8
(e.ə. IV minilliyin sonu və III minillik) başlayaraq ənənəvi
döymə texnikası
tökmə üsulu ilə əvəz
olunmuşdur. Azərbaycanın erkən tunc dövrü abidələrindən tökmə üsulu ilə hazırlanmış əmək
alətləri və soyuq silahlarla yanaşı, xeyli miqdarda tunc üzüklər,
bilərzik nümunələri, qəbzəsinin
üzəri bəsit oyma və həkketmə üsulları ilə naxışlanmış qılınc və xəncər aşkar olunmuşdur.
Tunc metallurgiyasının yaranması ilə yanaşı heyvanlardan qoşqu qüvvəsi kimi istifadə,
toxuculuğun inkişafı, yağ emalı, gil nehrələrin peyda olması, çörəkbişirmə vasitələrinin (gil sac,
təndir) təkmilləşməsi Erkən tunc dövrü mədəniyyətinin mühüm nailiyyətləri idi. Əkinçilik və
maldarlıqla yanaşı, sənətkarlığın, xüsusilə metal emalının inkişafı bu mədəniyyətin daşıyıcısı
olan yerli tayfaların ictimai həyatında ciddi dəyişikliklərə səbəb olmuş, əmlak bərabərsizliyinin
artmasına, patriarxatın cəmiyyətdə hakim mövqe tutmasına və tayfa başçılarının imtiyazlarının
artmasına şərait yaratmışdır.
Azərbaycanın tunc dövrü abidələrindən (Kültəpə, Babadərviş, Qaraköpəktəpə, Qobustan,
Həmşəra təpələri) misəritmə kürələrinin qalıqları, saxsı və daş
qəliblər, puta, saxsı
görük ucluğu
və s. aşkar olunmuşdur. Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanın tunc ustaları mis-
mərgümüş ərintisindən müxtəlif
növ təsərrüfat alətləri, silah və bəzək əşyaları düzəltməyin
texnoloji üsullarına mükəmməl yiyələnmişlər.
Tunc dövrünün maddi mədəniyyət tarixi özünün inkişaf səviyyəsi və məhəlli etnomədəni
xüsusiyyətlərinə görə müxtəlif mərhələlərə və bir-birindən fərqli arxeoloji mədəniyyətlərə
ayrılır.
Azərbaycanda erkən tunc dövrü
Kür-Araz mədəniyyəti ilə xarakterizə olunur. Etnik
mənsubiyyəti hürrilərə aid olduğu güman edilən bu mədəniyyətə xas olan abidələr ətrafı hasarla
möhkəmləndirilmiş təpə tipli məskənlərdən ibarət olub, Naxçıvan, Mil, Muğan, Min-gəçevir,
Qobustan, Urmiyaətrafı ərazilərdə (Göytəpə, Yanıqtəpə) geniş yayılmışdır.
Kür-Araz mədəniyyəti «təbərzin» adlanan tunc
balta, oraq, biz, nizə ucluğu, sancaq
nümunələri ilə təmsil olunur. Bu mədəniyyətin daşıyıcıları çox vaxt daş, çiy kərpic və ya
möhrədən tikilmiş dairəvi planlı evlərdə yaşamışlar. Onlar
toxa əkinçiliyindən
şum əkinçiliyinə
keçmiş, torpağı iribuynuzlu heyvan (öküz və ya kəl) qoşulmuş
xış vasitəsi ilə
şumlamışdılar. Bu
səbəbdən də neolit və eneolit mədəniyyətlərinə xas olan buynuz və ya sümükdən hazırlanmış
toxalar bu dövrdən etibarən istifadədən çıxmağa başlamışdır.
Kətan bitkisi ilk dəfə erkən tunc
dövründə becərilməyə başlamış, bu dövrdə bəsit
suvarma sistemləri yaranmış,
bağçılıq meydana
gəlmişdir.
11
Kür-Araz mədəniyyətinin mühüm nailiyyətlərindən biri də
qoşqu nəqliyyatının,
xüsusilə,
Dostları ilə paylaş: