, fərdi təlim planlaşdırılır və 
həyata keçirilir.
 
 
4.2.Uşaq inkişafının izlənilməsinin təşkili
İnkişafın izlənilməsi tədbirləri hər bir uşağa fərdi qaydada tətbiq edilir, uşaqların nitq, hissi, 
böyük və kiçik motor bacarıqlarında inkişaf ləngimələrini, görmə və eşitmə ilə bağlı problemləri
olan uşaqları müəyyənləşdirmək üçün istifadə edilir. Belə hallarda, inkişafın izlənilməsi 
tədbirlərinin nəticələrindən uşağın növbəti qiymətləndirməsini müəyyənləşdirmək üçün istifadə 
edilməlidir. İnkişafın izlənilməsi erkən uşaqlıq dövründə inkişaf və təlimin səviyyəsinin 
dəyərləndirilməsinin tam sistemində yalnız bir komponent kimi nəzərdən keçirilməlidir. 
Dəyərləndirmə xüsusi məqsəd kimi nəzərdən keçirilməli və ondan etibarlı nəticələr kimi istifadə 
edilməlidir.
Tərbiyəçi-müəllimlər uşaqların ümumi inkişafına yardım göstərməyi planlaşdıra və həyata 
keçirə bilmək üçün hər bir uşağın sosial, fiziki, əqli və emosional xüsusiyyətlərinə bələd 
olmalıdırlar. Normal inkişaf edən uşaq haqqında olan bu məlumatlar tərbiyəçi- müəllimlərə öz 
diqqətlərini uşağın maraq və istəkləri, həmçinin yaranmaqda olan vərdiş və bacarıqlar üzərində 
cəmləşdirməkdə köməklik göstərir. Belə ki, onlar uşağın təbii inkişaf mərhələləri üçün faydalı olan 
qarşılıqlı fəaliyyət formalarını müəyyənləşdirə bilirlər. Diqqətli müşahidə tərbiyəçi-müəllimlərə 
uşaqların inkişafı barədə “xəbərdarlıq edir”. Uşağın normal inkişafının nə demək olduğundan və bu 
normal inkişaf sərhədlərinin hansı dərəcədə geniş ola biləcəyindən agah olan tərbiyəçi-müəllimlər 
qeyri-normal inkişaf edən uşaqları daha asanlıqla müəyyənləşdirə bilirlər. Onlar uşaqların gündəlik 
fəaliyyət və hərəkətlərə necə reaksiya verdiklərini müşahidə edərkən və valideyni sorğu-sual 
edətkən, sistematik müşahidə və qeydiyyat metodlarından yararlanırlar. Bu cür metodlardan biri 
tərbiyəçi-müəllimlərin öz müşahidələrini sistematik qaydada təşkil etmək üçün faydalandıqları 
inkişafın izlənməsi siyahısıdır. İzləmə siyahısı tərbiyəçi-müəllim və valideynlərə uşağı başa 
düşməkdə kömək edən zəruri informasiya mənbəyi kimi davranış nümunələrini 
müəyyənləşdirməkdə yardımçı olur.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin