190
abidələrdən iri şərab küplərinin tapılması faktı burada spirtli içkilərdən
qədim zamanlardan istifadə
olunduğunu söyləməyə əsas verir. Bunu Dədə Qorqud boylarından da görmək olur. Elə xalqımızın
müasir leksikonunda hələ də qalmaqda olan «çaxır», «buza» kimi arxaik terminlərin mövcudluğu da
spirtli içkilərin Azərbaycanın qədim sakinlərinin məişətinə yad olmadığını göstərir. Görkəmli
Azərbaycan şairi Xaqani Şirvaninin arpa suyu (buza) adı ilə vəsf etdiyi
pivə spirtli
içkilərin bir
nümunəsi kimi, islamın hələ güclü olduğu XII əsrdə dəbdən düşməmişdi. Nizami Gəncəvinin
əsərlərində «saqi», «qədəh», «şərab» istilahlarının tez-tez işlənməsi
və hökmdarlara məxsus saray
süfrələrində şərab içilməsi faktı da bunu sübut edir. Bununla belə,
spirtli içkilərə, o cümlədən,
çaxıra İslam dini tərəfindən yasaq qoyulması və onun «haram» təam növləri sırasına daxil
edilməsi
nəticəsində erkən orta əsrlərin sonlarından etibarən Azərbaycanda üzümçülük və şərabçılıq
tənəzzülə uğramışdır. Alman kolonistlərinin köçürülməsi ilə əlaqədar XIX əsrin ortalarından
etibarən Azərbaycanda üzümçülük və şərabçılıq yenidən dirçəlməyə başlamışdır. Lakin İslam dini
yasaqlarının müsəlmanlara spirtli içkiləri qadağan etməsi ilə əlaqədar olaraq,
Sovet hakimiyyəti
illərinə qədər şərab ölkənin müsəlman əhalisinin gündəlik və ziyafət süfrələrinə yol tapa
bilməmişdir.
Dostları ilə paylaş: