Ətraf mühitdən istifadənin tənzimlənməsinin prinsip və amilləri.
Ətraf mühitdən istifadənin prinsipləri həm ümumi hüquqi prinsiplərə, həm də bu sahəyə xas olan — sahəvi prinsiplərə əsaslanır. Sosial ədalət və sosial azadlıq prinsipi, hüquq bərabərliyi (qanun qarşısında bərabərlik) prinsipi, hüquq və vəzifələrin vəhdəti prinsipi, təqsirə görə məsuliyyət prinsipi, qanunçuluq prinsipi və digər prinsiplər bütövlükdə hüququn mahiyyətini müəyyən edən prinsiplərdir. Sahəvi prinsiplər xüsusi normalarda ifadə oluna bilər və ya hüquq normalarının analizi zamanı meydana çıxa bilər. Məsələn, ətraf mühitin mühafizəsinin əsas prinsipləri Ətraf mühitin mühafizəsi haqqında Qanunun 3-cü maddəsində təsbit edilib. Həmin prinsiplər, eyni zamanda ekologiya hüququnun prinsipləridir. Bir hüquq sahəsi kimi ekologiya hüququnun prinsipləri həmin sahənin özünəməxsus «mikrosxemini» təcəssüm etdirməklə, həm obyektiv, həm də subyektiv mənada cəmiyyətin və təbiətin optimal qarşılıqlı təsirinin tələblərinə 17 maksimum uyğun gəlməlidir [8]. Buna görə də ətraf mühitdən istifadədə ekologiya hüququnun bütün prinsiplərinə aşağıdakı əlamətlər xasdır: a) Obyektiv şərtlilik. Əgər o, təbiətə, tarixə və cəmiyyətə uyğun gələrsə, yalnız o zaman düzgün olduğunu qəbul etmək olar; b) Tarixi şərtlilik. Dövlətin quruluşu və siyasətinin dəyişməsi ilə ilk növbədə hüquqi tənzimləmənin prinsipləri də dəyişir. Belə ki, əgər 1978-ci il Azərbaycan SSR Konstitusiyasına görə torpaq və təbii obyektlər yalnız dövlət mülkiyyətində idisə, Azərbaycan Respublikasının 1995-ci il (12 noyabr) Konstitusiyasına görə onlar vətəndaşların xüsusi mülkiyyətində də ola bilər, yəni təbii obyektlərin müstəsna olaraq yalnız dövlət inhisarında olması prinsipi dəyişmişdir; c) Sistemlik. Ekologiya hüququnun bütün prinsiplərini ümumhüquq, ümumi və xüsusi prinsip hissələri kimi təsnifləşdirmək olar. Ekologiya hüququnun ümumhüquqi (konstitusiya) prinsipləri əsasən respublikamızın Konstitusiyasında təsbit edilmişdir və bu səbəbdən də ən yüksək hüquqi qüvvəyə malik olan göstərişləri təmsil edir. Onlara aşağıdakılar aiddir: 1. Xalq hakimiyyətiprinsipi ekoloji münasibətlərdə birbaşa qüvvədədir, yəni dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsi ilə öz məqsədlərini həyata keçirmək üçün Azərbaycan xalqının imkanlarını ifadə edir. Konstitusiyaya görə ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır. Xalqın seçdiyi hakimiyyət orqanları yerlərdə hər hansı obyektin tikintisi altına torpaq sahəsini ayıran və götürən zaman əhalini torpağın qarşıdakı verilməsi və vətəndaşların yerli referendumlar, toplantılar, yığıncaqlar, demokratiyanın digər birbaşa formaları vasitəsi ilə fikirlərinin ortaya çıxarılması haqqında məlumatlandırmalıdırlar. İctimai ekoloji nəzarət ekoloji nəzarətin bir forması olub, dövlət və istehsalat ekoloji nəzarəti ilə yanaşı fəaliyyət göstərir. 2. Humanizmprinsipi onunla ifadə olunur ki, ölkədə və beynəlxalq münasibətlər sahəsində təbiətdən istifadə münasibətləri hər şeydən əvvəl adamların 18 nəinki indiki, həm də gələcək nəsillərinin maraqlarını nəzərə almaqla qurulur. Bu səbəbdən adı çəkilən prinsipin iki tərəfi var: a)insanların sağlamlığına zərər vura biləcək təbii obyektlərin istifadə qaydasının yolverilməzliyi. Belə ki, müəssisələrə maqnit sahəsinin, çirkələnmənin, səs səviyyəsinin, atmosferə buraxılan zərərli maddələrin, mümkün yol verilən qatılığının normativlərinin artırılmasına icazə verilmir (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu). b)hər bir ekoloji hüquq münasibəti subyektinin borcudur ki, öz fəaliyyətini həmin davranışın ekoloji təhlükəsizliyinə ekoloji münasibətdə daha yaxşı uyğun gəlməni təmin edən üsulla həyata keçirsin. Belə ki, həyata keçirilməsi ətraf təbii mühitə zərərli təsir göstərə bilən təsərrüfat fəaliyyəti ilə bağlı qərarın qəbul edilməsindən qabaq dövlət ekoloji ekspertizası keçirilməlidir (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu). 3. Sosial ədalət prinsipi. Bu prinsipə görə hamının məhkəmə və qanun qarşısında bərabərhüquqlu olması, sağlam ətraf mühitdə yaşamaq hüququ, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının pozulması zamanı onların məhkəmə müdafiəsi ölkəmizin Konstitusiyasında təsbit olunmuşdur. Həmin prinsip ekoloji hüquq münasibətlərinin hər bir subyektinin ekolojihüquqi statusunun məhdudlaşdırılmasının aradan qaldırılmasını, ekologiyadan istifadədə bərabərhüquqlu vəziyyət imkanını təmin edir. 4. Qanunilik prinsipi. Bu prinsip ekoloji hüquq münasibətlərinin subyektlərinin bütün normativ göstərişləri dəqiq və qeyd-şərtsiz yerinə yetirməsi ilə ifadə olunaraq, özündə üç tərkib elementini birləşdirir: a)ekoloji hüquq münasibətlərinin subyektləri olan bütün vətəndaş və təşkilatların hamısına bütün normativ göstərişlərin şamil olunmasını nəzərdə tutan ümumilik prinsipini. Xüsusən də, Azərbaycan Respublikası ərazisində yaşayan hər kəs təbii sərvətlərə qayğı ilə yanaşmağa, təbiəti və ətraf mühiti qorumağa borcludur (AR-nın Konstitusiyası, maddə 78). b)qanunda nəzərdə tutulanlar istisna olmaqla hər hansı vəziyyətin bəhanəsi 19 ilə normativ göstərişlərin yerinə yetirilməsindən geriçəkilmələrin yolverilməzliyini nəzərdə tutan şərtsizlik prinsipi. Xüsusən də, ekoloji hüquq pozuntusu törətmiş şəxs qanunla müəyyən olunmuş məsuliyyətdən yalnız son dərəcə zəruri hallarda azad edilir. c)ölkəmizin hər hansı hissəsində ekoloji hüquq münasibətlərinin bütün subyektləri tərəfindən bütün normativ göstərişlərin eyni cür tətbiqini nəzərdə tutan vahidlik prinsipi. Bu səbəbdən qanunilik özündə yerli ənənə və xüsusiyyətlərin nişanələrini daşımamalıdır, o naxçıvanlı, gəncəli, şirvanlı ola bilməz, o vahid olmalıdır — azərbaycanlı olmalıdır. 5.Beynəlxalq və milli tərəflərə malik olan beynəlmiləlçilik prinsipi. Beynəlxalq tərəfdən beynəlmiləlçilik prinsipi ekoloji hüquq münasibətlərində ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı nəzərdə tutur (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu). Benyəlmiləlçilik prinsipi beynəlxalq hüquq normalarının milliliyə nisbətən üstünlüyünü nəzərdə tutur. Belə ki, əgər ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının digər dövlətlə (və ya dövlətlərlə) bağladığı beynəlxalq müqavilədə milli qanunvericilikdə nəzərdə tutulandan başqa qaydalar müəyyən edilmişdirsə, onda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir (Ətraf mühitin mühafizəsi haqqında Qanun). 6.Bütün təsərrüfatçılıq formalarının və təbii obyektlərə münasibətdə bütün mülkiyyət formalarınınbərabər-hüquqluğu prinsipi.O, aşağıdakı normativ qanunlarla təmin edilir: a)təbii obyektlərin təsərrüfat istismarı gedişində meydana çıxan inhisarçı meyillərin kəsilməsi. Belə ki, dövlət antiinhisar komitəsinin orqanları təbiətdən istifadəçi müəssisələrin fəaliyyətinə, onların məcburi parçalanması və ləğvinə qədər qanunla müəyyən olunmuş müdaxiləsini həyata keçirmək hüququna malikdir; b)təbiətdən istifadəçi müəssisələrin təsərrüfat fəaliyyətinə qanunsuz müdaxilədən müdafiə edilməsi. Məsələn, müəssisələr onların hüquqlarını pozmuş, 20 qanunsuz qərarın qəbul olunmasında günahkar olan vəzifəli şəxslərdən və idarəetmə orqanlarından maddi zərərin tam məbləğində cərimə ala bilər, həmçinin qanunsuz qərarın məhkəmə ləğvinə nail ola bilər. 7.Təbiətdən istifadəçilərin öz hüquq və öhdəliklərinin lazımi icrasının stimullaşdırılması prinsipi. Xüsusən də, qanunla ətraf təbii mühitin mühafizəsinin iqtisadi mexanizmi nəzərdə tutulmuş (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu), təbii ehtiyatların istifadəsinə görə ödənişlik prinsipi müəyyən olunmuş, aztullantılı və tullantısız texnologiyaların tətbiqi zamanı müəssisələrə vergi və digər güzəştlər həyata keçirilmişdir və s. Ekoloji qanunvericilikdə tətbiq olunan stimullaşdırmanı pozitiv və neqativə ayırmaq olar. Birinci, təbiətdən istifadəçilərin öz öhdəliklərinin lazımi icrasının stimullaşdırılmasında, ikinci — pozuntuya görə hüquqi və digər məsuliyyətin mövcudluğunda və tətbiqində ifadə olunmasında. 8.Subyektiv məsuliyyət daşıma prinsipi. Yəni yalnız ekoloji hüquq pozuntusuna görə təqsirliyə ekoloji-hüquqi məsuliyyətin tətbiqi (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu). 9.Ekoloji hüquq münasibətləri subyektlərinin hüquq və öhdəliklərininprinsipivahidliyi(AR-nın Konstitusiyası). Bu, vətəndaşların öz öhdəliklərinin onların hüquq və azadlıqlarının həyata keçirilməsindən ayrılmaz surətdə yerinə yetirilməsində ifadə olunur. Belə ki, hər kəs ekoloji hüquq pozuntusu ilə onun səhhətinə və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi, sağlam ətraf mühitdə yaşamaq, onun vəziyyəti haqqında düzgün informasiya almaq hüququna malikdir; hamı təbii və ətraf mühiti qorumağa, təbii sərvətlərə qayğı ilə yanaşmağa borcludur (AR-nın Konstitusiyası). Bu prinsipə görə ekologiyadan istifadə sahəsində hər bir hüquqa müəyyən öhdəlik uyğun gəlməlidir. 10.İnandırma və məcburetmənin uzlaşdırılması prinsipi— «əvvəlcə inandırmaq və yalnız sonra məcbur etmək» formulunu əks etdirir. Ekoloji ictimai münasibətlər sahəsində pozuntuya görə məcburetmə yalnız məcburi qaydada müəyyən edilmiş məsuliyyətə görə qəsdən cinayət törətmə və digər cinayət 21 pozuntusu növləri istisna olmaqla lazım olan hallarda tətbiq edilir. (AR-nın Cinayət Məcəlləsi). 11.Aşkarlıq prinsipi—təhrif olunmasına görə təqsirkar vəzifəli şəxslərin inzibati və digər məsuliyyət daşıdığı halları (Ətraf mühitin mühafizəsi haqqında AR-nın Qanunu), ətraf mühitin vəziyyəti haqqında ölkə ərazisində yaşayan hər kəsin düzgün informasiya almaq hüququnu nəzərdə tutur (AR-nın Konstitusiyası). Bununla, eyni zamanda, həmin prinsip ekoloji hüquq pozuntusuna görə məsuliyyətin tətbiqi zamanı aşkarlığı nəzərdə tutur ki, bu da çox mühüm prafilaktiki əhəmiyyətə malikdir [3,4,14,20]. Ətraf mühitdən istifadənin prinsiplərinin aşağıdakı növləri qeyd olunur: 1. Müvafiq ərazidə yaşayan xalqların maraqlarının prioriteti və ayrılıqda hər bir insanın hüquqlarının müdafiəsi. Hər bir vətəndaş ətraf təbii mühitə təbii fəlakət, bədbəxt hadisə, qəza, təsərrüfat və digər fəaliyyətlə əlaqədar yaranmış mənfi təsirdən səhhətini mühafizə etmək hüququna malikdir. Bu hüquq ətraf təbii mühitin mühafizəsi, vətəndaşların əmək şəraiti, məişəti, istirahəti, tərbiyəsi və təhsili üçün yaxşı şəraitin yaradılması, yaxşı keyfiyyətli qida məhsullarının istehsalı və satışı, həmçinin əhaliyə mümkün olan tibbi köməyin edilməsi ilə təmin olunur (Ətraf mühit mühafizəsi haqqında AR-nın Qanunu). 2. Təsisat maraqlarının ümumdövlət maraqları üzərində üstünlyünü aradan qaldıran təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin ümumdövlət tənzimlənməsinin birincilik prinsipi bundan əvvəlki prinsiplə sıx bağlıdır və onun təminedici qaydasıdır. Belə ki, torpağın istifadəçilərə verilməsi yalnız yerli hakimiyyət orqanlarının qərarı ilə həyata keçirilir. Nazirlik və baş idarələr isə ancaq təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin tənzimlənməsi üzrə ayrıayrı funksiyaları həyata keçirirlər. Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii ehtiyatların istifadəsi və mühafizəsi üzrə nəzarət funksiyasını həyata keçirir. 3. Təbii obyektləri onların məqsədli təyinatına tam uyğun olaraq istifadə 22 etməyə hər bir təbiətdən istifadəçinin öhdəsinə götürdüyü, təbii obyektlərin ciddi məqsədli istifadəsi prinsipi. Məsələn, qanunda yol verilən hallar istisna olmaqla kənd təsərrüfat təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəsi qadağandır. Təbii obyektlərin məqsədli təyinatı həm onların verilməsi (satın alınması) zamanı, həm də müəyyən hüquqi statusla pay verilməsi yolu ilə olduğu zaman müəyyən edilir. Təbii obyektlərin təsərrüfat quruluşu layihələrində təsbit olunmuş dövlət iradəsini təbiətdən istifadəçilərin yerinə yetirməsi məcburidir. Belə ki, müvafiq icazəsi olmadan müəyyən olunmuş qaydada təsdiq edilmiş yer quruluşu layihəsindən kənara çıxmağa görə təqsir vəzifəli şəxslər üçün cərimə nəzərdə tutulmuşdur . 4. Təbii ehtiyatların səmərəli istifadəsi prinsipi, təbii obyektlərin təsərrüfat istismarından minimal xərclərlə ən yüksək səmərə almağa cəhd etməni ifadə edən, bu zaman iqtisadi və ekoloji zərər yetirməyən, təbiətdən istifadənin qanunla qüvvəyə yüksəldilmiş iqtisadi tərəfini əks etdirir. Təbii obyektlərin səmərəli istifadəsi prinsipi bu işin iqtisadi və ekoloji tərəflərini nəzərdə tutur. 5. Təbii obyektlərin istifadəsində mühafizə tədbirlərinin üstünlüyü prinsipi onunla şərtlənmişdir ki, bütün təbii obyektlər təsərrüfat istismarının mənfi nəticələrindən sığortalanmamışdır. Bu və ya digər təbii obyektin təsərrüfat istismarı üzrə hər hansı təsir onun mühafizəsi üzrə müəyyən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə müşahidə olunmalıdır. Belə ki, ətraf mühitin mühafizəsi haqqında elə bir qayda müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı üçün təbiətdən istifadənin hər hansı növü zamanı sağlam ətraf mühit təmin edilməlidir; bu məqsəd üçün əhalinin həyatı, əməyi və istirahəti üçün normal ekoloji şəraitin təminatı, həyat və sağlamlığının mühafizəsinin önəmliyi müəyyən edilmişdir. 6. Təbiətdən istifadədə kompleks yanaşma prinsipi onunla ifadə olunur ki, 23 təbii obyektin istifadəsi zamanı bütövlükdə ətraf təbii mühitlə və digər təbii obyektlərlə onun bütün ekoloji əlaqələrini nəzərə almaq vacibdir. Bu səbəbdən hər bir konkret təbiətdən istifadə növünün tərkibində, adətən, təbiətdən istifadənin əsas məqsədi və əsas məqsəddən irəli gələn əlaqəli məqsədi olur. 7. Təbiətdən istifadənin sabitliyi prinsipi belə bir tələbatla şərtlənmişdir ki, hər bir təbiətdən istifadəçi öz vəziyyətinin sabitliyinə inanmalı və təbii obyektin istismarı zamanı bütün vacib işləri görməyi bacarmalıdır. 8. Təbii obyektlərin və təbii ehtiyatların ödənişli istifadəsi prinsipi. «Ətraf mühitin mühafizəsi haqqında» Qanunda (maddə 24) bütün təbii ehtiyatların istifadəsinə görə ödənişlilik müəyyən edilmişdir ki, bura ətraf mühitin çirklənməsinə və digər təsir növlərinə görə ödəmələr də daxildir [2,4,20,34]. Müxtəlif ekoloji fondların əmələ gəlməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə tutulur.
Ətraf mühitdən istifadənin və mühafizənin ekoloji-hüquqi normaları,təbiətdən istifadə hüququ,təbii obyektlərin mühafizəsi,onların mühafizəsinin tənzimlənmə formaları və metodları təhlil edilmişdir.
Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin metod və formaları,müvafiq dövlət idarəetmə fünksiyaları olan təbii obyektlərin uçotu və dövlət kadastrının aparılması,tədbirlərin planlaşdırılması,təbii obyektlərin bölgüsü,artırılması,onların ərazi quruluşu,nəzarət və hüquqi mübahisələrin həlli yolları ilə təmini məsələləri araşdırılmışdır.
Ətraf mühitdən istifadənin və təbiəti mühafizə tədbirlərinin prinsip və amillərinin qanuna,hüquq bərabərliyi və vəhdətinə,məsuliyyətə bağlılığı,onların obyektivlik,tarixilik və sistemlilik əsasında fəaliyyəti şərh olunmuş və həmin prinsiplərin Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş xalq hakimiyyəti,humanizm,sosial-ədalət,qanunilik,beynəlmiləlçilik və s. uyğunluğu göstərilmişdir.
Azərbaycan Respublikasında ətraf mühitdən istifadənin və mühafizənin idarə edilməsinin ekoloji-hüquqi aspektləri,iqarəetmədə ümumi və xüsusi salahiyyətli dövlət orqanları,onların hüquq və vəzifələri,ekoloji-hüquqi sahədə dövlət siyasətinin həyata keçirilməsində idarəetmə orqanlarının fəaliyyət növləri araşdırılmış və ekoloji-hüquqi əhəmiyyətli qanunların,norma və standartların hazırlanması və təkmilləşdirilməsində onların rolu göstərilmişdir.
Ətraf mühitin mühafizəsinin idarə edilməsində iqtisadi mexanizmlərin bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti göstərilmiş,qadağalar,məhdudiyyətlər,inzibati cəza tədbirlərinin,həmçinin yeni formalar olan təbii ehtiyatların kadastrı,material-texniki və maliyyə təminatı,təbiətdən istifadəyə görə haqq,ətraf mühitin çirkləndirilməsinə görə ödəniş,kredit və vergi güzəştlərinin tətbiqi məqsədəuyğun hesab edilir.
|