Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə102/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   98   99   100   101   102   103   104   105   ...   160
Beynelxalq marketinq muhazire

5. Françayzinq.

Françayzinq sahibkarlığın güzəştli növü kimi geniş yayılmışdır. Bu əsasən yüksək maliyyə vəsaitinə, böyük bazar payına, rəqabətlilik qabiliyyətinə malik olan iri kompaniyaların (françayzerlərin) kiçik firmaları, yaxud fiziki şəxsləri (françayzları) müəyyən şərtlərlə himayəyə götürməklə onların fəaliyyətinə təsir göstərir.Bu həm kiçik, həm də böyük firma üçün əlverişlidir. Çünki iri firma bazarın daha kiçik seqmentinə, daha xırda sahələrə xitab edə bilmir. Və bu zaman françayzların köməyilə həmin sahələrdə fəaliyyəti dolayı yolla təmin edilmiş olur. Deməli françayzinq razılaşmaya uyğun olaraq, sahibkarlığın elə bir formasıdır ki, françayzer (adətən iri ana kompaniya) kiçik firmanın müəyyən ərazi çərçivəsində fəaliyyətini himayəyə götürür. Onu özünün əmtəələri, reklam fəaliyyəti, hazır biznes taktikaları, biznes texnologiyaları ilə təmin etmək öhdəliyini öz üzərinə götürür. Bunun əvəzində isə firma isə kompaniyalara menecment və marketinq sahələrində fəaliyyət göstərilməsini öz üzərinə götürür. Və eyni zamanda françayzlar öz fəaliyyətlərini françayzerlərin, yəni ana firmaların fəaliyyətinə uyğunlaşdırmalıdırlar. Hal hazırda franşiz sistemləri sahibkarlıq fəaliyyətinin 70-dən çox sferasında aktiv işləyir. Bu sahələrdə françayzinq sınaqdan keçmiş biznes ideyalarının satılması vasitəsilə inkişaf strategiyasıdır. Françayzinqin lokal səviyyədən çıxıb qlobal səviyyəyə keçməsi həm ölkənin iqtisadi inkişafına kömək edir, həm də ölkələrarası iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərir. Ilk yaranandan bəri françayzinq fəaliyyətə tətbiq edildiyi bütün ölkələrdə özünü doğrultmuşdur. Yaranma yeri ABŞ olmasına baxmayaraq bu gün bütün dünya ölkələrində bu fəaliyyət növü geniş yayılmışdır.



Françayzer - baş şirkət, hansı ki, ticarət markasından istifadə hüququ daxil edilmələ müyyən hüquq verir;


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin