Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə16/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   12   13   14   15   16   17   18   19   ...   194
xəmsəməsənə, dəstə (maj, mac, məc), batar, gavahın, qılınc və bir cüt  təkərdən ibarət olub 3-4 
boyun qoşqu heyvanı ilə işlədilmişdir.
3
 
Zaqafqaziyada hələ VIII-IX əsrlərdən məlum olan qara  kotan  əkinçilik texnikasının 
inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu.
4
 
Qara kotan aşağıdakı hissələrdən ibarət idi: əyribazı (qol), topal (binə, künə, kötük), taxta 
(çevirən, laydır), dəstək (tutqac, əlcək, mac, maj), daraq, gavahın (dəmir), qılınc (zivinc), təkər 
(çarx, diyircək, ziyrik), kolbasan (çəmbər, alaf taxtası), qır (şoldu), çillə (əjdaha), şilikar, qayış 
(kağan, çançərək),  oturacaq taxtası,  boyunduruq, çatallar, samı (sinəçula),  toxmaq (toppuz, 
pərsəng).
5
 
Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını 
aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək  şum aləti kimi 
dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. 
Qara kotanın təkərləri ölçü etibarilə biri digərindən böyük olurdu. Onun böyük çarxı «ana» 
və ya «ləgər» (şum) təkəri, kiçik çarxı isə «bala təkər» («bala çarx») adlanırdı.
6
 Dəndə ağacından 
düzəldilmiş təkər buddəndə və top olmaqla üç hissədən ibarət olurdu. Böyük təkər (diametri 50-
53 sm), şırımın içi ilə, kiçik təkər (diametri 35-40 sm) isə  şırımın kənarı ilə  hərəkət edirdi. 
Bununla da kotanın baş hissəsinin hərəkət müvazinəti tənzimlənmiş olurdu. İlk  şırım zamanı 
təkərlər arasındakı fərq kotanın yerə yaxşı batmasına mane olduğundan, adətən, onun kiçik çarxı 
çıxarılır, sonrakı şırımlamada yerinə salınırdı. 
Kotan çarxlarının oxu boyunduruğa 2-2,2 m uzunluğunda ağac «qır» vasitəsilə 
birləşdirilirdi. Qır, adətən, ləgər təkərinə bir qədər yaxın məsafədə oxa keçirilirdi. 


 
26
Şumlama zamanı gavahın üçün torpaq layının (ləgər payı) enli və dar götürülməsi qır 
vasitəsilə tarazlanırdı. Bu məqsədlə də qırın oxa keçən hissəsinin sağ və sol tərəfinə ağac para 
(paz) vurulurdu. Şumlama zamanı torpağın ləgər payını enli götürmək lazım gəldikdə para 
soldan, dar götürmək istədikdə isə sağdan vurulurdu. Ləgər layı qırdan əlavə, həm də «kolbasan» 
vasitəsilə tarazlanıb tənzimlənirdi. Bu məqsədlə kolbasanın bir ucu qıra, digər ucu isə oxa 
keçirilməklə, lazım gəldikdə onu sərbəst surətdə irəli və ya geriyə  çəkmək mümkün olurdu. 
Kolbasan həm də kotanın qabağına çıxan çör-çöpü və kol-kosu basıb aşağı yatırdırdı.  
Kotan qoşqu heyvanlarına  boyunduruq  və «çatal» adlanan ağac  yedəklər vasitəsilə 
qoşulurdu. Dartı gücünü tənzimləmək üçün qırın altına «əjdaha» adlanan tənzimləyici 
bərkidilirdi. Onun bir ucu xüsusi ağacla qır və kolbasana, digər ucu isə çatala bərkidilirdi. 
Göründüyü kimi, «əjdaha» dartı gücünü təkcə dib kəllərinə deyil, həm də qabaqkı qoşqu 
heyvanlarına eyni dərəcədə paylayırdı. 
Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu. 
Kotana qoşulan birinci boyun dib (hambıl), ikinci boyun çərgov (qaraqayış), üçüncü boyun minik 
(hörük), sonuncu isə uc adlanırdı. 
XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni 
tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından 
sıxışdırılıb çıxarılmağa başlamışdır. 
Mala.  Şumlanmış torpağın səpinə hazırlanması prosesində bir sıra malalayıcı alətlərdən 
istifadə olunurdu. Azərbaycanda bu tip alətlərin quruluş etibarilə fərqlənən şax mala, ağac mala, 
dişli mala, dırmıx mala, dəmir mala  və s. adlarla bəlli olan müxtəlif növləri yaranmışdır.
7
 
Adətən,  şumlanmış sahənin quruluşundan, onun xış  və ya kotanla dərin, yaxud dayaz 
şumlanmasından, habelə becəriləcək bitkinin növündən asılı olaraq, müvafiq mala növündən 
istifadə olunurdu. 
Şax mala ağac budaqlarından bağlanıb düzəldilirdi. Bunun üçün şüvüllü ağacın bir və ya 
bir neçə budağı kəsilir və şaxların ucları iplə bir-birinə bağlanırdı. Bu növ saya malalar, əsasən, 
göyəm, əzgil, yemişan, cır alça və s. kimi tikanlı ağac növlərindən düzəldilirdi. Şax mala darı, 
çəltik, noxud, mərci, lərgə  və  s.  kimi  «yazlıq» bitkilərin toxumlarının  şuma basdırılıb üstünün 
malalanması üçün səciyyəvi mala növü olmuşdur. Bu tip malada əlahiddə «diş» olmadığından, 
onlar səpilmiş toxumun ancaq üstünü örtə bilir, onları  şumun dərin qatına sala bilmırdı. Bu 
xüsusiyyətinə görə də şax maladan ən çox yumşaq əkinə malik olan «çala» və «tala» əkinçilik 
sistemlərində geniş istifadə edilmişdir. 
XIX  əsr və XX əsrin  əvvəllərində Azərbaycanın  əkinçilik təsərrüfatında  toxuma  və ya 
hörmə mala tipi geniş yayılmışdı. Düzənlik ərazilərdə cır üzüm (qora) tənəyi, dağlıq və dağətəyi 
bölgələrdə isə vələs çubuğundan hörülmə mala növü səciyyəvi olmuşdur. Bunun üçün 1,5 metr 
uzunluğunda 3-4 ədəd nisbətən yoğun ağac zolalarını bir-birinə paralel halda yerə uzadıb onların 
aralarını nazik, elastik çubuqlarla hörürdülər. Talış bölgəsində o, çox vaxt «çəpə» adlanırdı. 
Malanın bu növü, əsasən, payız və yaz əkini, xüsusilə də, çəltik əkini üçün şumlanmış sahənin 
səpilib malalanmasında işlədilirdi. 
XIX əsrdə Azərbaycanda ən geniş yayılan mala növlərindən biri də ağac mala olmuşdur. 
Ağac malanın quruluşca  ən sadə növü budama mala sayılır. Budama mala düzəltmək üçün 
uzunluğu təxminən 2,5-3 m, diametri isə 10-15 sm olan ağac zolası seçib kəsirdilər. Sonra onun 
budaqları  təxminən bir çərək uzununda budanırdı. Ağacın qısa kəsilmiş itmil budaqları «diş» 
rolunu oynayırdı. Ağac malanın hər iki ucu burğu vasitəsilə deşilirdi. Həmin deşiklərə vələs və 
ya tənək çubuğu keçirməklə mala boyunduruğa bənd edilirdi. 
Budama mala sonralar təkmilləşdirilərək, dərin şumlarda tətbiq edilən dişli mala ilə əvəz 
olunmuşdur. Dişli malalar XIX əsr və XX əsrin  əvvəllərində Azərbaycanda  ən geniş yayılmış 
mala növü sayılırdı. 
Toxum səpilmiş şumun malalanmasında ən təkmil və səmərəli əmək aləti olan dişli mala 
daha çox qara kotanla şumlanmış sahə üçün xarakterik olmuşdur. Dişli mala «sürün-cək» 
adlanan, uzunluğu 2 m, eni 20-25 sm, qalınlığı 8-10 sm olan ağac tirdən və onun ortasına 
keçirilən haçalı qoldan ibarət düzəldilirdi. Malanın dişləri ağacdan olub müəyyən qaydada cərgə 
ilə mala tirinə çalınıb bərkidilirdi. Məlum olduğu kimiağac dişli malalar daşlı-kəsəkli  əkin 


 
27
sahələrində istifadə oluna bilmirdi. Məhz bu səbəbdən onlar dəmir dişli malalarla əvəz 
olunmuşdur. 
Dəmir dişli malanın haça və ya tay qolu 3 m uzunluğunda ağacdan ibarət olub, malanın 
sürünçəyinə keçiriləndən sonra arxası çüy vasitəsilə bərkidilirdi. Bir qayda olaraq, mala qolunun 
sonuna hündürlüyü 60 sm-ə  qədər olan «dəstək» bərkidilirdi.  İş zamanı malaçı sürüncəyin 
üstündə dayanaraq bir əli ilə dəstəkdən tutur, digər əli ilə heyvanları idarə edirdi.
8
 
Lənkəran-Astara bölgəsində torpağın  əkin üçün hazırlanmasında istifadə edilən çəltik 
malaları quruluş etibarilə başqa bölgələrdə yayılmış malalardan xeyli fərqlənirdi. Həmin malalar 
burada peşkovil, goranda, çəpə, dişli mala olmaqla müxtəlif adlarla tanınırdı. 
Peşkovil və goranda, əsasən, birinci şumdan, çəpə isə ikinci şumdan sonra çəltik ləklərinin 
şumunu əzib yumuşaltmaq üçün işlədilirdi. Bumalardan sonra əkin sahəsini yumşaltmaq məqsədi 
ilə dişli mala və nəhayət axırda «çəpə» adlanan hamar maladan istifadə edilirdi.
9
 
Goranda mala növü peşkovilə nisbətən daha böyük olub onun alt işlək hissəsi gəzli 
düzəldilirdi. 
Çəpə malanın qollarının araları diametri təxminən 1,5-1,8 sm olan elastik çubuqlarla 
hörülürdü. Onun ortasından və hər iki başından eşilmiş tənək çubuğu keçirməklə boyunduruğa 
qoşurdular.  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin