Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Texno­lo­giyaların verilməsi xarici bazarlara çıxış forması



Yüklə 0,65 Mb.
səhifə98/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   94   95   96   97   98   99   100   101   ...   160
Beynelxalq marketinq muhazire

3. Texno­lo­giyaların verilməsi xarici bazarlara çıxış forması.

Müasir dünya təsərrüfatçılıq əlaqələrinin formalarının və xarakterinin mürəkkəbləşməsi bir çox hallarda onların təhlil olunmasını çətinləşdirir. Belə ki, beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri sistemindən ayrılıqda valyuta, kredit və maliyyə münasibətlərindən ayrı-ayrılıqda xalis şəkildə bəhs etmək mümkün deyildir. Bu hal eyni ilə hazır məhsulların ticarətinə də aiddir ki, onu da mübadilə edilən avadanlıqların quraşdırılması, sazlanması, onlara xidmət göstərilməsi, təkmilləşdirilməsi və təmir edilməsindən ayrılıqda nəzərdən keşirmək mümkün deyildir. Kompaniyanın idarə edilməsi strategiyası və daha çox, ”yeni dünya təsərrüfatının” yaranmasının təhlilinə əsaslanan, yaradıcılığa, intellektə, ideyalara istiqamətlənən yanaşmaları birləşdirir. İstesalda inkişafın müəyyənedici faktoru innovasiya olmuşdur. Ticarət internetin geniş tətbiqi sayəsində kibernetik sferaya çevrilmişdir ki, burada hər bir obyekt və subyektin rəqəmli forması vardır. Beynəlxalq birlik qlobal və informasiyalı olmuşdur, çünki onun inkişafının əsasını informasiya texnologiyası, ictimai əlaqələr və dəyişən həyat tərzi təşkil edir. Ölkələr arasında real olaraq öz yerini dəyişən məhsullar siyahısından informasiya və texnologiyanın ayrırmaq nə həmişə mümkün olmur, nə də özünü doğrultmur. Belə ki, bu məhsulların dünyada istehsal olunan məhsulların ümumi dəyərində və ümumdünya ticarətində xüsusi çəkisi və əhəmiyyəti günü-gündən yüksək sürətlə artmaqdadır və müvafiq kəmiyyət müəyyənliyinə malikdir. Burada beynəlxalq iqtisadi münasibətlərin obyektlərinin qarşılıqlı əlaqəsi daha sıxdır. Məs: BİM-in, beynəlxalq xidmət ticarəti formasına aid olan beynalxalq konsaltinq, istehlakçıya bazarda davranmaq texnologiyasını və ya hər hansı məhsulun yaradılması texnologiyası üçün lazım olan müəyyən biliklərin, təcrübənin, nou-xau, verilməsini nəzərdə tutur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin