2. Əsas reklam vasitələri.
Reklamın verilmə vasitələri onlarla və hətta yüzlərlədir. Klassik reklam elanları, plakatlardan tutmuş, brelok, etiket və yapışdırılan lentlərə ( zolaqlara ) qədər yayılmışdır.
Müasir dövürdə əsas reklam vasitələri kimi aşağıdakılardan geniş istifadə olunur:
Birbaşa reklam. Buraya daxildir:
Poçtla ( “ direkt meyl ” ) göndərişlər;
Şəxsən təqdim olunan reklam materialları, məlumat məktubları, vərəqələr və s.
Dövri mətbualtla və sorğu kitabçalarında reklam. Bu reklamın aşağıdakı növləri var:
Qəzetlərdə reklam;
Ümumi təyinatlı jurnallarda reklam;
Xüsusi təyinatlı jurnallarda reklam;
Digərləri.
Çap rekamı – mətbəə üsulu ilə çap olunur və aşağıdakı növləri var:
Prospektlər,
Kataloqlar,
Bukletlər,
Tablolar,
Vərəqlər, atkrıtkalar, təqvimlər və digər çap məlumatları.
Ekran reklamları. Aşağıdakı növləri var:
Kino reklamlar,
Televizorda reklam.
Radioda reklam – radio dalğalarında yayılan reklamdır.
Xarici reklam. Xarici reklamın aşağıdakı növləri var:
Küçədə reklam;
Nəqliyyatda reklam;
Işıq reklamı.
Azərbaycan Reklamçılar İttifaqının məlumatına görə, 2006 – cı ildə respublikanın reklam agentlikləri 3.0 milyon $ -dan çox gəlir əldə ediblər ki, bunun da 60% - i ölkənin teleradio şirkətlərinin, 40% - i isə çap nəşrləri və küçə reklamlarının payına düşür.Azərbaycanda reklam biznesini gənc sahə adlandırmaq olar. Ölkəmizdə reklam fəaliyyətinin siyasi və ticarət reklamı xarakterli olması müxtəlif dövrlərdə müxtəlif nisbətlərdə olmuşdur. Bunu aşağıdakı cədvəldə daha aydın görmək olar.(Şəkil 1)
Dostları ilə paylaş: |