Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə15/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   11   12   13   14   15   16   17   18   ...   194
Ulamalı xış qurama quruluşa malik olub qol, kötük, ulamadəstək və gavahın olmaqla, 5 
hissədən ibarət düzəldilirdi. Ulamalı  xışlar «bazı» adlanan qolunun əyri və ya düz olmasına, 
habelə onun ulama ilə birləşmə üsuluna görə bir-birindən fərqlənirdi. Xışın kötüyünə  dəmir 
gavahın əlavə olunması tipoloji cəhətdən onu qismən kotana yaxınlaşdırmışdır. 
Bir qayda olaraq, xış bazısının uc hissəsində 2-3 ədəd oyuq açılırdı. Ulama həmin oyuqlardan 
birinə keçirilmiş «güc ağacı» vasitəsilə əyri qola calanıb birləşdirilirdi. Daha sonra ulamanın başı 
ip və ya çubuqdan hörülmüş «burğu» vasitəsilə boyunduruğa qoşulurdu. Bu məqsədlə çox vaxt 
şilgir və ya tənək burmasından istifadə olunarmış.  İmkanlı ailələr çox vaxt bu məqsədlə mal 
gönündən köşə çəkib «kağan» hörərmişlər. Bazı oyuqları bir qayda olaraq, torpağın dərin və ya 
üzdən  şumlanmasını  tənzimləməyə xidmət edirdi. Dərin  şum etmək üçün «güc ağacı»  əyri 
bazının birinci oyuğuna keçirilirdi. Bu halda xışın qolu qismən aşağı  vəziyyət alaraq, kötüyün 
dabanının bir qədər yuxarı qalxmasına səbəb olurdu. Əkin torpağının ilk və son şırımını salan 
zaman, xış ulaması, adətən, ilk oyuqdan qoşulardı. Bundan fərqli olaraq, qumsal torpaqlar, 
habelə səpilmiş toxumun batırılması üçün aparılan ikinci şumlama prosesi o qədər də dərin şum 
tələb etmirdi. Buna görə də, belə halda xışın ulamasını son oyuqdan qoşardılar. Bir qayda olaraq 
xışın bazı  və  dəstəyi bilavasitə kötüyə birləşdirildiyindən  əkinçilər arasında ona həm də «bazı 
binəsi», yəni «bünövrəsi» deyilirdi. Adətən, xış kötüyünün ucu nazik, arxası isə yoğun və enli 
formada düzəldilirdi. Bəzən xış qolunun kötüyə birləşdirilməsi üçün onun ortasında deşik 
açılırdı.  Əyri qolun aşağı ucu kötüyün deşiyinə geydiriləndən sonra onun arxa tərəfinə  dəstək 
birləşdirilirdi. Qolun kötükdən çıxmaması üçün onun arxasına ağac paz vurulub bərkidilirdu. 
Xışın şumlama əmsalını artırmaq üçün onun kötüyünə gavahın keçirilirdi. 
Torpağın asan şumlanmasını  təmin edən, dəmir gavahının ucu, bir qayda olaraq küt 
üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu. Lakin hansı növ 


 
25
torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, 
xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti 
olması ilə  də onlar bir-birindən seçilirdi. Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə 
düzəltdirilirdi. 
Azərbaycanda istifadə olunmuş  xışlar quruluş  və formalarına görə, bir sıra məhəlli 
xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü «ulamalı xış», «qollu xış», «çatma xış», 
«işkilli xış» və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər 
etnoqrafik bölgələrində rast gəlinirdi. 
Ulamalı  xış  Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. 
Ulamalı  xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı 
Azərbaycanın ayrı-ayrı bölgələrində «ulama», «çilə», «çatma», «məsənə», «uzatma» və s. 
adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı. 
Ulamalı  xış, adətən, kötüyünün arxadan «qulaqlı», dəstəyinin iki əlcəkli düzəldilməsi və 
metal qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını 
çevirmək məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi. 
Ulamalı  xış nisbətən təkmilləşmiş  şum aləti olub, torpağı daha yaxşı  şumlayırdı. Belə 
xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona 
iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.
2
 
Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi. 
Suvarılan torpaqların  şumlanması nisbətən çətin olduğundan qaim torpağı  kəsmək üçün 
xışların qoluna həm də «qılınc» bərkidilirdi. Bundan əlavə  xışın kötüyündə «qulaq» adlanan 
ayaq yeri düzəldilirdi. Torpağı  dərin  şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin 
«qulağı»n üstündən aşağı basırdı. 
İkinci il təkrar  əkilən çəltik sahəsi nisbətən yüngül xışla  şumlanırdı. Xalq arasında çəltik 
gərinin  şumlanması  əməliyyatı «gərvanlama» adlandığından xışın bu növünə, adətən, «gərvan 
xış» da deyilirdi. 
Azərbaycanın ənənəvi şum alətləri arasında istehsal göstəricilərinə görəkotan xüsusi yer 
tutmuşdur. Xalq arasında o, daha çox «diyircəkli» kotan və ya «qara kotan» adı ilə məlum idi. 
Azərbaycanda şum aləti qədim tarixə malikdir. Diyircəkli kotan xış ilə qara kotan arasında 
bir növ keçid vəsiləsi təşkil edirdi. Onun «xəmsə» adlanan və iki hissədən ibarət olan qolunun 
bir ucu kotanın «kötük» və ya «künə» adlanan binəsinə, digər ucu isə məsənəyə birləşdirilirdi. 
Məsənə isə öz növbəsində qoşa təkərli oxa bərkidilirdi. Diyircəkli kotan kötük (künə, binə), 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin