Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə159/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   155   156   157   158   159   160   161   162   ...   194
itburnu, hil və s. bitkilərlə dəmləyib içərmişlər. Kiçik Qafqazın şimal-şərq və mərkəzi bölgələrində 
yaşayan ayrımlar dəm məqsədi ilə qurudulmuş giləmeyvə, sarı çiçək (qantəpər), qırmızı moruq, 
kəkotu dəmləyib içərdilər.
29
  
Dağ  kəndlərində müalicə  əhəmiyyətli yerli bitkilərdən dəmlənmiş çaylardan zökəm, 
soyuqdəymə  və s. xəstəliklər zamanı  tərlədici  vasitə kimi istifadə edilməsi  ənənə olaraq indi də 
davam etdirilməkdədir. Keçmişdə, türkəçarə həkimlər zökəmə tutulmuş xəstəni kəklikotu, itburnu 
çayı içirib, isti halda unlu xörəklər yedirtmək yolu ilə tərlədib müalicə edirdilər. Muğan bölgəsində 
qızdırma xəstəliyinə tutulanları  «şivəran» adlanan otun tumunu suda təmiz yuyub dəmləyər və 
səhərlər ac qarına xəstəyə içirərdilər.
30
  
Keçmiş məişətdə, adətən, çayı üzüm riçalı, gülqənd (gül ləçəyindən bişirilən mürəbbə), bal, 
doşab, kişmiş, imkanı olanlar isə kəllə qəndlə içərmişlər.  
Ənənəvi isti içkilərin arasında müalicəvi içki növü sayılan  səhləb mühüm yer tuturdu. İsti 
halda içilən səhləb Şirvan bölgəsində daha geniş yayılmışdır. Onu Baş Qafqaz sıra dağlarında bitən 
səhləb bitkisinin kökündən dəmləyirdilər. Bunun üçün qurudulmuş səhləb kökünü həvəngdə narın 
döyərək bir litr suya 15-20 qram nisbəti ilə qatıb qaynadırdılar. Alınan məhlulu 4-5 litr qaynar 
südün içərisənə töküb üzərinə bir qədər qənd  əlavə elirdilər.
31
  Səhləb, adətən, səhər süfrəsində 
içilirdi. O, həm də soyuqdəymənin, boğaz ağrısının, öskürmənin qarşısını almaq üçün xalq arasında 
                                                           

 Бяд – фарсъа «пис», «йарамайан» сюзцндян, «о» ися татларын тяляффцзцндя «аб» (су) мянасыны билдирмякля 
«пис гохулу су» демякдир. 


 
187
türkəçarə vasitə hesab edilirdi.
32
  
Səhləb isti halda içildiyi üçün onu misdən düzəldilmiş, ortasında odluğu olan xüsusi səhləb 
çaydanında saxlayırdılar. Keçmişdə  şəhər bazarlarında  əlində  səhləb çaydanı, yaxasından asılmış 
quturda piyalə  və ya stəkan gəzdirib müştərilərə  səhləb çayı satan peşəkar səhləbçilər fəaliyyət 
göstərərdilər. 
İsti içki növü kimi işlənən qaynadılmış  süd maldar köçəbə  əhalinin məişətində geniş yer 
tutmuşdu. Azərbaycanda, əsasən, inək, camış, qismən isə qoyun və keçi südü qaynadılıb içilmişdir. 
Qaynanmış süd, həmçinin, pəhriz yeməyi kimi, soyuqdəymə, zökəm, öskürək zamanı sinəni 
yumşaldan təsirli müalicəvi vasitə sayılırdı. Xalq təbabətində habelə, dəvə südü nadir hallarda 
türkəçarə vasitə kimi içilmişdir. Təbabətdə ciyər-boğaz xəstəliklərinin (vərəm, tənəffüs orqanlarının 
iltihabı, təngnəfəslik və s.) müalicəsində dəvə südündən istifadə olunarmış.
33
 
Azərbaycanda süfrə içkilərinin hazırlanmasında, eləcə  də, xalq təbabətində «araq» adlanan 
müxtəlif növ mey növlərindən istifadə olunardı. Bunların hazırlanmasında  boymadərən, züfa, 
kəklikotu, nanə, şahtərə, pişpişə (bədmüşk) və b. bitkilərin yarpaq və çiçəklərindən istifadə edilirdi. 
34
 Azərbaycanın ənənəvi «araq»ları alkoqolsuz olub təklikdə içki növü kimi süfrədə sərbəst halda 
içilmirdi. Onlar halda yalnız müalicə  məqsədilə  sərbəst içilirdi.
35
 Azərbaycan araqları,  əsasən, 
qatışıq məqsədi ilə, şərbətlərin hazırlanmasında istifadə olunurdu. 
Peşəkar mey çəkənlər «mey» adlanan xüsusi cihazdan istifadə etmişlər. Lakin xalq empirik 
təcrübəsində adi məişət qabları vasitəsi ilə  də «mey» çəkilirdi. Bunun üçün ətirli bitkinin gövdə, 
çiçək və ya yarpağını qazanın ortasına qədər doldurub üzərinə təmiz su tökürdülər. Sonra onun içinə 
badiya yerləşdirirdilər. Badiyə qazanın dibinə tam oturmaq üçün onun içinə ağır çaydaşı qoyulurdu. 
Bu halda badiyənin ağzı qazandakı suyun səthindən bir qədər yuxarıda qalırdı ki, su qaynayarkən 
pıqqıldayıb badyənin içinə tökülməsin. Bundan sonra qazanın içinə  tərsinə çevrilmiş  sərpuş 
qoyulurdu. Şərpuşun sivri ucu badyənin ortasında qalır, ağzı isə qazanın ağzı ilə dodaq-dodağa kip 
dayanırdı. Qaynama prosesində buxarın kənara çıxmaması üçün sərpuşun kənarı ilə qazanın ağzının 
arasına əski parçası tıxanıb xəmirlənirdi. Qazan vam yanan ocaq üzərində qaynadıqca ondan qalxan 
ətirli buxar şərpuşun soyuq gövdəsinə toxunub su damçılarına çevrilir və axıb badyaya dolurdu. 
Şərpuşun səthi daima soyuq qalmaq üçün onun içindəki su tez-tez dəyişdirilirdi. 
Bu minvalla 2-3 saat ərzində qazandakı çiçəkli su buxarlanıb  ətirli mayeyə, başqa sözlə 
«arağa» çevrildi. Bəzi bölgələrdə buna «mey» də deyilirdi. Mey çəkilib hazır olandan sonra dar 
boğazlı gülabzənlərə süzülüb ağızı tıxacla möhkəm bağlanır və xəmirlənirdi.
36
  
Azərbaycanın florası olduqca zəngindir. Ölkə ərazisində yetişən bir çox meyvə, giləmeyvə va 
ətirli bitkilərdən (nar, ərik, üzüm, qızılgül, alma, əzgil, armud, heyva və s.) keçmişdə müxtəlif növ 
şərbətlər hazırlanır, bayram, məişət mərasimlərində və ziyafət məclislərində plov və ətli xörəklərin 
yanında süfrəyə verilirdi.  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin