Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə84/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   244
   destiobiotin 

 

Vitamin B

6

  və ya piridoksin - bir çox göbələklərin 



böyüməsi və inkişafı üçün lazımdır. Onun quruluşu aşağıdakı 

kimidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

Bu vitaminin göbələk orqanizmindəki rolu, onun amin-



turşularının, xüsusilə də, alaninin sintezində iştirak etməsindən 

ibarətdir. Vitamin B

6

-ya ən çox tələbatı olanlar kisəli və maya 



göbələkləridir.  

Suda həll olan və göbələklərin metabolizmində mühüm rol 

oynayan vitaminlərdən nikotin və pantoten turşularını da 

göstərmək olar. Bunlardan nikotin turşusu NAD və NADF-in 

tərkibində, pantoten turşusu isə pivə mayasının böyümə amili 

kimi fəaliyyət göstərir. Digər vitaminlərdən biri də para-

aminobenzoy turşusudur. Bu turşu, çəhrayı maya 

 

  göbələklərinin inkişafı üçün lazımdır. Onun 0,03/l. qatılığı 



maya göbələklərinin inkişafına müsbət təsir edir. Bu turşunun 

quruluşu aşağıdakı kimidir. 

 

 

 



 

 

 



 

 

 



 

Çəhrayı maya göbələklərinin inkişafına müsbət təsirdən 

başqa, para-aminobenzoy turşusu həm də, qırmızı piqmentin 

əmələ gəlməsinə də səbəb olur.  

Yağda həll olan vitaminlər içərisində ilk dəfə öyrəniləni vi-

tamin A-dır. O, quruluşuna görə karotinin törəməsidir. A - vi-

tamini, 

β

 - karotinin molekulundakı karbohidrogen zəncirinin 

tən ortadan bölünməsi yolu ilə  əmələ  gəlir. Məlumdur ki, 

karotinoidlər göbələklərin çoxunda rast gəlinir. Onlar 

göbələklərə (məsələn, pas, papaqlı  və s. göbələklər) rəng 

verirlər. Bundan başqa, karotinoidlər mukor göbələklərinin 

çoxalma orqanlarında xeyli miqdarda olur. Karotinoidlərin 

göbələklər üçün əhəmiyyəti tam öyrənilməmişdir. Amma 

güman edilir ki, onlar hüceyrənin oksidləşmə-reduksiya 

sistemlərinin bir hissəsini təşkil edir. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin