2.1. Uşaqların kompüterdən istifadə zamanı oyun oynaması
Oyun, uşağın yetkinliklə bağlı rollar öyrəndiyi məktəb, hiss dünyasına aid gərginlik və mübarizələrini aydınlaşdırdığı müalicə şəraiti, sosial münasibətlərini və zəkasını inkişaf etdirdiyi düşüncə laboratoriyasıdır. Həyatın davam etdirilməsində hava və su əhəmiyyətli olduğu qədər, uşaq üçün də oyun əhəmiyyətlidir. Uşaqlığımızı xatırlasaq, gizlənqaç, gözübağlama, ortadaqaldı kimi fiziki, sosial və zehni qabiliyyətləri inkişaf etdirən oyunlar oynardıq. Qaydaları özümüz müəyyən edir, müəyyən məsuliyyət daşıyır, fiziki enerjiyə əsaslandığına görə bir qədər sonra oyunu bitirir, evə gəldikdə isə şirin yorğunluqla yatar, valideynlərimiz də bizim gərginliklərimizə və etdiyimiz yaramazlıqlara çox vaxt sərf etməzdilər.
İnkişaf edən texnologiya bir çox şeydə olduğu kimi uşaqların oyun mədəniyyətində də köklü dəyişikliyə səbəb oldu. Texnologiya məhsulları, məhsulların məqsədinə görə formalaşdı və istehsal edilən oyunlar uşaqların dünyasına hakim oldu. Övladlarımızı hər cür kənar təhlükədən qorumaq düşüncəsiylə, "Hər zaman gözümüzün qarşısında olsunlar!" deyərək onları kompüter oyunlarıyla baş-başa buraxdıq. "Uşaq burada vaxt keçirsin, mən də işlərimi görüm!" düşüncəsiylə kompüter arxasında əyləşdirilən uşaqlar bir qədər sonra kompüter oyunlarından asılı vəziyyətə düşdülər. Uşaqlarının kompüterdən istifadəsinə müəyyən məhdudiyyət qoya bilməyən ailələr virtual dünyanın əsiri olan uşaqlarına belə oyunları bir müddət sonra tamamilə qadağan edərək işi daha çətinləşdirdilər.
Bəs nə etməli?-Hər şeydən əvvəl "Nə üçün uşağımız saatlarla kompüter arxasında oyun oynayır? Hansı oyunları oynayır? Oyun müddətləri normaldır, yoxsa asılılıq yaradacaq səviyyədə?" suallarına cavablar taparaq problemin mənbəyi müəyyən edilməli, sonra bunun həlli yolları axtarılmalıdır.
Uşaq nə üçün saatlarla kompüter arxasında oyun oynayır?-Şübhəsiz ki, hər uşaq oyun oynamalıdır. Bunu qadağan etmək doğru deyil. Uşaq oyunla gərginliyini çıxarır, problemi həll etmə gücünü inkişaf etdirir, sosial məharətlər və şəxsiyyət qazanır. Bütün bu xüsusiyyətləri kompüter oyunları uşaqlara qazandıra bilər? Əlbəttə ki, yox! Elə isə nə üçün uşaqlar saatlarla kompüter arxasında oyun oynayırlar? Bunun səbəblərini sıra ilə belə qeyd etmək olar:
1. Oyunların mövzusu və daim növbəti yüksək səviyyə təqdim etməsi insanın beynində ciddi fəaliyyət hissi yaradır və bununla əlaqəli olaraq beyində dopamin molekulu ifraz edilir ki, bu da zövq alma və razılıq hissinə səbəb olur. Bu zövq və razılıq hissi bir qədər sonra oyunla əlaqələndrilərək daha da qüvvətlənir və asılılıq yaradır.
2. İnternetdən oynanılan oyunlar bioloji olaraq beyindəki dopaminin miqdarını artırdığı halda, psixoloji cəhətdən müxtəlif problemlərə səbəb olur. Oyunların əsasını təşkil edən üst səviyyəyə keçmə, uşağı sevindirir və eqoizm hissini artırır. Bu uşağın sosial həyatda əldə etmədiyi hörməti virtual mühitdə əldə etməsini təmin edir və uşağı oyunda saxlayır.
3. Əslində bəlkə də uşağımız hər hansı problemdən uzaqlaşmaq üçün oyunlarla vaxtını keçirir. Ata-ana mübahisələrinin çox olduğu narahat və ya gərgin ailə şəraitlərində uşaqlar oyundan asılı olmağa daha meyilli olurlar.
4. Hər yaşda və hər sosial mühitdə müxtəlif psixoloji problemlər oyun asılılığının səbəbi olur. Gənclər ailə və ya məktəblərində fərd kimi qəbul edilib və hörmət görmürlərsə, ən azı özlərini isbat etməyə ehtiyac hiss edirlər.
5. Sosial mühit də oyun vərdişlərini müəyyən edir. Uşağın yoldaşları arasında etdiyi söhbətlər oyunlar haqqında olur və uşaq oyundakı uğurları ilə özünü yoldaşlarına isbat etməyə çalışır.
6. Xüsusən yetkinlik dövründəki gənclər özlərini təsdiq etməyə ehtiyac hiss edirlər. Bu vəziyyətdə olanlar yoldaşlarının təsdiqini almağa çalışarkən, ata-analarının tələblərinə əməl etmək istəmirlər. Sosial inkişafları baxımından ən ağır dövrlərini yaşayan yetkinlər, özlərinə yeni adlar seçməklə məşğul olurlar. Bəzi yetkinlər oynadıqları oyunlar vasitəsilə saxta adlar yaradır, həmin adları bir müddət sonra həqiqi adları ilə əvəz edirlər.
7. Yetkinlər bəyənmədikləri xüsusiyyətlərini virtual dünyada dəyişdirmək imkanı əldə edirlər. Virtual həyatında adından bezənlər yeni ad yaradıb hər şeyə yenidən başlayırlar. İnternet şəraitində adlarını gizləmə və istədikləri adda görünmə imkanına malik olan yetkinlər, texnologiya sayəsində istədiyi şəxsiyyətə sahib olurlar. Halbuki bu dövr, özünü qüsurları ilə birgə qəbul etmək və şəxsiyyətini inkişaf etdirmə dövrüdür.
8. Daim saxta addan istifadə etmək, psixoloji cəhətdən uşağa əziyyət verir, onu tez inciyən şəxsiyyətə çevirir. İnternetdən çox istifadə edən və internet asılılığının (patoloji/internetdən doğru olmayan istifadə) əlamətlərini daşıyanlar, internet şəraitində daim ideallaşdırdıqları virtual adlarını həqiqi həyata gətirmək və bu cür də görünmək istəyirlər. Bu hal isə insanın şəxsiyyətində ciddi problemlərə səbəb olur. Nəticədə ad qazanma mərhələsində çətinlik çəkən insanlar, interneti həqiqi həyatın məsuliyyətlərindən və əsl adlarından qaçmağa vasitə hesab edirlər.
9. Dövrümüzdə yetkin gənclər arasında internet vasitəsilə yoldaşlıq yaratmaq çox geniş yayılıb. Onlar internetdə oynadıqları oyunlar vasitəsilə yaratdıqları əlaqədə asanlıqla təsdiq əldə edir və qəbul olunurlar. Lakin bu həyatın həqiqətlərinə ziddir.
10. Bəzi virtual oyunlar, öz görünüşündən, xüsusiyyətindən, hətta ata-anasından və yaşadığı yerdən razı olmayanlara istədiyi xüsusiyyətdə və görünüşdə, dünyanın istədiyi yerində virtual olaraq ikinci həyat yaratmaq şəraiti təqdim edir.
Əgər övladınız sosial, psixoloji və fiziki baxımdan mənfi təsir aldığı halda kompüter arxasından durmursa, deməli onda asılılıq yaranıb. Məktəbə getmirsə, yaxud gec gedirsə, dərslərində uğursuzluq varsa, məktəbdən gələn kimi və ya yataqdan qalxan kimi kompüterini açırsa, onurğasından şikayətləri varsa, qidalanma vərdişləri dəyişibsə, kompüterin arxasından qaldırıldığı zaman əsəbi və gərgin olursa, bu, uşağımızın virtual aləmin əsiri olması deməkdir.
Aparılan araşdırmalarda, çox kompüter oyunu oynayan uşaqların həyata qarşı etinasız olduqları, oyun qəhrəmanlarının həyatları ilə əsl həyat arasındakı fərqləri başa düşməkdə çətinlik çəkdikləri, yoldaşlıq, dostluq, bölüşmə hisslərindən uzaq olduqları, uzun müddət otaqdan çıxmayaraq kompüter arxasında vaxt keçirdikləri üçün ailə təcrübəsindən, problemi həll etmə qüvvəsindən, əsl həyatın problemlərini dərk etmə xüsusiyyətlərindən məhrum olduqları aydın olmuşdur. Həmçinin kompüter qarşısında yalnız barmaqlarından və gözlərindən istifadə etdikləri, həqiqi həyatdakı oyunlarda olduğu kimi hər hansı fiziki gücdən istifadə etmədiklərinə görə uşaqların orqanizmindəki inkişaflarının geri qaldığı, enerjilərini çıxarmayıb əsəbi və gərgin olduqları, nizamsız qidalanma və çəki problemlərilə qarşılaşdıqları, bu səbəbdən bütün bunların ciddi fiziki inkişaf və sağlamlıq problemlərinə səbəb olduğu müşahidə edilmişdir.
Bunu necə müalicə etmək olar?-Həqiqi həyat, yaşatma, qarşılıqlı kömək və fədakarlıq üzərində qurulmasına baxmayaraq, təəssüf ki, virtual oyunların bir çoxu övladlarımıza bu dəyərlərin əksini aşılayır. Vurma, sındırma və öldürmə kimi hər cür təzyiq uşağımızın həqiqi həyatda təzyiqi normal qarşılamasına və həqiqi dəyərlərdən uzaqlaşmasına səbəb olur. Bu qarışıq şərait uşağımızın evdən (əldən) getməsinə şərait yaradır.
Nə etmək olar?
1. Əgər uşağımızda böyük asılılıq yaranıbsa, mütləq mütəxəssisdən dəstək almalıyıq.
2. Unutmamalıyıq ki, ən sadə və təsirsiz həll, qadağan etməkdir. Həmçinin bu, problemləri daha da çətinləşdirir, uşaq və ailəni qarşıdurmaya sövq edir. Bu səbəbdən uşağımızın nəzarət altında oyun oynamasına icazə verib müəyyən saatlarda oyun oynamasını, bir müddət sonra isə bu saatları daha da azaltmasını təmin etməliyik. Digər asılılıqlardan fərqli olaraq oyun və internet asılılığı çox gizli olduğuna görə müalicəsi də buna uyğun olaraq mərhələli aparılmalıdır.
3. Əsasən uşağımızın internet və kompüter arxasında nə üçün bu qədər vaxt sərf etməsinin əsl səbəbini araşdıraraq, bunu aradan qaldırmağa çalışmalıyıq. Əks halda internet və kompüteri qadağan etmək müəyyən nəticə verməyəcək.
4. İnternet və kompüter istifadəsilə bağlı uşağımızla birgə ortaq qərarlar verməli və bunları tam şəkildə həyata keçirməliyik.
5. Evdəki kompüteri uşağımızın otağından çıxarıb ortaq istifadə sahələrinə qoymalıyıq.
6. Onları idmana sövq etməliyik.
7. Yeni sosial qabiliyyətlər əldə etməsi üçün müxtəlif fürsətlər verməliyik.
8. Virtual oyunlar əvəzinə birgə işlər görməliyik.
9. Uşağımızın doğru yoldaşlıqlar qurmasını dəstəkləməli, yoldaşlarıyla vaxt keçirməsinə sövq etməliyik.
10. Övladlarımızın internet təcrübələrini bizimlə bölüşmələrinə şərait yaratmalıyıq.
11. Övladlarımıza yalnız internet şəraitində tanış olmağa əsaslanan yoldaşlıqlar qurmamalarını tövsiyə etməliyik.
12. Etibarlı internet valideyn nəzarətini əvəz edən deyil, onu tamamlayan nəzarət mexanizmidir. Bu səbəbdən etibarlı internetlə yanaşı internet və oyuna nəzarət vasitələrindən də istifadə etməliyik.
13. Xüsusən hər məhəllə və ya yaşayış sahələrində uşaqların oyun oynayacaqları güvənilən oyun məkanları yaradılmalıdır.
14. Uşağımızın mənəvi dünyasını daim qidalandıran mühit yaradaraq doğru xarakter və şəxsiyyət əldə etməsinə kömək etməliyik.
15. Gəmi üçün duman nə deməkdirsə, insan üçün də iradə odur. Bu səbəbdən uşağımıza iradə ilə bağlı təhsil verməliyik. "Bu gün internetə getməyəcəyəm, oyun oynamayacağam" deyən uşaq, buna əməl etdiyi təqdirdə iradəsilə hərəkət etməyin zövqünü yaşayacaqdır.
NƏTİCƏ
Nəticədə bu problemin həlli, texnologiyaya qarşı çıxmaqla mümkün deyildir. Əsas məsələ, texnoloji məhsullara hakim olmaq və onlardan xeyirli məqsədlər üçün istifadə etməkdir. Bunun nəticəsində həmin məhsulların mənfi təsirləri azaldılacaq, faydaları artırılacaqdır. Həmçinin bu texnoloji ixtira və inkişafların çox böyük nemət olduğunu da yaddan çıxarmamalıyıq. Nemət şükür tələb edir, şükür isə neməti artırır. Bu da yalnız Allahın əmr və qadağalarına tabe olmaqla, onlardan halal çərçivədə istifadə etməklə mümkündür. Əks halda, məqsədin əksi ilə cəza almaq olar. Bu cəza övladlarımızın əldən getməsilə nəticələnirsə, daha ağır olur. Bu səbəbdən dövrün ən böyük nemətlərindən biri olan internet və kompüterdən lazımınca istifadə etməyə diqqət göstərməliyik.