Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə176/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   172   173   174   175   176   177   178   179   ...   194
dəvə, qismən isə kə  öküzdən istifadə olunmuşdur.
7
  
Ən sərfəli minik və yük heyvanı kimi, at Azərbaycanın hər yerində geniş yayılmışdı. XIX 
əsrdə ölkədə sosial-iqtisadi şəraitin dəyişməsi və əmtəə təsərrüfatı formalarının inkişafı yük atına 
tələbatı daha da artırmışdır. Həmin dövrdə at təkcə  nəqliyyat vasitəsi kimi deyil, həm də satış 
üçün bəslənilirdi.
8
 Ona görə  də atçılıq təsərrüfat forması  kəsb etməklə, Azərbaycanın bütün 
bölgələrində geniş yayılmışdır. Təkcə 1843-cü ildən 1858-ci ilə qədər Azərbaycanın 6 qəzasında 


 
 
202
(Bakı, Quba, Şamaxı, Nuxa, Şuşa və  Lənkəran) atların sayı 82.972 başdan 140.867 başa 
çatmışdır.
9
 Bu hər  şeydən  əvvəl, atın mühüm nəqliyyat vasitəsinə çevrilməsi ilə  əlaqədar idi. 
Məlum olduğu kimi, Zaqafqaziyada atı ətinə və südünə görə deyil, ən sərfəli nəqliyyat vasitəsi 
olmasına görə bəsləyirdilər.
10
 
Azərbaycan  əhalisi,  əsasən, yerli at cinslərindən (Qarabağ, Dilboz, Şirvan, Quba və s.) 
istifadə etmişdir. Bunların arasında ərəb atından törədiyi güman olunan Qarabağ atı xüsusi yer 
tutmuşdur. 
Azərbaycanda keçmişdə atdan həm minik, həm də yükdaşıma məqsədilə istifadə olunurdu. 
Azərbaycanda erkən orta əsrlərdən  şöhrət tapmış Qarabağ atları,  əsasən, minik məqsədilə 
saxlanılırdı. Yüksək sürətə malik olmaqdan əlavə, həm də yüngül və dözümlü olan Qarabağ 
atları dağ-minik atları qrupuna daxil idi. 
 Azərbaycanda geniş  şöhrət qazanmış yerli at cinslərindən biri də Qazax atları olmuşdur. 
Minik və yükdaşıma, qismən isə qoşqu qüvvəsi məqsədi ilə işlədilən Qazax atları həm də yüngül 
və dözümlü olması baxımından yüksək qiymətləndirilirdi. Qazax atları arasında «dilboz» və ya 
«haçadil» adlandırılan at cinsi xüsusilə fərqlənirdi. 
Azərbaycanda yayılmış digər at cinsləri: Şirvan və Quba atları da minik-yük göstəricilərinə 
görə məşhur olmuşdur.  
Minik atları bir sıra  əlamətlərinə, xüsusilə yerişinə görə «yortma», «yorğa», «çapırtma» 
olmaqla seçilib fərqləndirilirdi. 
Yerli at cinsləri habelə zahiri əlamətlərinə görə «qaşqa», «ala qaşqa», «səkil», «ağyal», 
«kəhər», «kürən», «kürən-qaşqa», «səmənd», «alaça», «bozat», «ağat», «qırat», «dürat» və s. 
adlarla tanınırdı. 
Ağır yükləri daşımaq üçün «löhrən» adlanan qoşqu atları Azərbaycana XIX əsrdə 
köçürülmüş rus təriqətçiləri tərəfindən gətirilmişdir.
11
 
Keçmişdə heç də  əhalinin bütün təbəqələri atdan nəqliyyat məqsədilə istifadə edə 
bilməmişdir. Bu, hər  şeydən  əvvəl, atın, xüsusilə  də cins atın çox baha olması  və eləcə  də 
«atpulu» adlanan vergi növü ilə bağlı olmuşdur.
12
 
Azərbaycan əhalisinin keçmiş məişətində at sərfəli minik nəqliyyatı olmaqdan əlavə, qoşqu 
qüvvəsi kimi də istifadə olunmuşdur.  
Bir neçə baş atı olan aiələlər, adətən, çöl-təsərrüfat işlərini qurtarandan sonra əlavə qazanc 
əldə etmək məqsədilə yük daşımaqla məşğul olurdu. Atla yükdaşıma «çarvadarlıq» peşəsinin 
yaranmasına səbəb olmuşdur. Etnoqrafik çöl materialları göstərir ki, çarvadarlıq peşəsi  
Azərbaycanın bütün qəzalarında geniş yayılmışdır. Adətən, hər bir çarvadarın 2-3 baş yük atı 
olurdu. El arasında yük atı çox vaxt «yabı» da adlanırdı. 
Xam atın minik və yük üçün öyrədilməsi də etnoqrafik cəhətdən maraq doğurur. Bu 
məqsədlə əvvəlcə, «rəşmə» adlanan bir ucu ilgəkli kəmənd vasitəsi ilə xam at kəməndə salınıb 
tutulurdu.  İlgəyin halqası xam atın boynuna keçdikdən sonra onu tədricən çəkirdilər. Kəmənd 
atın boğazını  sıxdıqca dəliqanlı xam ürgə  tədricən taqətdən düşüb sakitləşirdi. Xam atları, 
adətən, köməkli tutub ram edirdilər. Bu işlə daha çox gənclər məşğul olurdu.  
Xam at tezliklə ram olmadıqda onu heydən salıb zəiflətmək üçün bir müddət qaranlıq 
tövlədə ac saxlayırdılar. Bir qədər sonra onu şumlanmış, yaxud sucar sahəyə salırdılar. Bu 
məqsədlə bir nəfər xam atın kəməndini dartır, digəri isə onun belinə minirdi. Bəzən də xam atın 
belinə ağır yüklə dolu xurcun qoyulurdu. Xam atı miniyə alışdırmaq üçün əvvəlcə onun belinə 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin