Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq rəqabət və onun iqtisadi mahiyyəti



Yüklə 0,65 Mb.
səhifə85/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   81   82   83   84   85   86   87   88   ...   160
Beynelxalq marketinq muhazire

3. Beynəlxalq rəqabət və onun iqtisadi mahiyyəti.

Rəqabət - bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə tə`sir etmək imkanına əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;

İqtisadi inkişafın bazar mexanizmində bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir.“Rəqabət” analayışı iqtisadi nəzəriyyəyə latın dilindəki “concurrentia” sözündən daxil olmuş, azərbaycan dilində “toqquşma”, “yarış” deməkdir. İqtisadiyyatda rəqabət dedikdə müxtəlif qrup insanların alternativ istifadə imkanlarına malik məhdud həcmdə nemətə malik olmaq uğrunda mübarizəsi nəzərdə tutulur.

Sərbəst rəqabət sistemi elə bir qaydadır ki, burada özəl təsərrüfat fəaliyyətinin hüquqi bazisi şəxsiyyətin sərbəstliyinə, xususi mülkiyyətə və satışın maddi və formal məzmununun müəyyən edilməində dövlətin az iştirakına əsaslanır.

Rəqabət amerika azad sahibkarlıq sisteminin ayrılmaz tərkib hissəsi hesab edilir. Rəqabət həmişə amerika biznesi tarixinin ilk dövrlərindən başlayaraq dövlət tərəfindən qiymətləndirilmişdir. Bu gün də ABŞ-da rəqabət firmalarının ölçüsündən və ixtisaslaşmasından asılı olmayaraq biznesin hər bir növündə baş verir.

Amerika standartlarına görə rəqabət iki yerə - xalis rəqabətə və rəqabətə ayrılır.

Xalis rəqabət o sahələrdə müşahidə olunur ki, orada firmaların əksəriyyəti anoloji məhsullar istehsal edirlər və ya xidmətlər göstərirlər, və hər bir firma öz məhsulunu digər sahələrə yenidən profilləşdirə bilərlər. Adətən xalis rəqabətli sahələrdə dövlət tərəfindən tənzimlənmə yoxdur.

Əgər sahələrdə az firma fəaliyyət götərirsə, onda rəqabət başqa yönümdə cərayan edir və xarakterizə olunur.

Rəqabətin aşağıdakı növləri vardır:


  1. Firmalar arasındakı “xalis” rəqabət;

  2. Monopolistik rəqabət;

  3. Firmadaxili rəqabət;

Xalis rəqabət nəzərdə tutur ki, firmalar bazara çıxarkən bir-birləri ilə əlaqədə olmurlar və sərbəst olaraq alıcılar uğrunda mubarizə aparırlar. Amerika təcrübəsində bu cür rəqabətə fermerlər arasında kənd təsərrüfatı məhsullari bazarında rast gəlinir.

ABŞ-da rəqabətə praktiki olaraq bir ıra amillər (dövlət tənzimlənməsi, firmalar arasında razılaşmalar və s.) təsir edir.

Monopolist rəqabət dedikdə firmalar arasında bazarların və yaxud da onun əksər hissəsinin trest, sindikat, kartel və s. çərçivəsi şəkilində bölüşdürülməsi nəzərdə tutulur.

Firmadaxili rəqabət bir çox iri amerika kompanyalarıda hələ 20-ci illərdə meydana gəlmişdir. Bu rəqabət növünün mahiyyəti ondan mütəlif bölmələr bir-birilə rəqabət edirlər. Bu rəqabət də məhsulun keyfiyyətinin yaxşılaşdırılması, istehsal və marketinq xərclərinin aşağı salınması üzrə həyata keçirilir. Bu rəqabət müxəlif bölgələrin maliyyə və mühasibat sənədlərinin müqasisəsi ilə həyata keçirilir.

Sahikarlar bazarda öz mövqelərini yaxşılaşdırmaq uğrunda rəqabət mübarizəsində vasitə kimi məhsulun keyfiyyəti, qiymət, servis xidməti, təchizat və ödəmə şərtləri, reklam və s. - dən istifadə edirlər. Sahibkarlıq fəaliyyətində rəqabət tənzimləmə, motivləşdirmə, bölgü və nəzarət funksiyalarını yerinə yetirir.

Tənzimləmə funksiyası, sahibkarın rəqabət mübarizəsinə davam gətirmək üçün istehlakçının üstünlük veridiyi məhsulu bazara təklif etməsi zəruriyyəti ilə əlaqədardır. Nəticədə istahsal resursları qiymətin təsiri ilə onlara ən böyük təlabat olan sahələrə istiqamətlənir.

Qiymət rəqabətindən əsasən daha zəif rəqibləri bazaradan çıxarmaq məqsədilə istifadə olunur. Firma bazarda yüksək paya malik olmaqla həm istehsal xərclərini aşağı salmağa, həm də uzun müddətli mənfəət əldə etməyə nail olur. Tələbin qiymətə görə elastik olduğu sahədə firma məhsul vahidinə düşən gəliri azaltmaqla satışın həcmini artıraraq məcmu mənfəətin səviyyəsini artıra bilər. Bu zaman reallaşdırma həcminin artırılması istehsal və satış xərclərini nisbətən azaltmağa imkan verir. Bu məqsədlə firma satışın genişləndirilməsi və bazarda daha da böyük payı əldə etmək üçün qiymətləri azaldır.

Beynəlxalq rəqabət qabiliyyəti subyektlərin kompleks sosial - iqtisadi xaoakteristikasıdır ki, müəyyən vaxt aralığında beynəlxalq bazarlar toplumunda real rəqibə münasibətdə onun üstün səviyyəsində əks olunur.

Rəqabət latın sözü (concurere) olub, «toqquşma, qarşılaşma, bəhsləşmə» mənasını verir.

Beynəlxalq rəqabətin strukturuna 3 əsas səviyyə daxildir:

- ölkələr;

- müəssisələr;

- əmtəələr.

Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti mürəkkəb, kompleks, çoxsahəli bir anlayışdır.Bununla belə, o tam mövcud dinamikliyi ilə xarakterizə olunur. Tam ümumiləşmiş şəkildə onun müəyyənləşməsi üçün aşağıdakı kimi qeyd edə bilərik.Beynəlxalq rəqabət qabiliyyəti ölkələr səviyyəsində, ölkədə başqa ölkələrin milli sistemləri ilə qarşıdurmada ağalıq edən sosial-iqtisadi səmərəlilik sistemi göstəricisidir. Beynəlxalq rəqabət qabiliyyətinin kriteriyası kimi ölkə səviyyəsində Beynəlxalq Əmək Birjası əsasında istehsal xərclərinin optimallaşması çıxış edir.

Rəqabət üstünlüyü nəzəriyyəsi ondan irəli gəlir ki, istənilən ölkə müəyyən, bir qayda olaraq xüsusi, özünəxas rəqabət üstülüyü dəstinə malikdir. Buna görə də dövlətin siyasəti əsasən bütün təsərrüfat subyektlərinin ədalətli rəqabət mübarizəsinin genişlənməsi üçün xoşagələn iqlim yaratmaq yolu ilə ölkələrin rəqabət üstünlüklərinin inkişafı və saxlanmasına istiqamətlənməlidir.

Bundan başqa, dövlət əsas diqqəti ölkənin ixrac potensialının inkişafına və milli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə yönəltməlidir. Ölkələrin rəqabət qabiliyyətinin əsas tərkib hissələrinə milli sahələrin dünya bazarında rəqabət qabiliyyəti ilə qarşılıqlı əlaqədə baxaq.

Beynəlxalq rəqabət üzrə dünyada qəbul edilmiş mütəxəssis M. Porterə görə, ölkələrin rəqabət qabiliyyəti onun ehtiyatlarından istifadənin məhsuldarlığı ilə ölçülür.Beynəlxalq rəqabət olmasaydı, onda bir ölkənin məhsuldarlıq səviyyəsi başqa ölkələrdəki vəziyyətdən asılı olmazdı.Amma beynəlxalq ticarət və istehsal amillərinin qarışması ölkənin ehtiyatlarından istifadənin məhsuldarlığının yüksəldilməsi üçün imkan verir, eyni zamanda onun artması və azalması daimi səviyyə üçün təhlükə yaradır. Rəqabət mübarizəsində müvəffəqiyyət qazanmaq istəyən ölkələr, bazarın elə sahəsində, seqmentində ixtisaslaşmalıdır ki, orada onun firmaları nisbətən rəqabət qabiliyyətli olsunlar və o malları, o xidmətləri əldə etməlidir ki, onların firmaları, həmin mal və xidmətlər üzrə, xarici ölkələrə güzəştə getsin.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin