Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Dəyərləndirmənin metod və vasitələri



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə89/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   85   86   87   88   89   90   91   92   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

4.3. Dəyərləndirmənin metod və vasitələri 
Doğulandan 6 yaşa qədər uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsi müşahidə prosesi, 
sənədləşdirmə və məlumatların toplanması, onun dərk edilməsi və uşaq haqqında məlumatların 


80 
bölüşdürülməsidir. 
Məktəbəqədər təhsil müəssisələrində təhlil sistemi və uşaq inkişafının dəyərləndirilməsi 
prosesi təşkil edilməli, uşaq inkişafının dinamikasının izlənməsi ilə bağlı planlı sənədləşmə aparılmalı və 
ailə ilə əks əlaqə qurulmalıdır.
Dəyərləndirmə
məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir. 
Dəyərləndirmə
 
nəzərdə tutulan ümumi təlim nəticələrinə nail olmaqda uşağın əldə etdiyi 
irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsnasında toplanmış məlumatlar barədə mühakimə 
yürütməkdən və həmin məlumatları şərh etməkdən ibarətdir.
Məktəbəqədər təhsildə dəyərləndirmə 
 
uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları 
haqqında məlumatın toplanması və təlim
 
prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət 
səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir. 
Dəyərləndirmə zamanı aşağıdakı metodlardan istifadə olunur:
• 
Müşahidə (diaqnostika məqsədilə aparılır və davamlı qiymətləndirmə vasitəsi kimi çıxış 
edir). 
Bu metoddan istifadə zamanı tərbiyəçilər uşaqların təlim fəaliyyətini fasiləsiz izləyir, qeydlər 
aparır, uşaqların əldə etdikləri irəliləyişləri haqqında məlumatı valideynlərinə təqdim edir. 
Müşahidələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarətdir. 
Müşahidə uşaqların 
fəaliyyətinə mane olmadan onları izləmək prosesidir. Uşağın gündəlik fəaliyyətlərə necə münasibət 
göstərdiyini izlədikcə, tərbiyəçi-müəllim uşağın vərdişlərə yiyələnmək səviyyəsi, temperamenti, 
maraqları və ümumi inkişafı haqqında məlumat toplamış olur.
Bu metod uşaqların fərdi 
xüsusiyyətləri, ehtiyacları, qabiliyyətləri və maraqları haqqında məlumat toplamağa imkan verir. 
Müşahidə tərbiyəçi
-müəllim
lərə müəyyən edilmiş məqsədlərə dair cəld və düzgün məlumat əldə 
etməkdə köməklik göstərir. 
Müşahidələr 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin