Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Vitaminlər və digər aktiv birləşmələr



Yüklə 1,94 Mb.
səhifə82/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   244
3.3.2.3. Vitaminlər və digər aktiv birləşmələr. 

Göbələklərin 

böyümə  və inkişafı üçün, karbon, azot mənbələri və kül 

elementlərindən başqa, həm də vitaminlərin olması  zəruridir. 

Vitaminlər,  əsas etibarilə, avtotrof olan yaşıl bitkilərdə  əmələ 

gəlir. Heyvanlar isə, vitaminləri bitki qidaları ilə birlikdə alırlar. 

Bir çox xlorofilsiz orqanizmlər, o cümlədən göbələk də 

vitaminlər sarıdan heterotrofdurlar, bununla belə, onlar özləri 

də müstəqil olaraq bəzi vitaminləri (B

12

, A, D, E, C və s.) sintez 



edib toplaya bilirlər. 

Vitaminləri təsnifatlandırarkən, onların suda və ya yağda 

həll olmaları  nəzərə alınır. Göbələklərin bir çoxunda 

vitaminləri sintez etmək qabiliyyəti, temperaturdan, mühitin 

pH-dan, tərkibindən və s. asılıdır. Hal-hazırda, 15-dək suda həll 

olan vitamin aşkar edilmişdir. Bunlar, əsasən B-qrupuna aid 

vitaminlərdir. Vitaminlərin xarakter xüsusiyyətləri aşağıdakı-

lardan ibarətdir: 

1) onlar üzvi birləşmələrdir; 

2) bu maddələr, çox kiçik dozalarda effektlidir; 

3) böyümə və inkişafa sürətləndirici təsir edirlər; 

4) onların təsiri spesifikdir. 

Vitamin B

1

  və ya tiamin – göbələklərdə böyümə prosesi 



üçün ən çox lazım olan vitamindir. O, taxıl bitkiləri dənlərinin 

qabığında çoxlu miqdarda olur. Tiaminin pirofosforlu efiri, 

karboksilazanın kofermentidir. O, iki komponentdən: piridin və 

tiazoldan ibarətdir. Vitamin B

1

-ə kif göbələkləri çox 



tələbkardır. Bu vitaminə  tələbatına görə göbələkləri 4 qrupa 

bölürlər:  

1) Tamamilə tiamin molekuluna tələbatı olanlar. Bunlara 

daha çox küllücə göbələklərini (fitoftor) aid edirlər; 

2) Mühitdə  hər iki komponent-pirimidin və tiazol olduqda 

B

1



 vitamini sintez edə bilən göbələk

 

 



3) Mühitdə yalnız pirimidin olduqda böyüməyə qabil olan 

göbələk. Vitamin B

1

-in tiazol hissəsini onlar özləri müstəqil 



sintez edirlər; 

4) Tiamin molekulunun tiazol hissəsini sintez edə bilməyən, 

lakin pirimidin hissəsini sintez edən göbələk. Bunlara, torpaqda 

olan kif göbələklərini və  ağacçürüdən – bazidiomitsetləri aid 

etmək olar. 

B

1



 – vitamini çörək mayasında çoxlu miqdarda olur. Odur 

ki, bu cür mayadan B

1

 – vitamininin mənbəyi kimi müalicə 



məqsədilə tətbiq edirlər. Tiaminin spirt qıcqırmasına təsiri, kar-

boksilazanın kofermenti kimi, mühitin pH-dan asılıdır. Belə ki, 

pH-ın aşağı qiymətlərində (pH<7) tiaminin spirt qıcqırmasına 

sürətləndirici təsiri zəif ifadə olunur. 

B

2

 – vitamini və ya riboflavinə – göbələklərin çox hissəsi 



tələbkar deyildir. Burada neyrosporları süni variantla alınmış 

göbələk müstəsnalıq təşkil edir. Belə ki, bunlarda, 28

0

C tem-


peraturdan yuxarı olduqda göbələklərin inkişafı üçün B

2

 



vitamininə 

tələbat vardır. Riboflavin fosforlaşdırıcı 

fermentlərin kofermentidir. B

2

 vitamini göbələklərin 



əksəriyyətində çoxlu miqdarda sintez olunur.  

Biotin və ya vitamin H - Tiamindən sonra göbələklərin 

böyümə amili kimi çox böyük əhəmiyyətə malikdir. Hey-

vanlarda bu vitamin spesifik olub, dəri örtüyünün normal funk-

siyasını  tənzim edir. Güman edilir ki, biotin, tənəffüs və  qıc-

qırma proseslərində koferment kimi fəaliyyət göstərir. Bunsuz 

ammonyakın mənimsənilməsi baş vermir. Biotinin funksiya-

larından biri də Krebs tsiklində karbon qazının fiksasiyasında 

(təsbitində) iştirak edən fermentin kofermenti olmasıdır. Buna 

misal, aşağıdakı reaksiyaları göstərmək olar. 

                                     

biotin 

       CO

2

 + CH


3

·CO·COOH                  HOOC ·CH

2

·CO·COOH  




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin