Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti TƏLƏBƏ: KƏnan hüMBƏtov


Ətraf mühitdən istifadənin ekoloji-hüquqi anlayışlari və növləri



Yüklə 44,37 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü44,37 Kb.
#43718
1   2   3   4   5
HÜMBƏTOV KƏNAN-ƏTRAF MÜHİTİN İQTİSADİYYATI-1

Ətraf mühitdən istifadənin ekoloji-hüquqi anlayışlari və növləri

Müasir dövrdə dünyanın bütün hüquqi dövlətlərində insanın təbii ehtiyatlardan öz tələbatı üçün istifadə etməsi hüquq normaları vasitəsi ilə tənzimlənir. Təbii ehtiyatlardan istifadə üzrə münasibətləri tənzimləyən normalar sistemi təbiətdən istifadə hüququ adlanır. Belə normalar əsasən təbii ehtiyatlar haqqında qanunvericilikdə, yəni torpaq, Yerin təki, su, meşə, heyvanlar aləmi və s. haqqında qanunvericilikdə təsbit olunmuşdur. Ətraf mühitin mühafizəsi haqqında doktrinada təbiətdən istifadənin bir sıra növləri fərqləndirilir. Bu zaman təsnifat müxtəlif meyarlara əsasən aparılır. Təsnifat üçün ən ümumi meyar təbiət obyekti hesab olunur. Buna uyğun olaraq, təbiətdən istifadə hüququ aşağıdakı növlərə bölünür: — torpaqdan istifadə hüququ; — Yerin təkindən istifadə hüququ; — sulardan istifadə hüququ; — meşələrdən və meşə fonduna daxil olmayan bitkilərdən istifadə hüququ; — heyvanlar aləmindən istifadə hüququ {20}. Təbiət obyektinə görə ən ümumi təsnifatdan sonra hər bir obyektdən istifadənin məqsədli təyinatına görə də təsnifat aparılır ki, bu, digərləri içərisində əsas təsnifat hesab olunur. Təbiətdən istifadənin məqsədli təyinatına görə növləri, təbii ehtiyatın özünəməxsusluğu və ictimai tələbatları ödəməsi nəzərə alınmaqla, təbii ehtiyatlar haqqında qanunvericiliklə müəyyən olunur. Təbiətdən istifadəçilər hüquqi və fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla), dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər. Azərbaycan dövləti təbii ehtiyatların istifadəsini, bərpasını və mühafizəsini tənzimləyir. Bu işin həyata keçirilməsi üçün dövlət proqramları tərtib edilir, təbii 9 resursların kadastrı, monitorinqi və uçotu aparılır. Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir və müvafiq icra hakimiyyət orqanları tərəfindən verilir. İcazənin verilməsi, ekoloji münasibətlərin inzibati-hüquqi metodlarla tənzimlənməsi deməkdir. Təbii ehtiyatlardan istifadə olunması üçün alınan icazə mahiyyətcə aşağıdakı əlaməti özündə birləşdirir: - icazə, həmin təbii ehtiyatın mülkiyyət və ya sahiblik aktıdır; - təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin dövlət nəzarəti formasıdır; - təbiətdən istifadənin səmərəli tənzimləmə vasitəsidir {20}. İcazənin predmeti istifadə üçün müəyyənləşdirilmiş təbii ehtiyatlardır. «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 11-ci maddəsində deyilir: «Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir». Qanunda həmçinin təbii ehtiyatların ayrı-ayrı növlərindən istifadəyə, habelə aşağıdakı fəaliyyət növlərinin həyata keçirilməsinə xüsusi icazə tələb olunduğu sadalanır: — ətraf mühiti çirkləndirən maddələrin toplanması; — xüsusi təhlükəli olan istehsalat və məişət tullantılarının daşınması, basdırılması və saxlanılması; — ekoloji auditor fəaliyyəti; — ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti {3}. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalarda 36 adda fəaliyyət növünə lisenziya verilməsi nəzərdə tutulmuşdur ki, onlardan yalnız üçü ekologiya və təbiətdən istifadəyə aiddir: 1. Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması; 2. Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi; 3. Yabanı dərman bitkilərinin xammalının yığılması. Qanunvericiliyə görə 10 xüsusi icazə ilə yanaşı müqavilə forması da nəzərdə tutulmuşdur. Müqavilə əsasən təbii obyektlərin icazəyə verilməsi üçün bağlanır. Bağlanmış müqavilənin sahibi aşağıdakı əsas vəzifələri yerinə yetirməlidir: istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməsini; təbii ehtiyatların işlədilməsi, qorunması, bərpası və artırılması məsələlərini kompleks həll etməsini; ətraf mühitə mənfi təsirin qarşısını almaq üçün tədbirlər həyata keçirməsini; təbii ehtiyatların istifadəçilərinin hüquqlarını pozmamasını; təbiətə, adamların həyatına və sağlamlığına, fiziki və hüquqi şəxslərin əmlakına və mənafelərinə vurduqları zərəri ödəməsini və s. Hüququn ən yeni sahələrindən biri kimi ekologiya hüququ XX əsrin ikinci yarısında təbii ehtiyatların istifadəsi və mühafizəsinin nizamlanması kimi həyata keçirilməsindən irəli gəlmişdir. Belə ki, təbii ehtiyatların əsas hissələri dövlətə məxsus olmaqla, digər subyektlərə istifadəyə verilir. Təbiətdən istifadə hüququ — ekologiya hüququ institutunun tərkibi kimi özündə təbii ehtiyatların istifadəsinin qaydaları və şərtlərini, təbiətdən istifadəçilərin hüquq və öhdəliklərini tənzimləyən normativlərin sistemini əks etdirir. Təbiətdən istifadə hüququ — təbii obyektlərin istifadə üçün alınması ilə əlaqədar subyektlər tərəfindən konkret hüquq və öhdəliklərin əldə edilməsinin məcmusudur. Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şərtlərin öz müstəqilliyini yenicə qazanmış respublikamızda da mövcud olması, onun hüquq sistemində yeni bir hüquq sahəsinin əmələ gəlməsinə səbəb olmuşdur. Hüquqi tənzimləmənin predmetinin dəqiq müəyyən edilməsi hüquq normalarını düzgün tətbiq etmək üçün məcburi şərtdir. Belə ki, yalnız müəyyən əlamətlərə malik ictimai münasibətlər hüquqi tənzimləmənin predmeti ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il) qəbul edildikdən sonra ekologiya hüququnun tənzimlədiyi ictimai münasibətlərin əhatə dairəsi xeyli genişlənmişdir. İndi bu hüquq münasibətlərinin obyekti bütövlükdə ətraf mühitdir. Təbiət obyektlərinin mühafizəsi, yaxşılaşdırılması və bərpası ilə yanaşı, 11 onlardan istifadə iki əsas istiqamətdə aparılır: a)bilvasitə istismar olunan təbiət obyektlərindən səmərəli istifadə; b)istismar olunan təbiət obyektlərinin faydalı xüsusiyyətlərindən səmərəli istifadə. Beləliklə, ekoloji ictimai münasibətlər dedikdə, tarixi proseslərlə şərtlənən, təbiət obyektlərinin (təbii ekoloji sistemlərin), habelə insanın həyatına, fəaliyyətinə, sağlamlığına təsir göstərən digər maddi obyektlərin mühafizəsinə, yaxşılaşdırılmasına, bərpasına yönələn, yaxud indiki və gələcək nəsillərin maraqları naminə ətraf mühitin maksimum mühafizəsi məqsədi ilə bu amillərin qarşılıqlı təsirinə yönələn istehsalat münasibətləri başa düşülür. Beləliklə, cəmiyyətin və təbiətin qarşılıqlı təsiri sahəsində insanların maraqlarını və tələbatlarını nəzərə almaqla, aşağıdakı münasibətlər ekologiya hüququnun predmetini formalaşdırır: — təbiət obyektləri və ehtiyatları ilə bağlı mülkiyyət münasibətlərinin; — təbiətdən (təbii ehtiyatlardan) istifadə üzrə münasibətlərin; — ətraf mühitin mühafizəsi üzrə münasibətlərin; — fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının və qanuni maraqlarının müdafiəsi üzrə münasibətlərin təhlili. Məsələn, ətraf mühitin müxtəlif fiziki təsirlərdən mühafizəsi sahəsində ekoloji hüquqla tənzimlənən münasibətlər olduqca müxtəlif və çoxşaxəlidir. Buraya ətraf mühitin mühafizəsinin aşağıdakı sahələri aiddir: — dağ-mədən sənayesinin istismarından; istehsalat obyektlərinin doğurduğu səs-küydən; — tikinti prosesində və nəqliyyat vasitələrinin, məsələn, metronun istismarı prosesində yaranan vibrasiyalardan; — elektrotexnikadan istifadə zamanı yaranan elektromaqnit sahələrindən; — fiziki və radioaktiv təsirlərdən; — kənd təsərrüfatı texnikasından istifadə prosesində torpağa həddən artıq ağırlığın düşməsindən; — tullantı sularının su hövzələrinə axıdılmasından və s;

1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin