82
hesabatla növbəti mərhələyə qədəm qoyur. Bu zaman uşağın məktəbəqədər təhsilin sonunda
inkişafının səviyyəsi müəyyən edilir.
4.4. Dəyərləndirmənin aparılmasına verilən tələblər.
Obyektiv aparılmış
dəyərləndirmə, hər şeydən əvvəl real vəziyyətin aşkara çıxarılmasında
mühüm vasitədir. Məhz real vəziyyətin təhlili nəticəsində buraxılan nöqsanlar müəyyən edilir,
onların aradan qaldırılması yolları müəyyənləşdirilir və gələcək üçün proqnazlaşdırma aparılır.
Dəyərləndirmə, uşaqların inkişafı ilə elə əlaqələndirilməlidir ki, onların bacarıqlarına dair tam
və əhatəli cavab almaq mümkün olsun. Dəyərləndirmə uşağın müəyyən müddət ərzindəki
nailiyyətini, səylərini nümayiş etdirən işlərin məcmusudur. Dəyərləndirmənin son məqsədi uşaqların
inkişaf dinamikasını müəyyənləşdirmək və özünüdəyərləndirməyi öyrətməkdir. Uşaqlar hər hansı bir
spesifik şəraitdə özünü göstərməyə çalışır. Uşağın özünü göstərə bilməsi üçün tərbiyəçi-müəllim onu
həvəsləndirməli, özünəinam hissini formalaşdırmalı, istiqamətləndirməlidir. Bu zaman uşağa
müəyyən
dərəcədə müstəqillik, sərbəstlik verilməsi vacibdir.
Düzgün və hərtərəfli dəyərləndirmə:
-hər bir uşağın çatışmayan cəhətlərinə deyil, onun potensial imkanlarına yönəldilməlidir;
-nəyi və necə öyrətməyi göstərməklə, təlimi inkişaf etdirməlidir;
-çoxölçülü olmalı, sosial və emosional inkişafa da zehni inkişaf qədər yer ayrılmalıdır;
-müəllim-valideyn, habelə müəllim-uşaq arasında fəal əməkdaşlığa nail olmalıdır;
-uşaqların müvəffəqiyyət qazanmalarına və təhsilin optimallığına şərait yaratmalıdır;
-tərbiyəçi-müəllimlərin planlaşdırdıqları məşğələlərin və tətbiq etdikləri təlim strategiyalarının
təcrübədə nə dərəcədə səmərəli
olduğunu müəyyən etməyə, habelə məktəbəqədər yaşlı uşaqların
nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım olan dəyişiklikləri həyata
keçirməyə imkan yaradır;
-uşaqda
mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli getmək səylərini
möhkəmləndirərək müsbət emosional şəraitdə aparılır;
- uşaqların təlim fəaliyyətinə dair toplanmış müxtəlif formalı dəlillərə əsasən vaxtaşırı aparılır;
- hər bir uşağın xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və inkişaf mərhələsinə həssaslıqla
yanaşmanı əks etdirir.
Dəyərləndirmənin aparılmasında məqsəd təlimin keyfiyyətini yaxşılaşdırmaq, tədris prosesinin
səmərəliliyini
təmin etmək, uşaq fəaliyyətinin inkişafını izləmək və istiqamətləndirməkdən ibarətdir.
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Münasib qaydada seçilmiş vaxt
uşağın əhval-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, uşağın təlim dilini
asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir. Tərbiyəçi-müəllim istənilən
vaxtda uşağın davamiyyətini yaxşılaşdırmaq, onun məktəbəqədər müəssisəyə həvəslə gəlməsinə təsir
göstərmək məqsədilə müxtəlif vasitələrdən istifadə edərək uşağın təlim nailiyyətlərini qiymətləndirir.
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. Münasib qaydada seçilmiş vaxt
uşağın əhvali-ruhiyyəsi, verilən sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, uşağın təlim dilini
asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
Dəyərləndirmə:
- uşaqların bilmədiklərini və ya bacarmadıqlarını aşkar etməyə deyil, bilik və bacarıqlarını
göstərməyə xidmət edir;
- Tərbiyəçi-müəllimlərin planlaşdırdıqları məşğələlərin və tətbiq etdikləri təlim
strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğunu müəyyən etməyə, habelə məktəbəqədər
83
yaşlı uşaqların nəzərdə tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım olan
dəyişiklikləri həyata keçirməyə imkan yaradır;
-uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli getmək səylərini
möhkəmləndirərək müsbət emosional şəraitdə aparılır;
- uşaqların təlim fəaliyyətinə dair toplanmış müxtəlif formalı dəlillərə əsasən vaxtaşırı
aparılır;
- hər bir uşağın xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və inkişaf mərhələsinə həssaslıqla
yanaşmanı əks etdirir.
Dəyərləndirmə zamanı uşağın hərəkət və davranışları, müəyyən şəraitdə fəaliyyətinin
nəticələri qiymətləndirmənin obyektinə çevrilir; qiymətləndirmə zamanı uşağın hərtərəfli inkişafı
nəzərə alınır; uşaqlar özlərinin və yoldaşlarının nailiyyətlərinin qiymətləndirilməsi
prosesində
iştirak edir; uşağın mövcud və əvvəlki nəticələri arasında müqayisə aparılır; uşağın valideynləri və
təhsil mütəxəssisləri ilə mütəmadi əlaqə saxlanılır və hər bir uşağın nailiyyətlərini müntəzəm
olaraq izləyir.
Dəyərləndirmə müşahidə prosesi, qeydlərin aparılması, böyümə və inkişafın izlənilməsinin
nəticələrinin sənədləşdirilməsidir. Bu fasiləsiz bir prosesdir və çoxsaylı resurslar cəlb edir.
Dəyərləndirmə erkən yaşlı uşaqların xarakterini əhatə etməlidir.
Dəyərləndirmə zamanı aşağıdakı prinsiplər rəhbər tutulmalıdır:
- məktəbəqədər yaşlı uşaqların
nə edə bilmədiyini deyil, onların nə etdiyini göstərir;
-uşağı başqaları ilə deyil, özü ilə müqayisə edərək nəzərdən keçirir;
-uşağı bütövlükdə nəzərdə tutur.
Dostları ilə paylaş: