Mövzu 12. Beynəlxalq marketinqdə reklam.
12.1. Beynəlxalq marketinqdə reklam və onun növləri.
12.2. Əsas reklam vasitələri.
12.3. İctimaiyyətlə əlaqənin yaradılması.
12.4. Reklam yayımı vasitələrinin seçilməsi.
12.5. Reklam üslubunun tərtibi.
12.6.Beynəlxalq reklam kompaniyasının planlaşdırılması.
1. Beynəlxalq marketinqdə reklam və onun növləri.
Reklam – məlum sponsor adından ideyalara, əmtəə və xidmətlərə tələbatın yaradılması və satışının həyata keçirilməsi məqsədi ilə əmtəə və xidmətlər haqqında küləvi məlumatların təqdim olunması və irəlilədilməsinin pullu formasıdır.
Даими кцтляви реклам ашаьыдакы мягсядляр цчцн нязярдя тутулур:
Ямтяянин базара дахил едилмяси;
Сатыш щяъминин артырылмасы;
Ямтяянин базарда сахланылмасы.
Бцтювлцкдя реклам икили функсийаны йериня йетирир: потенсиал алыъылары ямтяянин мювъудлуьу, щямчинин онун ясас хассяляри вя сяъиййяви хцсусиййятляри барядя мялуматландырмаг;истещлакчылары ямтяяни алмаьа «вадар» етмяк вя сатыш щяъминин артырылмасы цчцн тяблиьат тядбирлярини эенишляндирмяк.Хариъи базарда мювъуд ситуасийадан вя ямтяянин зярурилик сявиййясиндян асылы олараг бу вя йа диэяр функсийанын ваъиблийи дяйишя биляр: бир щалда мялуматвериъи, диэяр щалда ися тяблиьат характерли реклам мцщцм ящямиййят кясб едя биляр. Беля ки, базарын щямъинс мямулатларла долдурулдуьу вя истещлакчы цчцн эениш сечим имканы олдугда биринъи дяряъяли ящямиййят тяблиьата верилир. Бунунла йанашы бир сыра ямтяя вя хидмятлярин сатышы мялуматвериъи рекламын эениш йайылмасыны тяляб едир. Мясялян, пяракяндя тиъарят васитясиля уъузлашдырылмыш малларын сатышы, дцканларын, йемякханаларын, аптеклярин вя с. йери вя иш реjиmи.
Məqsədlərindən asılı olaraq reklamı aşağıdakı növlərə bölmək olar: ilkin reklam, rəqabət reklamı, saxlanıma reklamı, nəsihətverici reklam, xatırladıcı reklam.
İlkin reklam - əvvəlcədən müəyyənləşdirilmiş mümkün alıcılar dairəsinə yeni əmtəə, ideya, yaxud xidmət haqqında, eləcə də onların keyfiyyəti, qiyməti, istehlak qaydası, satış yeri və s. kimi məlumatlarla tanış edən reklamlamdır. Belə reklam istehsalçını yeni əmtəəni almağa, yaxud da xidmətdən istifadə etməyə inandırmalıdır.
Rəqabət reklamı – reklam edilən əmtəəni rəqib firmaların istehsal etdiyi çoxsaylı əmtəələrdən fərqləndirilən və onun müsbət tərəflərini işıqlandıran ( yayan ) reklamdır. Bu reklam alıcını inandırmalıdır ki, o özünün müəyyən təlabatlarını ödəmək üçün məhz bu əmtəəni alsın.
Saxlanılma reklamı - əvvəllər reklamlaşdırılmış əmtəəyə olan tələbatın səviyyəsinin saxlanılması məqsədilə həyata keçirilən reklamdır. Bəzi hallarda belə reklam istehsalçının və satıcının anbarlarında qalan artıq əmtəənin olmasını və mövsümi satışı barədə alıcıya müvəqqəti təsir vasitəsi rolunu oynayır.
Nəsihətverici reklam – firma qarşısında seçmə tələbatı yaratmaq vəzifəsi baş qaldırdıqda istifadə olunan reklamdır. Əmtəənin həyat dövrünün artım mərhələsində geniş şəkildə istifadə olunur.
Xatırladıcı reklam – başlıca məqsədi istehlakçının yaddaşında əmtəə barədə məlumatların yenidən canlandırılması və onu əmtəəni yada salmağa məcbur etməyə yönəlmiş reklamdır.
Bir qayda olaraq əmtəə nişanı və digər populyarlaşdırıcı formaların təbliğatı və reklamı üçün istifadə olunur.
Reklamın qarşısına qoyulan əsas məqsədə çatmaq üçün onun növlərindən biri və ya bir neçəsi seçilir.Reklamın məqsədlərinə aşağıdakıları aid etmək olar:hər hansı bir əmtəə növü haqqında istehlakçıda müəyyən bilik səviyyəsinin formalaşdırılması;istehlakçıda müəssisə haqqında müəyyən təsəvvürün yaradılması;müəyyən növ əmtəəyə (məhsula,xidmətə) tələbatın formalaşdırılması; istehlakçılarda müəssisəyə qarşı xoş münasibətlərin formalaşdırılması; müəssisəyə(firmaya,şirkətə və s.) istehlakçılar tərəfindən müraciət etmə həvəsinin oyadılması;hər hansı növ məhsulun(xidmətin) yalnız həmin firmadan alınmasına qarşı həvəs oyadılması ;əmtəənin satışının həvəsləndirilməsi,əmtəə dövriyyəsinin yüksəldilməsinə və sürətləndirilməsinə müsbət təsir göstərilməsi;digər müəssisələrdə müəssisə haqqında etibarlı tərəf müqabilin formalaşdırılması vəs.
Reklam fəaliyyəti 3 mərhələni əhatə edir:
1.Reklamın planlaşdırılması-bu mərhələdə onun məqsədi müəyyən edilir və reklam proqramı yaradılır.
2.Reklamın reallaşdırılması-burada reklam müraciəti yaradılır və yayımlanır.
3.Reklama nəzarət.Bu mərhələdə reklamın nəticələri müəyyən edilir.
Reklamın vəzifəsi - istehlakçıların şüurunda reklamlaşdırılan əmtəə və onun istehsalçılısı barədə müsbət surət formalaşdırmaqdır. Bu, yeni əmtəə və onu bazara çıxaran yeni firma olduqda daha böyük əhəmiyyət kəsb edir.
Reklam üçün əmtəənin o xarakterik xüsusiyyətləri seçilir ki, o reklam üçün daha əlverişlidir, tez qavranılır və alıcının bazarlıq vaxtı davranışına ən çox təsir göstərə bilir. Nəzərdə tutmaq lazımdır ki, istehlakçını reklamda əmtəənin rəqib əmtəəsindəkinə nisbətən üstün cəhətlərini göstərməkdən daha çox, onun hər hansı bir təlabatını həmin əmtəənin nə dərəcədə ödəcəyinin reklamlaşdırılması daha çox maraqlandıracaqdır.
Dostları ilə paylaş: |