Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti TƏLƏBƏ: KƏnan hüMBƏtov


Ətraf mühitdən istifadənin və mühafizənin tənzimlənməsinin formaları, funksiyaları və metodları



Yüklə 44,37 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü44,37 Kb.
#43718
1   2   3   4   5
HÜMBƏTOV KƏNAN-ƏTRAF MÜHİTİN İQTİSADİYYATI-1

Ətraf mühitdən istifadənin və mühafizənin tənzimlənməsinin formaları, funksiyaları və metodları

İdarəetmə forması hüquq sahəsinə tənzimləmə fəaliyyətinin hüquqi və qeyrihüquqi formaların tətbiq edilməsinin meydana çıxan xarici görünüşüdür. Tənzimləmənin qeyri-hüquqi formaları iki əsas növdə ifadə olunur: a) ətraf təbii mühitin mühafizəsi və təbiətdən istifadə məsələlərində həyata keçirilən, qəbul edilməsi hüquqi xarakter daşımayan, deməli hüquqi tənzimləmə həddindən kənarda qalan, təsərrüfatın operativ idarə edilməsi. Məsələn, torpağın bu və ya digər kateqoriyaya aid edilməsi iqtisadi məsələdir, əgər belə aidiyyat ətraf mühitin mühafizəsi və təbiətdən istifadə ilə əlaqədar qanunla müəyyən olunmuş qaydalara zidd deyilsə, onda bu məsələ ilə bağlı qəbul edilmiş qərar hüquqi əsasa malik deyil. b) icraçıların öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan vasitələrlə təmin edilməsi. Bu idarəetmə fəaliyyəti olmadan qanun həyata keçirilməsə də, məsələn, torpağın münbitliyi haqqında qanun mineral gübrələrlə təmin olunması səbəbindən reallaşmasa belə, həmçinin hüquqi təbiətə malik deyildir. Əksər hallarda tənzimləmə formaları öz təbiətinə görə qeyri-hüquqi olur, belə ki, hüquqi formalar o yerdə tətbiq olunur ki, orda meydana çıxan ziddiyyətlər yalnız hüquqi yolla aradan qaldırıla bilər. Hüquqi formalar 3 əsas növdə ifadə olunur: a) hüquq yaradıcılığı; b) hüquq tətbiqetmə; c) hüquq mühafizə. Hüquqi tənzimləmə metodları aşağıdakılardır: 1) Məcburi göstəriş metodu, başqa sözlə imperativ metod. Həmin metodda idarəetmə üzrə qərarın dəqiq və olduğu kimi yerinə yetirilməsi nəzərdə tutulur, ondan hər hansı bir kənarlaşmaya yol verilmir. Belə metod, qərarın yerinə yetirilməsi zamanı yerli şəraitin uçotu və xüsusiyyəti tələb olunmadan tətbiq 13 olunur. Məsələn, yer quruluşu layihəsinin reallaşmasına görə müəllif nəzarətinin həyata keçirilməsi, yerli şəraitdən və xüsusiyyətdən asılı olmadan qanunun məcburi tələbidir. 2) Tövsiyə metodunun reallaşması yerli şəraitin uçotu və xüsusiyyətinin nəzərə alınmasının yol verildiyi idarəetmə qərarlarının çıxarılmasında ifadə olunur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə torpaq kateqoriyalarının rejimi azsaylı xalqların və etnik qrupların yaşadığı ərazilərdə dəyişə bilər, yəni torpaq kateqoriyaları haqqında ümumi qaydalar yerli şəraitdən və xüsusiyyətdən asılı olaraq dəyişdirilir. Torpaq Məcəlləsinin bu müddəası tövsiyəedici xarakter daşıyır. 3) Sanksiyalaşdırma metodu və ya məhdud özünüidarəetmə metodu zamanı idarəetmə qərarını idarə olunan təşkilat qəbul edir, lakin onlar yalnız səlahiyyətli qurum bu qərarı təsdiq etdikdən sonra hüquqi qüvvəyə malik olur. Məsələn, təsərrüfat daxilində yerquruluşu haqqında qərarı kollektiv özü qəbul edir. Lakin bu layihənin təsdiq olunması torpaq ehtiyatları və yerquruluşu üzrə müvafiq qurum tərəfindən həyata keçirilir. 4) İcazə metodu, orqanların tam özünü idarə etdiyini göstərir ki, bu zaman onlar özləri heç kəsdən asılı olmadan idarəetmə qərarı qəbul edirlər {1,20}. Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimləməsinin metod və formaları, müvafiq səlahiyyətli dövlət idarəetmə funksiyaları vasitələri ilə həyata keçirilir. İdarəetmə qurumlarının növündən və səlahiyyətindən asılı olmayaraq onlardan hər biri birbaşa və ya dolayısı aşağıda adları sadalanan yeddi funksiyanı yerinə yetirir və ya yerinə yetirilməsində iştirak edir: 1. Təbii ehtiyatların və digər təbii obyektlərin uçotu və dövlət kadastrının aparılması. 2. Təbii obyektlərin istifadəsi və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması. 3. Təbii obyektlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. 4. Təbii obyetlərin artırılması. 14 5. Təbii obyektlərin məkan-ərazi quruluşu. 6. Təbii obyektlərin istifadəsi və mühafizəsinə nəzarət. 7. Təbiətdən istifadə hüququ haqqında mübahisələrin həlli {20,33}. Təbii ehtiyatlara mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları ilə tənzimlənir. Göstərilən hüquq təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əldə edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını həyata keçirir. Hazırda Azərbaycan Respublikasında hüquqi cəhətdən mülkiyyətin dövlət, bələdiyyə, xüsusi və digər formaları qəbul edilmişdir. Göstərilən formaların təsnifatı mülkiyyət hüququnun subyektlərinə görə aparılır. Azərbaycan Respublikasının dövlət mülkiyyəti Azərbaycan xalqına məxsusdur. Azərbaycan Respublikasının ərazisi hüdudlarında yerləşən torpaq, yerin təki, daxili sular və zonaları, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsində göstərilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur [5]. Azərbaycan dövləti ölkənin təbii sərvətlərinin əsas mülkiyyətçisidir. Qanunvericiliyə uyğun olaraq dövlət mülkiyyət hüququnun obyektləri torpaqların əksər hissəsi, meşə və su fondu, yerin təki, vəhşi fauna və digər təbii ehtiyatlardır. Qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyət hüququ torpaq sahələrinə və onlarda yerləşmiş — ayrılmış (qapalı) sututarlar və ağac-kol bitkilərinə aiddir. Azərbaycan Respublikası qanunvericiliyində «təbii ehtiyatlar» anlayışı dəqiqləşdirilmir. Əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasında təbii ehtiyatlara aid bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respubilkasının Meşə Məcəlləsi (30 dekabr 1997-ci il), Su Məcəlləsi (25 dekabr 1997-ci il), Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu (13 fevral 1998-ci il), Torpaq Məcəlləsi (25 iyun 1999-cu il) və s. belə qanunlardandır [3,4]. 15 Təbii ehtiyatların əsas hissəsi dövlətə məxsus olduğu üçün onlar, digər subyektlərə yalnız istifadəyə verilir. Təbiətdən istifadə hüququ, hüquqi normaların sistemini göstərən, təbii ehtiyatların istifadəsinin qaydaları və şərtlərini, təbiətdən istifadəçilərin hüquq və öhdəliklərini tənzimləyən ekologiya hüququnun mühüm institutudur. Təbiətdən istifadə hüququ təbiət obyektlərinin istifadəyə alınması ilə əlaqədar subyektin əldə etdiyi konkret hüquq və öhdəliklərin məcmusudur. Təbiətdən istifadə hüququnun subyekti vətəndaşlar və hüquqi şəxslər, obyekti isə həm fiziki (yerlərdə natura kimi), həm də hüquqi (müvafiq hüquqi sənədlərin qanuni-ləşdirilməsi yolu ilə) cəhətdən ayrılmış təbii ehtiyatların müəyyən hissəsidir. Təbiətdən istifadə hüququ bir neçə əsas növlərə görə təsnifləşdirilir: istifadə qaydaları və şərtlərinə görə ümumi və xüsusi; obyektinə görə torpaqdan, meşədən, yerin təkindən, sudan və s. istifadə müddətinə görə müddətsiz (daimi) və müddətli (müvəqqəti) müəyyən edilir. Bu da öz növbəsində uzun və qısa müddətli ola bilər. Təbiətdən istifadə hüququnun ümumi və xüsusi bölgüsü mühüm əhəmiyyətə malikdir. Təbiətdən ümumi istifadə hüququ bütün vətəndaşlar üçün təbii mühitdən sərbəst və pulsuz istifadənin zəmanətli qanuni imkanı olub, hər bir insanın həyatının yeri, şəraiti və vasitəsi kimi təbiətdən istifadəni nəzərdə tutur. O, bilavasitə Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir və hazırkı qanunvericiliyin (torpaq, meşə, su və s.) normalarında konkretləşdirilir. Təbiətdən xüsusi istifadə hüququ xüsusi hüquqi sənəd (lisenziya, icarə müqaviləsi, dövlət aktı və s.) əsasında həyata keçirilir, cəmiyyətin təsərrüfat və digər maraqlarının ödənilməsi prosesində onların məqsədli fəaliyyətinə uyğun olaraq təbii ehtiyatların müəyyən hissəsinin qanunla təsdiq olunmuş qaydada istifadəsi imkanını göstərir. O, adətən, pullu olur. Beləliklə, təbiətdən ümumi və xüsusi istifadə hüququ bir-birindən bir neçə əlamətinə görə fərqlənir: subyektinə görə, həyata keçirilməsinin məqsəd və qaydasına görə, meydana çıxmasının əsasına görə. 16 Təbiətdən xüsusi istifadə hüququnun xitam edilməsinə əsas təbii ehtiyatların müvafiq növlərinə uyğun olan, konkret adları torpaq, meşə, su və s. qanunvericiliyində müəyyən edilmiş hüquqi faktlardır. Bununla yanaşı, bütün təbii ehtiyatların ümumi sayına aid olan, məsələn, istifadə müddətinin qurtarması, hüquqi şəxsin təbiətdən istifadəsinin ləğv edilməsi, dövlət və ictimai ehtiyatlar üçün təbii obyektlərin istifadədən götürülməsi, təbii obyektlərin mühafizəsi və ya məqsədli istifadə qaydalarının pozulmasını təbiətdən istifadə hüququna xitam edilməsinin bir neçə əsası kimi ayırmaq olar. «Ekoloji təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa (1999) görə, ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət, sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcburi şərtidir (maddə 4.3)

1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin