Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə86/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   82   83   84   85   86   87   88   89   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Müəllimin rolu.
Məktəbəqədər təhsil üzrə dövlət standartlarının reallaşdırılması 
məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçi-müəllimin peşəkarlığından və bu prosesə 
hazırlığından birbaşa asılıdır.
11
Məktəbəqədər təhsil sistemində çalışan təhsilverənlər əsasən, aşağıdakı peşəkar bilik və 
bacarıqlara malik olmalıdırlar: 
- uşaq inkişafının müxtəlif aspektlərinin xolistik (hərtərəfli və əlaqəli) vəhdəti və uşağın bioloji, 
psixoloji, fizioloji və sosial inkişaf xüsusiyyətləri (yaş psixologiyası və inkişaf nəzəriyyələri) 
haqqında biliyi; 
-uşaqların təliminin müxtəlif strategiyalar üzrə bilik və bacarığı (oyun əsaslı, dil bacarıqlarının 
inkişafı və s.); 
-komandada işləmək; (şəxsiyyətlər arası ünsiyyət, qrup işinin dinamikası və s.) 
-müxtəliflik kontekstində iş (mədəniyyətlərarası dialoq, qərəzsiz yanaşmalar və s.) ; 
-məktəbəqədər təhsil sahəsində yerli, milli və beynəlxalq kontekstdə mövcud vəziyyət haqqında 
bilik; 
-məktəbəqədər yaşlı uşaqların sağlamlıq və qayğısı haqqında, həmçinin onların sosial müdafiəsi 
haqqında baza biliyi
-yenilikləri tətbiq edən, yaradıcı, informasiya və kommunikativ texnologiyalardan istifadə etmək 
bacarığı; 
-uşağın meyl, maraq və qabiliyyətlərni aşkara çıxarıb inkişaf etdirmək bacarığı; 


78 
-uşağın yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla təlim prosesini səmərəli təşkil 
etmək bacarığı; 
-inkişafetdirici mühit və işgüzar şərait yaratmaq bacarığı; 
 
-uşaqlarla ünsiyyət və əməkdaşlıq; ailələrin uşaq inkişafında və təhsilində rolunu nəzərə 
alaraq, ailələrlə əməkdaşlıq etmək bacarığı; 
-uşağın inkişafını sistematik şəkildə sənədləşdirmək bacarığı;
 
-xüsusi qayğıya ehtiyacı olan uşaqları müəyyən etmək və onların inklüziyası üçün 
strategiyalar müəyyən etmək bacarığı;
 
-sağlamlıq imkanları məhdud olan uşağın tərbiyəsi, təlimi, inkişafı, qulluq və sağlamlığını, 
eləcə də onların fiziki və psixi inkişafında olan çatışmazlıqları müəyyən etmək bacarığı;
 
-uşağın inkişafında olan geriliklərin aradan qaldırılması üzrə hər bir uşağın fərdi imkanlarını 
nəzərə almaqla, onların cəmiyyətə uğurlu inteqrasiyasını və erkən sosiallaşmasını həyata keçirmək 
bacarığı;

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin